Qadın ölümdən son anda döndü - "Azəriqaz" və FHN bir-birini günahlandırır

Qadın ölümdən son anda döndü - "Azəriqaz" və FHN bir-birini günahlandırırMingəçevir şəhəri Mülsüm Maqomayev prospekti 93, mənzil 23 ünvanında yaşayan vətəndaş Qarayeva Təranənin yaxınları Femida.az-a şikayət xarakterli müraciət edib. 53 yaşlı qadının bacısı qızı Vəfa Fərəcova bildirib ki, xalası xəstədir, şəkərdən əziyyət çəkir, fiziki durumu yaxşı deyil. Dekabrın 7-də evə girdikdən bir müddət sonra huşunu itirib. Evə dəm qazı dolubmuş. Fərəcova hadisəni belə şərh edir:
"Xoşbəxtlikdən, təsadüfən həmin vaxt dayım ora gedib. Xalamın həyatını xilas edib. Daha sonra Mingəçevir Qaz İstismar İdarəsinə gələrək məsələni danışıb. Hadisə yerinə baxış keçirən zaman müəyyən olub ki, aşağı mərtəbədə yaşayan qonşu evə kustar üsulla qaz sobası qoyub və borunu çölə çıxarıb. Boru qoruyucu deyil, bunu balkonun altındakı qara hiss ləkəsindən də görmək mümkündür. Qonşunun qaz xəttindən dəm qazı evə dolur. Hazırda 1 həftədir ki, vəziyyət dəyişməz qalır. Qış vaxtı olmasına baxmayaraq, pəncərələri açıq saxlayırıq ki, evə qaz dolmasın.

Qonşu mənzilin sahibi də çox tərbiyəsiz qadındır, bir söz deyən kimi çıxır söyüş söyür, "əcəb edirəm" deyir, təhqir edir. Vətəndaş kirayəçidir, ev sahibi yan mənzildə yaşayır".

V.Fərəcova bildirib ki, "Azəriqaz"ın çilingərləri bu günədək 4 dəfə gəlib baxıb gediblər:

"Nəhayət bu gün Qaz İdarəsindən bir işçi gəlib, evdə yaşayan xanım yenə ona nalayiq ifadələr işlədib, evə buraxmayıb. İşçi də qaz xəttini çöldən kəsib, plomb qoyub, gedib. İndi gözləyirik ki, problem birdəfəlik nə vaxt həll olunacaq.

Məsələ ilə bağlı Qaz İdarəsi, FHN və polisə müraciət etmişik. Amma heç biri baxmır. FHN-dən bildirirlər ki, məsuliyyət Qaz İdarəsinin üzərindədir. İdarənin işçiləri isə gəlib baxıb gedir. Heç bir hərəkət yoxdur. Polis gəldi, bizə ərizə yazdırdı getdi. Hələ ki bir nəticə yoxdur. Onlar gözləyir ki, ölüm hadisəsi olsun, sonra hərəkətə keçsinlər?! Hamı bir birinin üstünə atır. Axırda bədbəxt hadisə olanda nə olacaq? 3 qurumun heç biri baxmır. Qaynar xətlər boş yerə işləyir. Son 1 həftədə 4 dəfə zəng etmişəm, amma məsələ həll olunmur".

"Azəriqaz" İB-in Mətbuat Xidmətinin rəhbəri İbrahim Kərbəlayev məsələnin onların səlahiyyətində olmadığını, FHN-in həll etməli olduğunu bildirib:

"Nazirlər Kabinetinin qərarı ilə müvafiq hallara "Azəriqaz" baxmır. FHN-in səlahiyyətindədir. 2016-cı ilin mayından artıq bu mənzillərə texniki baxış keçirilməsi, kustar üsulla istifadə olunan sobaların yığışdırılması bizim yox, FHN-in nəzarətinə verilib. Bizim mənzillərdə baxış keçirməyə ixtiyarımız yoxdur".

FHN-dən münasibət öyrənmək üçün qurumun Aran Regional Mərkəzi ilə əlaqə saxladıq. Mərkəzdən bildirdilər ki, hadisədən xəbərdardırlar, lakin məsələyə Mingəçevir Qaz İstismar İdarəsi baxmalıdır:

"Problem ondadır ki, qonşu qaz xəttini vətəndaşın balkonunun altından çəkib. Biz o halda işə qarışırıq ki, qaz xətti qanunsuz formada, dəmir yox, rezin boru ilə çəkilmiş olsun. Bu xəttləri Qaz İstismar İdarəsinin mütəxəssisləri çəkir. Vaxtilə yanlış çəkilibsə, düzəlişi də özləri aparmalıdır. Yaxud əgər, dəm qazı bacadan daxil olursa, biz bu halda Mənzil Kommunal İstismar İdarəsinə məlumat veririk. Onlar müvafiq təmizlik işləri aparır. Yəni bizim səlahiyyətimizdə olan məsələ olarsa, dərhal reaksiya veririk, amma bizim səlahiyyətmizdə deyilsə, sadəcə digər quruma məlumat veririk ki, problemi aradan qaldırsınlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2111   Tarix: 15 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Gəncədəki dəhşətli qəzanın görüntüləri - VİDEO

Gəncədə ağır yol qəzası baş verib. Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində iki nəfər yaralanıb. Qəza Böyük Bazarın yaxınlığında baş verib. Olayın görüntüləri sosial şəbəkələrdə yayılıb. Hadisənin təfərrüatları bəlli deyil. Olay barədə rəsmi məlumat da yoxdur. Videodan aydın görünür ki, qəzaya yüksə

17 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Balakəndə koronavirus xəstəsi saxlanıldı

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə, rayon sakini Sevcan Məmmədovaya ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, sanitar-karanti

12 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Bakıda təcili tibbi yardım maşını qəzaya düşüb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 9 saylı Bölməsinin təcili tibbi yardım maşını çağırışa gedərkən digər avtomobillə toqquşub. Qəza zamanı tibb bacısı

14 sentyabr 2021
.

DİN-dən ƏMƏLİYYAT - 172 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 10-da qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb. DİN-in mətbuat xidmətindən -a bildiriblər ki, respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 49 cinayətin üstünü "isti izlər"lə açıblar. Əvvəlki dövrlərdə

11 sentyabr 2021