İşdən çıxarılan icra başçısı Razim Məmmədovun söküntü altında qalan karyerası

İşdən çıxarılan icra başçısı Razim Məmmədovun söküntü altında qalan karyerasıSabiq başçı əmisi oğlunun məhkəməsində sürprizlə üzləşə bilər; növbə hansı icra başçısınındır?

Bakı şəhər Xətai rayonunun icra başçısı Razim Məmmədov vəzifəsindən azad olunandan 1 gün sonra sabiq başçının əmisi, rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin sabiq sədr müavini oğlu məhkəmə qarşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunan ittihama görə Xalid Məmmədov həbs edilənə qədər Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini işləyib.

O, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. Xalid Məmmədov Xətai rayonunda bir sıra qanunsuz tikililərə görə və rüşvət almada təqsirli bilinir.

Bildirək ki, Xalid Məmmədov icra başçısı olmuş Razim Məmmədovun göstərişi ilə rayon ərazisində aparılan tikintilərə nəzarət edirmiş. Razim Məmmədov 2006-cı ildə vəzifəyə təyinat alandan sonra Xətai rayonunu söküb-tikən MMC başçı kimi ad çıxarmışdı. Məlum olmuşdu ki, Razim Məmmədov həmin MMC-ləri bacısının ərinin adına rəsmiləşdirilib. Məsələn 2016-cı ildə Xətai rayonu, Xudu Məmmədov küçəsi 6 saylı binanın həyətində uşaq baxçası tikilib. Tikinti məhəlləni zəbt etdiyi üçün sakinlər şikayətçi olublar. Amma inşaatı dayandıra bilməmişdilər. Onların şikayətinə heç kim baxmayıb. 100 saylı Mənzil Kommunal İstismar Sahəsi də 6 saylı binada yerləşirdi. Uşaq baxçasının inşaatı ilə bağlı vurulan məlumat lövhəsində tikintinin sifarişçi və podratçısının "Samir Ağdülü" MMC olduğu qeyd olunub. Tikintinin 2017-ci ilin sentyabrında tamamlanması nəzərdə tutulsa da, bu baş verməyib. "Samir Ağdülü" Xətai rayonunda baxça tikintisi ilə yanaşı bir çox başqa tenderlərə sahiblənib.

2017-ci ildə Xətai Rayon İcra Hakimiyyətinin sifarişlərindən biri - çoxmənzilli yaşayış binalarının əsaslı təmir işlərinin də məhz həmin MMC satın alıb. Tenderin məbləği 1 milyon 941 min 500 manat olub. Həmin il MMC İcra Hakimiyyətinin Mənzil Fondunun əsaslı təmir işləri müsabiqəsindən 246 min 998 manat qazanıb.

Tender məlumatlarını incələdikdə məlum olur ki, şirkət son illərdə rayon ərazisində çoxsaylı dövlət tenderlərinə sahiblənib. Hələ 2011-ci ildə MMC İcra Hakimiyyətindən 1 milyon 990 min 780 manatlıq təmir-bərpa işlərini və 49 min 895 manatlıq isə köhnə binanın söküntü işlərini qazanıb.

Bundan əlavə, 2013-cü ildə Xətai rayonu, Nobel prospekti 12 və Cavanşir küçəsi 38 ünvanlarındakı yaşayış binalarının sökülməsi üçün cəmi 596 164 manat olan iki satınalmanı da bu MMC əldə edib. Beləliklə də cəmi 4 milyon 825 min 627 manat.

Ötən il mətbuat bu məsələni aradırmışdı və MMC-nin icra başçısı Razim Məmmədovun ünvanında qeydiyyatda olmasını üzə çıxarmışdı. Xətai rayonunu az qala qarış-qarış söküb-tikən "Samir Ağdülü" MMC 2 mart 2007-ci ildə təsis olunub. Hüquqi təmsilçisi Zeynal Cəmil oğlu Həsənovdur. Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 41, mənzil 63 MMC-nin hüquqi ünvanıdır. Həmin mənzildə Həsən Müzəffər oğlu Məmmədov yaşayır. Həsən Məmmədov Sumqayıtda "Azərkimya"nın zavodlarından birində işləyir, sahibkar deyil. Müəsisənin hüquqi təmsilçisi Zeynal Həsənov eyni zamanda Xətai Rayon İcra Hakimiyyətində baş mütəxəssis işləyib. Sumqayıt şəhəri, 5-ci mikrorayon, bina 34/69, mənzil 9-da qeydiyyatda olan Z.Həsənov icra başçısı Razim Məmmədovun bacısı Alidə Həsənovanın həyat yoldaşıdır.

İşdən çıxarılan icra başçısı Razim Məmmədovun söküntü altında qalan karyerası"Samir Ağdülü" MMC-nin adı Razim Məmmədovun bacısı oğlunun adı ilə üst-üstə düşür. Samir Həsənov Zeynal Həsənovun oğludur.

Belə bir aşkar korrupsiya sxemi Razim Məmmədovun 12 illik karyerasına son qoyması da şübhəsizdir. Onun işdən çıxaırlmasından 1 gün sonra əmisi oğlunun məhkəmə qarşısına çıxarılmasını da təsadüfi hesab etmək olmaz.

Razim Məmmədovun əmisi oğlunun cinayət işi üzrə şahid qismində dindiriləcəyi haqda da xəbərlər var. Mümkündür ki, sabiq başçı aşkar korrupsiya cinayətlərinə görə istintaqa cəlb olunsun.

Sonda onu da qeyd edək ki, hazırda Bakının bir neçə rayonunda da tikinti-söküntü işləri davam etdirilir. Bu sırada Nəsimi, Yasamal, Nərimanov rayonlarının adlarını qeyd etmək olar...

/musavat.com/


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3693   Tarix: 16 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya

19 aprel
.

"Qərbi azərbaycanlıların Ermənistana, ermənilərin isə Qarabağa qayıdışı" - Zaxarova nədən DANIŞIR? - ŞƏRH

"Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. O cümlədən Rusiya rəsmisi Azərbaycanın Qarabağ regionunu

19 aprel
.

"Prezident İlham Əliyevin dilomatiyası Azərbaycana uğurlar gətirməkdə, qələbələr qazandırmaqda davam edir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

Öldüyü deyilən milyarder məşuqəsi ilə Bakıya gəzməyə gəlib – ŞOK TƏFƏRRÜATLAR

Almaniyanın RTL telekanalının jurnalistləri 2018-ci ildə yoxa çıxan milyarder Karl-Erivan Haubun hələ də sağ olduğunu iddia edirlər. Onların sözlərinə görə, o, gizli şəkildə Rusiyaya gedib və Moskvada özündən 20 yaş kiçik məşuqəsi ilə yaşayır. Köln prokurorluğu araşdırmaya başlayıb. RTL-nin məlumat

19 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel
.

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilib

Sabahdan Bakıda 33 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidməti "BakuBus" MMC tərəfindən həyata keçiriləcək. Bu barədə -a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib. Bu marşrut xətti "Dərnəgül" metrostansiyas

20 aprel
.

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyini

20 aprel