Deputatdan nazirin devalvasiya ilə bağlı çıxışına münasibət: Mənim kimi rusdillidir

Deputatdan nazirin devalvasiya ilə bağlı çıxışına münasibət: Mənim kimi rusdillidir"Yaxın illərdə Azərbaycanda heç bir devalvasiya gözlənilmir. Ümumiyyətlə, belə bir ssenari yoxdur".

Bu fikirləri "ölkə.az"a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, iqtisadçı alim Rüfət Quliyev bildirib.

Deputat deyib ki, Azərbaycanın qızıl və valyuta ehtiyyatlarında artım var:

"Cənab Prezidentin də qeyd etdiyi kimi, artıq Neft Fondunda 4 milyarddan yuxarı artım mövcuddur. Valyuta ehtiyatlarımızda da artım müşahidə olunur. Bu da son ayda 55 milyon dollar təşkil edir.

Makroiqtisadi göstəricilərə baxanda da Azərbaycanın inkişaf tempinin kifayət qədər yüksək olduğunu görürük. Azərbaycanın tədiyyə balansı müsbət saldo təşkil edir. Ötən ildən büdcədə qoyulan bütün proqnozlar öz əksini tapıb.

Neftin qiyməti isə 50 dollar səviyyəsinə ensə belə, bu Azərbaycanda ciddi problemlər yaratmaz".

R.Quliyev maliyyə naziri Samir Şərifovun devalvasiya ilə bağlı son çıxışına da münasibət bildirib:

"Samir Şərifov mənim kimi rusdillidir. Biz onunla bir yerdə təhsil almışıq. Rus dilində təhsil almış insanların əksəriyyəti əvvəlcə beynlərində düşünürərək Azərbaycan dilinə tərcümə edirlər, sonra isə bunu danışırlar. Buna oxşar hallar mənim özümdə də bir neçə dəfə olub. Samir müəllimin fikirlərində həqiqət var. O söyləmişdi ki, daimi möhkəmlənən valyutanın sonunda istehlak bazarında problemlər yaşanır, daxili istehsalçı malını sata bilmir, xaricdən gətirilən mallar daha rahat satılır və sairə. Yəni, yerli malların xaricdə istehsal olunan mallarla qarşı rəqabəti pozulur. Amma Samir müəllim çıxışında gərək onu deməli idi ki, gələcəkdə belə problem yaranmayacaq. Əgər bu proses 20 il indiki sürətlə davam etsə, o zaman Samir Şərifov cənablarının dediyi fikirlərdə müəyyən qədər həqiqət var. Burada digər makroiqtisadi amillər də var. Yəni, bir amili görə devalvasiya ola bilməz. Sadəcə olaraq, Samir Şərifov dövlət adamı, maliyyə naziri olduğu üçün insanların onun söylədiyi hər kəliməni çox ciddi qəbul edirlər".

Deputat bu məsələ ilə bağlı həmkarı Vahid Əhmədovu da müdafiə edib:

"Vahid Əhmədov ağsaqqal deputatdır, biz tələbə kimi instituta gedəndə Vahid müəllim rəhbər vəzifələrdə çalışırdı. Hazırda da Vahid Əhmədov elmlər namizədidir, peşəkar iqtisadçı və deputat kimi öz işini yaxşı bilir. Mən də bu barədə fikrimi bir alim, professor kimi deyirəm. Vahid müəllim Samir Şərifovun unutduğu bəzi məqamları söyləyib ki, əhali səhv anlamasın. Bu baxımdan da mən də hesab edirəm ki, yaxın vaxtlarda devalvasiya gözlənilmir. Ümumiyyətlə, belə bir ssenari yoxdur və ola da bilməz".

Bir sıra banklarda dolların bahalaşması məsələsinə də toxunan R.Quliyev bu cür halların yaranmasının əsas səbəbinin son baş verən proseslər olduğunu söyləyib:

"Görünür ki, devalvasiya ilə bağlı son çıxışdan sonra insanlar əsassız şəkildə narahat olmağa başlayıb. Ona görə də əhali arasında ajiotaj yaranıb. Baş verənlərdən sonra kimi dindirirsən, deyir ki, evimdə 1000 manat pul var idi, tez dollara çevirdim və sairə. Yəni, dollara təlabat artdığı üçün də banklar dolların satışını qaldıra bilərlər. Təbii ki, bu cür hallar valyuta bazarına təzyiq göstərir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 5975   Tarix: 15 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

15 aprel
.

Cahangir Əsgərovun həyat yoldaşına yeni vəzifə verildi

AZAL-ın keçmiş prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Həmzəyeva yeni vəzifə verilib. Bu barədə İqtisadiyyat.az məlumat yayıb. Bildirilib ki, o, "Caspian Energy Club"ın İdarə Heyətinin yeni tərkibində yer alıb

6 mart
.

Azərbaycanda ezamiyyə xərclərinin məbləği artırıldı

"Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normas

5 aprel
.

Qızıl qiymətinə satılan meyvələr: Bahaçılığın səbəbi nədir? - ARAŞDIRMA + VİDEO

Hər il mart ayında bazarlarda meyvə-tərəvəzin qiyməti əl yandırır. Bəziləri isə sözün həqiqi mənasında qızıl qiymətinə satılır. Mövzu ilə əlaqədar Baku TV-nin əməkdaşı paytaxtdakı bazarlardan birində olub. Satıcıların sözlərinə görə, istehsalçılar vəziyyətdən istifadə edərək alçanı istədikləri qiymət

14 mart
.

Dolların hökmranlığına son qoyulur? - VİDEO

Sıralarını genişləndirməkdə olan "BRICS Plus" ölkələrinin ortaq valyuta buraxacaqları ilə bağlı iddialar ABŞ dollarının beynəlxalq ödəmələrdəki statusunu sual altında qoyur. Bu iddianı gücləndirən başlıca səbəb isə "BRICS Plus" ölkələrinin dünya iqtisadiyyatında payının sürətlə artmasıdır

11 fevral
.

Unla bağlı yenilik olacaq

"Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qid

18 aprel
.

Azərbaycanda dollar bahalaşacaq? - RƏSMİ AÇIQLAMA/VİDEO

Son vaxtlar ölkədə dollara tələbatın yüksək olması müşahidə olunur. Bunu həm keçirilən hərracların nəticəsi, həm də müvadilə məntəqələrindəki canlanma göstərir. Ötən həftə bankların dollara tələbi 150 milyon dolları ötərək rekord olub. Bu proses nə ilə bağlıdır? Tələb bu qədər yüksəlməyə davam edərsə

26 fevral
.

Qeyri-neft ixracımızın bu ilin ilk ayında azalmasının səbəbləri nədir? - İqtisadçılar izah edirlər

Bu ilin yanvar ayında Azərbaycanın ümumi ixracının dəyəri 1,8 milyard ABŞ dolları, o cümlədən qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 22 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22 faiz azalıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiy

17 fevral
.

Vətəndaş pulunu niyə banka qoymur?-AÇIQLAMA

Bəzi vətəndaşlar pulu bankda yox, "yastıq altında" saxlayırlar. Vətəndaş niyə görə banka pul qoymaqdan çəkinir?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. İqtisadçı inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxardığın

16 aprel