"Heç kəs bizə olmaz deməyib" - Avtobusların yerini zəbt edən taksi sürücüləri - VİDEO - FOTO

"Heç kəs bizə olmaz deməyib" - Avtobusların yerini zəbt edən taksi sürücüləri - VİDEO - FOTOPaytaxt yollarında nəqliyyat vasitələri bir çox hallarda dayanma-durma qaydalarını kobud şəkildə pozur. Bu da nəticə tıxaclara səbəb olur.
Sonxeber.az ARB TV-ya istinadən xəbər verir ki, 20 yanvar dairəsi ərazisində günün istənilən vaxtında tıxac görmək mümkündür. Səbəb isə burada müxtəlif rayonlara, şəhərətrafı kənd və qəsəbələrə gedən taksilərin yol kənarında qanunsuz parklamalarıdır.

Taksi sürücü: "Gedib orada dayanırsan yer pulu alırlar, şərait yoxdur. Burada da polisi qovur. Park yiyələrə 1 manat alır. Pul verməyəndə də əraziyə buraxmır. Polisi çağırıb qovdurur".

Ərşad Hüseynov - ekspert: "Nəqliyyat vasitələri, yolun kənarında qadağan olunmayan yerlərdə, yalnız bir cərgə ilə dayanmalıdırlar. Körpülərin altında, avtobus dayanacaqlarında, yol ayrıclarında, piyada keçidlərində və bu kimi yerlərdə dayanmaq və durmaq qadağandır. Qanuna əsasən, yalnız xüsusi işarələnmiş, ayrılmış yerlərdə dayanmalıdırlar".

Taksi sürücüsü özünə müştəri axtarır, avtobus sürücüsü isə saxlamağa yer. Nəticədə iki tərəf arasında əsəblər tarıma çəkilir.

Avtobus sürücüsü: "Dayanacağa nə girmək olur, nə çıxmaq. Hamısı da fərqlənməsi olmayan taksilərdir. Ona görə bu problemlər yaranır".

Sakin: "Taksilər üçün ayrıca yer ayrılsın, lakin onları birdən-birə buradan kənarlaşdırmaq da düzgün deyil".

Sakin: "Avtobusların dayandığı istiqamətdə taksilər dayanmamalıdır.Taksinin taksi yeri olmalıdır".

Avtovağzal dairəsinin yanındakı körpünün altı da demək olar ki, əsl parklanma yerinə çevrilib. Deyəsən, hələ də "qanun yaranıb pozmaq üçün" fikri ilə yaşayanlar var.

Taksi sürücüsü: "Heç kəs bizə körpünün altında maşın saxlamaq olmaz deməyib. Qadağandır işarəsi yoxdur".

Ərşad Hüseynov - ekspert: "Əgər avtobus dayanacağında dayanırlarsa ona görə 40 manat cərimə oluna bilərlər. Adi yerlərdə, körpünün altında, piyada keçidinin üzərində və başqa yerlərdə dayanıb digərlərinə mane olurlarsa bunun cəriməsi isə 20 manatdır".

Taksilər üçün dayanacaqlara gəldikdə isə, dövlət başçısının bu ilin yazında imzaladığı müvafiq fərmanla bütün avtobus, eləcə də taksi dayanacaqları BNA-nın balansına verilib. Adı çəkilən qurumun bu müddətdə məsələ ilə bağlı hansı addımları atdığını öyrənə bilməsək də, şəhərdə təqribən 10 yerdə bu cür taksi dayanacaqlarının olduğunu müşahidə etdik. Hər bir dayanacağın tutumu isə təxminən 10, 20 avtomobil arasında dəyişir. Paytaxtdakı taksilərin sayını təsəvvür etmək üçün yollarda cəmi bir neçə dəqiqə müşahidə aparmaq kifayətdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1655   Tarix: 15 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İctimai TV "Kristal Abşeron"- un əyilən binasını müzakirəyə çıxardı - Vəziyyət gərginləşir...

Xəbər verdiyimiz kimi, "Qobu Park-3" yaşayış massivində məcburi köçkünlər üçün tikilən bina əyilib. Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizlik qaydaların

24 aprel
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy

23 aprel
.

Hadrutdan ürəkaçan görüntülər - Video

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb. Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihələndirmə işləri yekunlaşıb. Daha ətraflı süjetdə

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-c

24 aprel
.

"Bu, hərbi insident risklərini artırır"

"NATO-nun Rusiya sərhədlərində həyata keçirdiyi təlimlər mümkün hərbi insident risklərini artırır". "Qafqazinfo" xəbər verir ki, bunu "RİA Novosti"yə açıqlamasında Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova deyib. Zaxarova alyansın aprelin 26-da Finlandiyada keçirməyi planlaşdırdığ

24 aprel
.

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb

Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb. APA xəbər verir ki, hadisə rayonun Xil kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Nabat Babayeva evinin həyətində yıxılaraq xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlara baxmayaraq, qadın orada ölüb. Faktla bağlı araşdırm

24 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel