Azərbaycanda: Əmisi arvadı ilə 10 il eşq macərasından sonra həyatının şokunu yaşadı

Azərbaycanda: Əmisi arvadı ilə 10 il eşq macərasından sonra həyatının şokunu yaşadıƏmisi arvadı Marya ilə Rəsulun sevgi macərası düz on il bundan öncə başlayıb. İllər boyu ailə daxilində bu münasibətdən kimsə xəbər tutmayıb. Son iki ildə ailə başçısının həbsxanaya düşməsi cütlük arasındakı sevgi münasibətini daha da alovlandırıb. İş o həddə çatıb ki, Rəsul qadını onun ərinə belə qısqanmağa başlayıb. Doqquz yaşından yanında böyüdüyü əmisinə, onun ocağına xəyanət edən Rəsul sonda sevdiyi qadının - əmisi arvadının da qatilinə çevrilib...

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan Bakı şəhər sakinin 35 yaşlı Rəsul Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

SonxeberAZ Virtualaz.org-a istinadən bildirir ki, hadisə bu il iyulun 17-də səhər saatlarında Pirallahı qəsəbəsində baş verib. Əmisi arvadı Marya Qəhrəmanova ilə mübahisə edən R.Hüseynov onu qətlə yetirib.

Məhəbbət üçbucağı - qaynı oğlu ilə eşq macərası yaşayan qadın

İstintaq materiallarına görə, R.Hüseynovun onunla eyni evdə yaşayan əmisi arvadı ilə yaxın münasibətləri olub və bu yaxınlıq on il gizli şəkildə davam edib. Qaynı oğlu ilə gizli eşq yaşayan qadın Rəsula yaxın günlərdə həbsdə olan əri Elşadın yanına uzunmüddətli görüşə gedəcəyini deyib. Bunu eşidən Rəsula qısqanclıq hissi hakim kəsilib. O, Marya ilə mübahisə edib, otağın pəncərəsini sındırıb. Qadına ərinin yanına getməsinə iradını bildirib.

Əsəblərini cilovlaya bilməyən Rəsul onu öldürmək qərarına gəlib. O, Mariyanın baş nahiyəsinə yumruqla güclü zərbə endirib. Sonra isə qollarından tutaraq onu itələyib. Qadının başı hamamın divarına çırpılıb. Aldığı xəsarətlərdən Marya hadisə yerindəcə dünyasını dəyişib.

Valideyn himayəsindən məhrum olan 9 yaşlı Rəsul əmisi evinə köçür

Təqsirləndirilən şəxs qismində dindirilən Rəsul Hüseynov ona elan olunan ittihamla özünü təqsirli bilməyib. Doqquz yaşından indiyə kimi əmisi Elşadın evində, onun ailə üzvləri, uşaqları ilə birgə yaşadığını, balıqçılıqla məşğul olduğunu deyib. Belə ki, Rəsulun anası ərindən ayrıldıqdan sonra ikinci dəfə ailə qurub. Atası isə vəfat etdiyindən, Rəsul əmisi evində böyüyüb. 22 yaşında ailə qursa da, evliliyi cəmi bir il sürüb.

2010-cu ildə adam bıçaqladığına görə həbs olunan R.Hüseynova 6 il cəza verilib. Cəzasını başa vuran Rəsul 2016-cı ildə yenidən əmisinin evində yaşamağa davam edib.

Rəsul azadlığıa çıxdıqdan sonra isə əmisi Elşad cinayət törətdiyinə görə həbs olunub: "Əmim iki ildir ki, həbsdədir. Əvvəllər spirtli içki içəndə sərxoş vəziyyətdə ailə üzvlərimlə mübahisə edirdim, ev əşyalarını sındırırdım. Hadisədən 5 ay əvvəl əmim arvadına və əmim qızına içkini tərgidəcəyimə söz verdim. Son bir neçə gündə yenidən içməyə başlamışdım".

"Əmim arvadı ilə heç vaxt yaxın münasibətim olmayıb"

Hadisə baş verən gün sərxoş olduğunu deyən Rəsul əmisi arvadı ilə də məhz buna görə mübahisə etdiklərini bildirib: "Səhər tezdən dənizə getmək istəyirdim. Sərxoş olduğuma görə Marya mənə iradını bildirdi, məni söydü. Hirslənib əlimlə pəncərəni sındırdım, əlim kəsildi. Qanı yumaq üçün hamama keçdim. Marya isə mənə yerə tökülən şüşələri təmizləyəcəyimi söylədi. Qapıda dayanıb söyüş söyməyə davam etdi. Onu əlimlə kənara itələyib hamamdan çıxmaq istədikdə yerə yıxıldı. Mən heç vaxt onu başından vurmamışam. Maryanın yüksək qan təzyiqi var idi. Ölümünə səbəb də bu olub".

Əmisi arvadı ilə heç zaman yaxın münasibətdə olmadığını deyən Rəsul istintaq zamanı belə ifadə vermədiyini məhkəmənin diqqətinə çatdırıb: "İstintaq zamanı ifadələr müstəntiq tərəfindən düzgün yazılmayıb. Heç vaxt Maryanı öldürmək fikrim də olmayıb".

İstintaqda etiraf, məhkəmədə isə ziddiyyətli ifadələr

R.Hüseynovun məhkəməyə verdiyi ifadə ilə istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət yarandığından onun ilkin ifadələri elan edilib. İstintaqa verdiyi ifadəsində R.Hüseynov təxminən on ildir ki, əmisi arvadı ilə aralarında intim münasibət olduğunu, bu münasibətdən heç kimin, eləcə də əmisinin xəbəri olmadığını, Maryanı bir qadın kimi çox istədiyini, onu qısqandığını göstərib:

"Maryanın əmimin yanına gedəcəyini hadisədən bir həftə əvvəl eşitmişdim, qısqanclıqdan özümə yer tapa bilmirdim. Qıqanclıq hissi məni narahat etməsin deyə yenidən araq içməyə başladım. Marya evə qayıdanda onu qısqandığımı, buna görə də neçə gündür içdiyimi dedim. O, isə laqeydlik göstərərək içməyimə deyingənlik etdi, nalayiq sözlər dedi. Mən də əsəbiləşib vurdum".

"Onlardan şübhələnmişdim, anam Rəsula daha çox qayğı göstərirdi"

Zərərçəkmiş şəxs qismində dindirilən Nərminə Hüseynova ifadəsində anası ilə Rəsulun arasında yaxın münasibət olduğunu hiss etdiyini, amma bununla bağlı onlara heç bir söz demədiyini söyləyib. Anasının Rəsula daha çox diqqət göstərməsi, ona qayğı ilə yanaşması Nərminənin diqqətindən yayınmayıb. Belə ki, anası Rəsula həmişə təzə paltar, ayaqqabılar alıb, harasa gedəndə narahat olub, dəfələrlə zəng vurub nə zaman gələcəyini soruşub:

"Onların münasibətindən heç kimin xəbəri yox idi. Rəsul anamı qısqanırdı. Anam atamın yanına görüşə gedib qayıdandan sonra Rəsul həmişə evdə söz-söhbət salır, mübahisə yaradırdı. Rəsul anamın cəzaçəkmə müəssisəsinə gedəcəyini bilib yenə də içməyə başlamışdı. Hər gün evə sərxoş gəlirdi".

"Əmim oğluna ağır cəza verilməsini məhkəmədən xahiş edirəm"

Sübh tezdən anasının səsinə yuxudan oyanan Nərminə onun yenə də Rəsulla mübahisə etdiyinin şahidi olub. Anasının "sən məni vurdun?" deyə qışqırdığını eşidincə evdən çıxaraq hamam istiqamətinə sarı qaçıb:

"Anam yerdə uzanmışdı, nəfəs almırdı. Heç yerində xəsarət yox idi. Baş nahiyəsində bir az qan var idi. Əlimlə qanı sildim. Həmin qan Rəsulun kəsilmiş əlinin qanı idi. Rəsul sərxoş halda hamamda oturmuşdu. Ondan anamı niyə vurduğunu soruşdum. Dedi ki, əcəb eləmişəm. Qaçıb qonşuluqda yaşayan digər əmim oğlunu köməyə çağırdım, təcili yardıma zəng vurdum. Həkimlər anamı müayinə edərək öldüyünü dedilər. Rəsuldan şikayətçiyəm. Ona ağır cəza verilməsini məhkəmədən xahiş edirəm".

Məhkəmənin hökmü ilə Rəsul Hüseynov 13 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 11929   Tarix: 16 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Baş prokuror 5 nəfərin qətli ilə bağlı danışdı: "Mənim gördüyüm budur ki…" – VİDEO

"Belə şəxsin azadlıqda olması cəmiyyətin üçün təhlükəlidiir və təhdiddir. Bunun səbəbləri tərəfimizdən çox ciddi araşdırılacaq". Bu sözləri ötən gün Əhməd Əhmədovun törətdiyi silsilə qətllərlə bağlı real tv-yə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib. Baş prokuror hesab edir ki, bununl

18 fevral
.

Politoloqa mənimsəməyə görə 10 il iş verildi

Yarım milyon manatlıq mənimsəmədə ittiham olunan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) sədrinin beynəlxalq əlaqələr üzrə sabiq müşaviri Cəbrayıl Fərzəliyevin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

19 fevral
.

DTX-nin həbs etdiyi moldovalı kiberdələduz KİMDİR?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən transmilli mütəşəkkil kibercinayətkar dəstə aşkar edilib. Dəstənin Azərbaycana ekstradisiya edilmiş daha bir üzvü Sekrieru İon Aleksandroviçin barəsində cinayət işi üzrə istintaq yekunlaşdırılıb və iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə məhkəm

13 mart
.

Mağazadan nisyə dəftərlərini oğurladı, Bakıda hoteldə qızlarla əyləndi

Qax rayonunun Fısdıqlı kəndində yerləşən mağazalardan nisyə dəftərlərini oğurlayan şəxsə hökm oxunub. "Qaynarinfo"nun məlumatına görə, 1986-ci ildə Qax rayonunun Qum kəndində anadan olmuş Elvin Badanov (ad-soyad şərti) Fıstıqlı kəndində yerləşən mağazanın şüşəsini daşla vurub sındırmaqla içər

19 fevral
.

Sumqayıtda dəhşətli cinayət: "Dedi ki, gözəl-göyçək arvadın var..." - ŞOK TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1982-ci il təvəllüdlü Ceyhun qısqanclıq zəminində yaranan mübahisə zamanı nikahdan kənar münasibətdə olduğu Aygünü (adlar şərti verilib - red.) öldürüb. -un əldə etdiyi məlumata görə, Ceyhun 2020-ci ilin martında qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı 1995-ci il təvəllüdlü Aygünü

13 mart
.

Bəraət alan Aydın 1 milyon manat istəmişdi - Bu qədər veriləcək

İki nəfərin qətlinə görə ömürlük məhkum edilərək 9 il sonra bəraət alan Aydın Qəhrəmanovun təzminat tələbinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsi iddianı qismən təmin edib. Qəhrəmanov həbsdə keçirdiyi 9 ilin maddi və mənəvi ziyanı üçün 1 milyon manat tələ

17 fevral
.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy

14 mart
.

Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxdı: "Ailəmi öldürdüm, çünki..."

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun istintaqa verdiyi ifadə üzə çıxıb. TV Müsavat xəbər verir ki, Ə.Əhmədov ilkin ifadəsində törətdiyi qətli heç bir tərəddüd etmədən boynuna alıb. O, törətdiyi qətllərin ardıcıllığını dəqiq təsvir edib və bunu öncədən planlaşdırdığını bildirib

1 mart
.

"Quska" haqda yeni cinayət işi açıldı - Həbs qərarı verildi

Həbsdə olan sabiq deputat Hüseyn Abdullayevə yeni cinayət işi açılıb. "Qafqazinfo"nun məlumatına görə, o, bu dəfə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda ittiham edilir. Məlumatı onun vəkili Rəsul Cəfərov saytımıza təsdiq edib. Qeyd edək ki, H.Abdullayev 2018-ci ild

7 mart