Bakı əhalisinə mühüm xəbər : UCUZLAŞACAQ

Bakı əhalisinə mühüm xəbər : UCUZLAŞACAQ2015-ci il devalvasiyalarından sonra durğunluq yaranan tikinti sektorunda hiss olunacaq dərəcədə canlanma müşahidə edilməkdədir. Xüsusilə yola salmaqda olduğumuz 2018-ci ilin ortalarından başlayaraq, ölkədə start verilən böyük söküntü işləri də öz növbəsində əmlak bazarında yeni təkliflər portfeli yaradır. Demək olar ki, hazırda paytaxtın bütün rayonlarında çoxmərtəbəli binalar inşa edilir. Artıq iş adamları da qəbul edirlər ki, təklif tələbi üstələyir. Bu isə o deməkdir ki, yaxın aylarda Bakıda yeni tikilən evlərin qiyməti nəzərəçarpacaq dərəcədə aşağı düşəcək.

Sonxeberxəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan ekspert Rəşad Əliyev bildirib ki, bir neçə il əvvəl müşahidə edilən tikinti bumunun kökündə tələbatın artması, iqtisadi vəziyyətin yaxşı olması dururdu:

"Demək olar ki, iqtisadiyyatın bütün sahələrində inkişaf nəzərəçarpaçacaq dərəcədə idi və bu şəraitdə əhalidə alıcılıq qabiliyyəti artırdı. Bu da müvafiq olaraq tikinti sektoruna tələbatı artırdı. Tələbata uyğun olaraq da təklif formalaşmağa başlamışdı. Nəticədə tikinti sektorunda hiss olunacaq dərəcədə inkişaf gedirdi. Hazırda müşahidə edilən tikinti sektorundakı canlanma isə bir qədər fərqli amillərlə bağlıdır".

R.Əliyevin sözlərinə görə, tikinti sektorundakı hazırkı canlanma pilot layihələrin hesabına gerçəkləşir:

"Bu layihələr çərçivəsində investorlar cəlb olunub. İrəli sürülən nisbətən yüngül şərtlər tikinti şirkərlərinin marağınadadır. Demək olar ki, müşahidə edilən tikinti bumu tələbatla yox, təkliflə bağlıdır. Amma nəzərə almaq lazımdır ki, daşınmaz əmlaka, xüsusilə də mənzillərə tələbat hər zaman var. Sadəcə olaraq dövrü olaraq alıcılıq qabiliyyətindən asılı olaraq dəyişir.

Bir çox tikinti şirkətləri pilot layihələr çərçivəsində tikintilə məşğul olmağa başlayıb. Təklifin qarşılığında müvafiq tələbat yoxdur. Alıcılıq qabiliyyəti yüksəlməzsə, hazırda tikinti sektorunda müşahidə olunan intensivliyi saxlamaq çox çətin olacaq".

Ekspert təkliflə tələbi uyğunlaşdırmaq üçün müəyyən güzəştlərin tətbiq olunmasının tərəfdarıdır:

"Hansısa yollarla tələbatın stimullaşdırılması lazımdır. Yəni elə şərtlər olmalıdır ki, tikilən mənzillər vətəndaş üçün əlçatan olsun. Bu bütün sahələrdə belədir ki, təklif tələbata uyğun formalşdırılır. Biz isə təklifin formalaşmasını görürük, alıcılıq qabiliyyətinə malik tələbat isə yoxdur. Bir çox ölkələrdə olduğu kimi aşağı faizlərlə mənzil satışları həyata keçirilməlidir. Bir çox alətlər istifadə olunmalıdır. Pilot layihələrin əksəriyyətinin eyni vaxtda start götürdüyünü nəzərə alsaq, yaxın gələcəkdə bazara daha çox mənzilin çıxarılacağını gözləmək olar. Bəzilərinin tikintisi heç başa çatdırılmayıb. Amma tikinti başa çatdıqca, bazara daha çox əmlak çxıarıldıqca, aılıcılıq qabiliyyətini stimullaşdırmaq lazım gələcək".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2626   Tarix: 16 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Final" çayın dəstəyi ilə tanınmış aparıcı Çində

"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy

24 aprel
.

Məşhur pediatorun intihar səbəbi bu imiş

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. Həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynada yaşayır və atası ilə heç bir əlaqə saxlamırmış. Həkimi

24 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib:Rusiya növbəti müharibəyə BAŞLAYIR? - ŞƏRH

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Baş verənlər

25 aprel
.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel
.

Kreml NATO-ya xəbərdarlıq edib

Rusiya NATO-nun nüvə obyektləri ilə bağlı kəskin mövqe nümayiş etdirib. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O qeyd edib ki, əgər alyans ölkələrinin nüvə obyektləri daimi olaraq Polşa ərazisində yerləşərsə, onlar Rusiyanın hərbi hədəfinə çevriləcək. Qeyd edə

25 aprel
.

Nəsib Quliyevlə bağlı yeni faktlar - Oğlu ailəsini atıb, qızı isə...

Xəbər verdiyimiz kimi, bu gün tanınmış həkim, sabiq baş pediator Nəsib Quliyev intihar edib. xəbər verir ki, -a daxil olan məlumatda iddia edilir ki, həkimin intiharına səbəb depressiya olub. O, bağ evində tək yaşayırmış, ailəsi ilə münasibətləri də isti olmayıb. Bildirilir ki, oğlu uzun illərdir Ukraynad

25 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel