Qoyuna görə arvadını amansızcasına öldürdü -Azərbaycanda ŞOK / TƏFƏRRÜAT + VİDEO

"Özümü atdım qızın üstünə, yenə də məni öldürmədi, qızı öldürdü"
Sonxeber.az ARB TV-yə istinadən xəbər verir ki, Yevlax rayonunun Nemətabad kənd sakini, 1989-cu il təvəllüdlü Saday Sadıqov iki uşaq anası olan həyat yoldaşı, 30 yaşlı Vəfa Sadıqovanı atası evində amansızcasına qətlə yetirib.

Hadisə mərhumun anası, Saray Abışovanın gözü önündə baş verib. S.Abışova bildirir ki, hadisəyə kürəkəni S.Sadıqovun çobanlıq etdiyi təsərrüfatdakı bir neçə baş qoyunu satması səbəb olub.

Belə ki, V.Sadıqova bir neçə gün öncə atası evindən qoyunların saxlandığı təsərrüfata gedəndə heyvanların sayının azaldığını görüb. V.Sadıqova Sadaydan qoyunları hara satdığını soruşanda S.Sadıqov əsəbləşərək onu vurub. Bununla da ailə münaqişəsi yaranıb. V.Sadıqova övladını da götürərək atası evinə qayıdıb. Hadisə də bundan sonra baş verib.

Bir neçə gün sonra Saday V.Sadıqovanın atası evinə gələrək qayınanasının gözü qarşısında onun qızına kürək və ürək nahiyəsindən çoxsaylı bıçaq zərbələri endirib.

Saray Abuşova - mərhumun anası: "Qıznan evdə oturmuşduq. Bir də gördüm özünü atdı içəri əlində də bıçaq. Nə qədər çalışdım ki, əlinə vuram. Dedi, içəri girmə, səni öldürərəm. Özümü atdım qızın üstünə, yenə də məni öldürmədi, qızı öldürdü".
Çoxlu qan itirən gəlin kömək üçün yaxınlıqda yaşayan dayısının evinə qaçıb. Elə orada huşsuz vəziyyətdə yerə yıxılaraq dünyasını dəyişib.

Cahangir Sadıqov - mərhumun dayısı: "Qaçıb gəldi, qapının ağzında yıxıldı. Oradan sürüdülər içəri. Qız gələndə arxasıyca da Saday gəldi, bıçaq da əlində. Dedi, başını kəsəcəm onun. Dedim, dəli olmusan? Bıçağı tutub əlindən aldım. Sonra da çıxdı qapıdan".

Saday Sadıqov oradan qaçmaq üçün qarşısına çıxan hər kəsi bıçaqla hədələyərək kəndi tərk edib.

Polis isti izlərlə S.Sadıqovu saxlayaraq istintaqa təhvil verib.

Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.
Qoyuna görə arvadını amansızcasına öldürdü -Azərbaycanda ŞOK / TƏFƏRRÜAT + VİDEOQoyuna görə arvadını amansızcasına öldürdü -Azərbaycanda ŞOK / TƏFƏRRÜAT + VİDEOQoyuna görə arvadını amansızcasına öldürdü -Azərbaycanda ŞOK / TƏFƏRRÜAT + VİDEO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 10828   Tarix: 15 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bu da tanınmış klubda müştərini döyərək öldürən mühafizəçinin FOTOSU

Xəbərə şəkil əlavə olunub. 10:20. Bakının Xətai rayonunda qətl hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Xocalı prospektində yerləşən iaşə obyektində qeydə qlınıb. Belə ki, "Berlin pub" klubunun mühafizəçisi Orxan Şahbazov iaşə obyektində müştəri olan 1981-ci il təvəllüdl

30 avqust 2021
.

Zeytunluqda kişi həyat yoldaşını bıçaqladı

Sentyabrın 12-i saat 22 radələrində paytaxtın Binəqədi rayonu, Bağpark küçəsi, Zeytunluq massivində 1996-cı il təvəllüdlü Təhminə Hüseynovaya bıçaqla xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Binəqədi rayon prokurorluğundan -a verilən məlumata görə, aparılan araşdırmalarl

13 sentyabr 2021
.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021
.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021
.

Bakıda tükürpədən QƏTL: Qadının əl-qolunu bağlayıb...

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb. -a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb. Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar. Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib. Hazırd

23 avqust 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

Azərbaycanda iki qardaş bıçaqlandı: Biri öldü - YENİLƏNİB

Sentyabrın 12-i saat 23:00 radələrində Ağstafa rayonu, Köçəskər kəndi ərazisində kənd sakinləri – Yaşar Yusifovun öldürülməsi, qardaşı Müşvik Zeynalova isə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğunda aparılan araşdırmalarla 1986-cı il təvəllüdl

13 sentyabr 2021