Azərbaycanda boşanan qadın harada yaşamalıdır, yaxud nikah sonrası QƏTLLƏR NƏDƏN QAYNAQLANIR?

Azərbaycanda boşanan qadın harada yaşamalıdır, yaxud nikah sonrası QƏTLLƏR NƏDƏN QAYNAQLANIR?Son zamanlar nədənsə boşanmaların sayı durmadan artır və belə ailələrdə tərəflər arasında hər zaman anlaşılmazlıqlar olur. Bugünlərdə boşanmış ərin keçmiş həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməsi xəbəri də bu mövzuya yenidən qayıtmağa zəmin yaratdı.

Psixoloq, ailə terapevti Zeynəb Eyyubova boşanan cütlüklər və boşanmış ər və arvadın bir evdə yaşaması haqqda danışarkən bildirib ki, son dövrlərdə boşanmaların sayı pik həddə çatıb və təəssüf ki, buna səbəb çox zaman ailə-məişət zorakılıqları, gəlin-qayınana münasibətləri, xəyanət, maddi-mənəvi keçimsizlik və bu kimi müxtəlif problem olur. "Boşanmaların səbəbləri haqda siyahı tutsaq, artıq bu bir məqalənin yazısı olar. Lakin əgər boşanma varsa, tərəflər anlaşıqlı şəkildə ayrılmalıdırlar. Bizdə isə çox zaman tərəflər bir-birini anlamaq istəmir. Adətən kişilər özlərini daha çox şüuraltıda boşanmamış kimi hiss edirlər və qadına sahiblənmiş kimi davranaraq, onun öz həyatını müstəqil şəkildə davam etməsinə sərt reaksiya verir, bunu qəbul etmirlər. Boşanan cütlüklərin bir evdə yaşamaları da birmənalı şəkildə yolverilməzdir. Psixoloqlar ümumiyyətlə yollarını rəsmi şəkildə ayıran cütlüklərin bir evdə yaşamasını məsləhət görmür. Bəzən mülkiyyətin bölünməsi zamanı müəyyən prosedurlara qədər bir evdə yaşamağa məcbur olurlar ki, bu, daha çox uşaqların psixologiyasına pis təsir edir və gələcək həyatlarında müəyyən fəsadlara yol açır. Boşanan cütlüklər bir evdə qalırsa və qadın artıq yeni həyatını qurmağa çalışır, işə gedir, gec, yaxud tez gəlirsə, bukişidə qıcıq yaradır. Və ya əksinə də ola bilər, kişi yeni həyata başlayır, öz həyatını artıq başqa cür qurmağa çalışır və bu da hər iki tərəf arasında qıcıq yaradır. Tərəflər öz aqressiyalarını idarə edə bilmədikdə aqressiya ilə müşahidə olunan dəhşətli hadisələr, ailə məişət zorakılıqları , cinayətlər barədə xəbərləri eşitmiş oluruq. Belə hadisələr qısqanclıq zəminində baş verir, əsasən də kişilər boşanmış olduqlarını qəbul etmək istəmirlər. Nikah artıq rəsmi qaydada sonlanlandırılıbsa, artıq o, sənin həyat yoldaşın deyil, uşağının anası, yaxud da atasıdır. Müstəqil, yeni həyatınızda o artıq yoxdur, övladlarınızın anası və ya atası kimi qarşılıqlı hörmət etdiyiniz insan olaraq qala bilər. Boşanma ərəfəsindən başlayaraq cütlüklər arasında maarifləndirmə aparılmalıdır ki, onlar anlaya bilsin ki, qarşısındakı onun şəxsi mülki deyil", - deyə psixoloq söyləyib.
Bu gün qadının qətlə yetirilməsində iki səxs cavabdehlik daşıyır - biri dövlət qurumunda olan əməkdaş və həmin cinayəti törətmiş olan keçmiş ər

Milli.Az xeberle.com-a istinadən bildirir ki, məsələnin hüquqi tərəflərini öyrənmək üçün hüquqşünas Ramil Süleymanovla əlaqə saxlamışıq. O bildirib ki, tərəflər nikahda olduqları dövrdə istər birgə nikah müddətində, istərsə də əvvəlcədən əldə olunmuş əmlaka birgə mülkiyyət hüququ daşıyırlar və qadının həmin evdə yaşamaq haqqı var. "Tərəflərin birgə nikahları dövründə əldə etdiyi əmlak yoxdursa, bu zaman qadın qayınata, qayınana evində yaşayaraq qeydiyyata düşüb, düşməməyindən asılı olmayaraq iddia qaldırıb mənzildən birgə istifadə hüququnu tələb edə bilər. Gəlinin həmin evə qeydiyyata düşüb düşmədiyindən asılı olmayaraq mütləq şəkildə mənzil sahibi ilə yaşamaq üçün notarial qaydada müqavilə bağlanılması böyük faktordur. Lakin əfsuslar olsun ki, bizdə bu praktika ciddi sıxıntıya gətirib çıxarır. Kim öz qızını ər evinə yola salarkən deyər ki, get qayınatanla kirayə müqaviləsi bağla və orada yaşa və sair. Buna görə də konstitusiya məhkəməsində fərqli fərqli 4-5 qərar var. Mülkiyyətçinin iradəsindən asılı olaraq evə qeydiyyata salınan gəlinin boşanma zamanı evdən istifadəsinə çox rahatlıqla xitam verilə bilər. Boşanma yalnız kağız üzərində olmamalıdır. Rəsmi ayrılığa aparan səbəblər varsa, artıq qadın ailə-məişət zorakılığının qurbanıdır. Bu barədə vaxtında aidiyyəti qurumlara məlumat verilmiş olsaydı, həmin kişi ilə də hüquq-mühafizə orqanları profilaktik söhbətlər aparardı. Yaxud da əksinə polisə müraciət edilmişdisə, problem araşdırılmalıydı. Qadına mühafizə orderi verilsəydi, adıçəkilən qətl hadisəsi olmaya bilərdi. Keçmiş həyat yoldaşını öldürməsinin cəzası tək kişinin əməlinə görə müəyyən olunmamalıdır. Müvafiq qaydada şikayət var idisə, bu şikayəti qulaqardına vuran polis orqanı əməkdaşı da cəzalanmalıdır. Çünki onların zamanında ayıq-sayıq davranışları olsaydı, bu gün həmin qadın qətlə yetirilmiş olmazdı və həmin kişiyə mühafizə orderi təqdim olunmaqla həmin qadından uzaq olması izah olunacaqdı. Xırda bir narahatlıq zamanı isə kişi inzibatı qaydada məsuliyyətə cəlb olunacaqdı və yenidən müdaxilə ilə sözügedən cinayətin qarşısı alınmış olacaqdı. Amma bu günqadının qətlə yetirilməsində iki səxs cavabdehlik daşıyır - biri həmin cinayəti törətmiş olan keçmiş ər, digəri dövlət qurumunda olan...", - deyə R.Süleymanov qeyd edib.

Əslində boşanmadan əvvəl bu xanımlar yaşayış yerlərinin olmaması ilə əlaqədar müraciət edəndə, onları icra hakimiyyətinə yönəldirik və ya müvəqqəti sığınacaqlarda yerləşdirilməsinə yardımçı oluruq. Valideynlərinin yanında da məskunlaşanlar olur. Məhkəmədən sonra birgə mülkiyyətdən istifadə hüququ verilərsə, məcburiyyət qarşısında bir evdə yaşayırlar". Bu fikirləri boşanan xanımların yaşayış yeri ilə əlaqəli danışarkən "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin sədri Zenfira Mustafayeva bildirib. O habelə vurğulayıb ki, məhkəmənin qərarına əsasən birgə yaşayış hüququ verildikdə də, bıçaq zərbələri ilə uşağın gözü önündə həyat yoldaşını qətlə yetirən, başı kəsilən qadınların xəbərini alırıq: "Boşanan cütlüklərin bir evdə yaşaması düzgün deyil, onların bir-birinə qarşı bəslədiyi nifrət hissi daha da qabarır, nifrətdən də belə zorakılıq halları törədilir. Boşanan xanımları çox zaman ailələri də qəbul etmir, bir növ, özlərinə əlavə yük almaq istəmirlər, nəticə də belə hadisələr baş verir. Yeri gəlmişkən, xatırladım ki, bu ilin 9 ayının nəticələrinə görə boşandıqdan sonra 4 qadın övladları ilə birlikdə bizim sığınacaqda yerləşdirilib. Sırf öz ailələri tərəfindən də qəbul edilmədiklərinə görə bu xanımlar küçələrdə qalmaq məcburiyyətindədirlər", - deyə təşəkilat rəhbəri qeyd edib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4097   Tarix: 16 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bazarlarda Xəzər dənizindən tutulmuş yerli balıqlar tapılmır - VİDEO

Bazarlarda Xəzər dənizindən tutulmuş yerli balıqları tapmaq müşkülə çevrilib. -ın məlumatına görə, çeşid çox olsa da, müştərilərə ya xaricdən gətirilmiş, ya da süni göllərdə yetişdirilmiş balıqlar təklif olunur. Satıcılar deyirlər ki, hər il bu vaxtlarda bazarlarda Xəzər fareli və kefalı, növbəti ayda

24 mart
.

"WhatsApp"dan MÖHTƏŞƏM YENİLİK: "Ask Meta AI" nəyə qadirdir?

"WhatsApp" tərtibatçıları messencer daxilində axtarışa "Ask Meta AI" adlı daxili süni intellektə malik çatbotunu inteqrasiya etmək niyyətindədirlər. xəbər verir ki, neyron şəbəkə artıq "Android" tətbiqinin beta versiyasında görünüb. Mənbənin məlumatına görə, "Android"

24 mart
.

Almaniyada tənha qocalar üçün avtomobil qiymətinə robot "nəvələr" satılır

Almaniya startapı qocalar evləri üçün robot "nəvələr" istehsal etməyə başlayıb. Sınaq məqsədilə belə məhsullardan biri Şvabiyanın Albershauzen şəhərindən olan təqaüdçülərə verilib. Qocalar evinin sakinləri "Emma"ya maşın kimi deyil, nəvələri kimi baxırlar. 70 santimetrlik robotla

17 mart
.

İnsanları qeybət etməyə sövq edən nədir?

Çinin Pekin Pedaqoji Universitetinin psixoloqları müəyyən ediblər ki, özünə inamı az olan qadınların tanışlıq dairələrindəki digər insanlar haqqında şayiələr yaymaq ehtimalı bir qədər yüksəkdir. Araşdırmanın nəticələri "Evolutionary Psychological Science" jurnalında dərc olunub. Məlum olu

19 mart
.

Azərbaycanda uşaqları valideynlərindən almaq mümkün olacaq: Bu, hansı hallarda baş verə bilər?

Uşağı valideynlərindən uzaqlaşdırmaq travmatik bir təcrübədir. Əslində, bu, valideynlik hüququndan məhrum edilməzdən əvvəlki son addımdır. Heç şübhəsiz, valideynlərin övladı böyütmək üçün hüquq, vəzifə və öhdəlikləri var. Ancaq uşağın valideynləri ilə qalması onun hüquqlarını pozursa və sağlamlığın

16 mart
.

Qədim Bakı məscidləri: Qoçular onları hansı məqsədlər üçün istifadə edirdilər? - VİDEO

Bakı yarandığı ilk dövrlərdən dini mərkəz, müqəddəs şəhər olub. Elə "Bakı" adının "Allah şəhəri" mənasına gəlməsi də bu şəhərin müqəddəsliyini sübut edir. Təbii od qaynaqlarının üzərində qurulan şəhər təkcə Qafqazın deyil, Orta Asiya və Hindistan atəşpərəstlərinin də müqəddəs məbəd

24 mart
.

Dünyanın ən böyük təyyarəsi yaradılacaq

"WindRunner" yük təyyarəsi yaradıcılarının planlaşdırdığı kimi, dünyanın ən böyük təyyarəsi olacaq. Onun ölçüləri futbol meydançasının ölçüsünü üstələyir. Belə bir təyyarəyə iki kilometr uzunluğunda uçuş-enmə zolağı lazımdır. "WindRunner" nəhəng külək turbinli qanadları ilə bərp

17 mart
.

Tarixçidən maraqlı faktlar: "Şəxs öldürülsə də, papağı ailəsinə çatdırılırdı" - VİDEO

Baku TV-də yayımlanan "Aydın tarix" verilişinin yeni buraxılışında papaqlardan bəhs olunub. Qeyd olunub ki, dünya mədəniyyəti panteonuna orijinal milli-mənəvi və maddi dəyərlər bəxş etmiş türk xalqları papağa daim böyük önəm verib, kişili-qadınlı müxtəlif papaq növlərindən istifadə ediblər

24 mart
.

Albert Eynşteyn və Marqarita Konenkova: dahinin Sovet casusu ilə sevgi romanı

20-ci əsrin ən məşhur alimi təkcə elmlə deyil, həm də ürək məsələləri ilə maraqlanırdı. Bu qeyri-adi insanın sevgi hekayələrindən biri casus romanının süjetinə toxuna bilər. xarici KİV-ə istinadla xəbər verir ki, dünya Albert Eynşteynin görkəmli sovet heykəltəraşı Sergey Konenkovun həyat yoldaşı Marqarit

24 mart