Mübariz haqda status yazan psixoloqdan açıqlama - "Tanış bir erməni xanım var..." - VİDEO

Mübariz haqda status yazan psixoloqdan açıqlama - "Tanış bir erməni xanım var..." - VİDEOSon günlər psixoloq Nərmin Şahmarzadənin Milli Qəhrəman Mübariz İbrahimovla bağlı paylaşımı sosial şəbəkələrdə böyük səs-küyə səbəb olub. Hər zaman fərqli fikirləri ilə seçilən gənc psixoloq yazdığı statusda qeyri-döyüş şəraitində vətəni, yaxınlarını, öz canını itirmək təhlükəsi olmadan düşməni belə olsa öldürməyin qəddarlıq olduğunu vurğulayıb:

"Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır".

Milli.Az bildirir ki, Qafqazinfo bu məqamda əksər vətəndaşların qınaq obyektinə çevirdiyi bu fikirlərin müəllifini danışdırıb:

- Nərmin xanım, psixoloq kimi yaxşı bilirsiz ki, ictimaiyyətimiz bu kimi mövzularda həssasdır və fərqli fikir səsləndirən istənilən şəxs çox zaman sosial şəbəkələrdə linç olunur.

- Düzü, bu qədər reaksiya gələcəyini gözləmirdim. Çünki status yazanda əvvəlcə izah etmişəm. Bundan əlavə, heç bir təhqir, kiminsə şərəf və ləyaqətini alçaldacaq hər hansı bir söz işlətməmişəm. Sadəcə olaraq fərqli fikir demişəm və bu, mənə görə belədir. Bilirsiniz nəyə təəccüblənirəm? Bu qədər haqsızlıqlara, qadınların döyülməsinə, məktəb şagirdlərinin təhsildən uzaqlaşdırılıb evləndirilməsinə susan insanlar bu dəfə gözlədiyimdən qat-qat artıq reaksiya verdi. Orada çatdırmaq istədiyim mesaj bu deyil. Videoada da geniş izah etmişəm. Kimisə öldürməyən adam mənim üçün düşmən deyil. Onun da hissləri var. Vətən xaini deyirlər. Aprel döyüşlərində iştirak etmiş dostlarım mənə bir kəlmə demədi. Amma əsgərlikdən qalanlar reaksiya verirlər. Bu gün müharibə olsa, sosial şəbəkələrdə məni söyənlər əsgərlikdən qaçdıqları kimi, döyüşdən də qaçacaq.

- Saytlarda sizin ermənilərlə yazışmanız kimi təqdim olunan yazılar da yayılıb

- Ermənilərlə yazışma deyəndə mənimlə eyni düşüncədə olan bir tanış xanımım var. Biz bir-birimizə pis heç nə yazmırıq, təxribat qurmuruq. Sadəcə o da təəssüflənir ki, bir-birimizə düşmən kimi doğulmuşuq. İki ölkənin mədəniyyətini kəşf edə bilmirik. Bu, bir oyundur. Biz sülh istəyirik. Orada da sülh istəyən insanlar var.

- Adınızı axtarışa verən zaman feysbukdakı profilinizi dondurduğunuzu gördüm. Düzü, psixoloqun belə bir addım atması mənə qəribə gəldi. Çoxsaylı tənqidlərə görə profilinizi bağlamısız?

- Yox, qınaqlara görə dondurmamışam. Profilimi hansısa proqrama qoşmuşdular və xarici ölkələrdən qəzəb reaksiyaları gəlirdi. Bundan başqa, adıma xeyli saxta profil açılmışdı. Bu kimi hallarda feysbuk məhdudlaşdıra bilir. Mən onlara bu barədə xəbərdarlıq edib bir müddətlik profilimi dondurmuşdum.

Nərmin Şahmarzadənin məsələylə bağlı etdiyi canlı yayımın videosunu da təqdim edirik:


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 10897   Tarix: 16 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Övladları Rəşad Dağlının 40 yaşını belə təbrik etdi - VİDEO

Ötən gün meyxanaçı Rəşad Dağlının 40 yaşı tamam olub. xəbər verir ki, onun övladları Yusif və Betül atalarını təbrik edib, daha sonra kiçik ad günü tortunun şamlarını üfürüblər. Hazırda həbsdə olan Rəşad Dağlını həmkarı Baləli də təbrik edib. O meyxanaçının ad günün gələn il öz evində qeyd etməsini arzulayıb

22 aprel
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23 aprel
.

Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi

"Enerji Construction" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Tovuz rayon prokurorluğunda araşdırma aparılıb. xəbər verir ki, bu barədə Tovuz Rayon Prokurorluğunun yaydığı məlumatda deyilir. Bildirilib ki, araşdırm

23 aprel
.

DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO

Son vaxtlar qəfil ölüm hallarının artdığı müşahidə edilir. Ölüm yaşa baxmır. Amma həyatını itirənlər arasında gənclərin də olmağı təşviş yaradır. Səhhətində heç bir problem olmayan insanlar qəfildən dünyasını dəyişir. Onların böyük qisminə ürəktutma diaqnozu qoyulur. Bəs bu nə dərəcədə doğrudur?. xəbə

23 aprel
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23 aprel
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23 aprel
.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23 aprel
.

DTX-nin xaricdəki nümayəndələrinin gəlirləri vergidən azad edilir

Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin əldə etdiyi gəlirlər məcburi dövlət sosial sığorta haqqı və gəlir vergisindən azad edilir. APA-ya istinadən xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sosia

23 aprel
.

Firəngiz Mütəllimova Xocalıda - Foto

Xalq artisti Firəngiz Mütəllimova bu dəfə Xocalıya yollanıb. Axşam.az xəbər verir ki, aktrisa çəkdirdiyi şəkli instaqram izləyiciləri ilə bölüşüb. "Bu günə şükür. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa diləyirəm" deyə, F.Mütəllimova paylaşımına yazıb

23 aprel