Kənan M.M Mübarizi təhqir edən azərbaycanlı qıza səsləndi: "Murdar ayaqlarınla…" - VİDEO

Kənan M.M Mübarizi təhqir edən azərbaycanlı qıza səsləndi: "Murdar ayaqlarınla…" - VİDEOXəbər verdiyimiz kimi, bu günlərdə sosial şəbəkələrdə Nərmin Şahmarzadə adlı azərbaycanlı bir psixoloq Mübariz İbrahimov haqqında təhqiramiz fikirlər səsləndirib.

Sonxeber.az xəbər verir ki, Türkiyənin "Savaşçı" serialında rol alan azərbaycanlı aktyor Kənan Mahmudov Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla bağlı səsləndirilən qalmaqallı fikirlərə sərt reaksiya bildirib. O, serialın aktyorlarının "Mübariz Türk Dünyasının Qəhrəmanıdır" şüarını səsləndirdiyi videonu paylaşaraq Milli Qəhrəman haqqında mənfi rəy bildirən Nərmin Şahmarzadəni nankor adlandırıb:

"Mübarizi tanımayanın qanında, soyunda, sülaləsində problem var. Bunu o qıza və ona dəstək olan ermənipərəstlərə göstərin. Bir mikrob Nur dunyasına ləkə sala bilməz".

Aktyor hesab edir ki, N.Şahmarzadə Mübarizin məzarı önündə dik çöküb üzr istəməlidir:

"Get, diz çök Mübarizin məzari önündə və üzr istə! O zaman bu millət səni əfv edər. Nankor qız, ya da getmə ora, o nur məkanı murdar ayaqlarınla murdarlama".
Xatırladaq ki, aktyor adıçəkilən türk serialının əvvəlki bölümlərində ssenaristlərdən Xocalıda baş verən soyqırım və Mübarizlə bağlı səhnələrin daxil edilməsini rica etmişdi:

"Ssenaristlərimizdən çox rica etdim ki, Xocalıda baş verən soyqırımı daxil edək, sağ olsunlar mənə "ok" dedilər. Mübarizin adı ümumiyyətlə, yox idi. O, mənim vicdanımın səsi oldu, qəhrəmanımızın adını çəkilişdə səsləndirdim. Türk dilində oynamağımın səbəbi dərdimizi türkdilli qardaşlara çatdırmaq idi... Bu, mənim azərbaycanlı sənətçi olaraq borcum idi... Mən aid olduğum yerdə deyiləm, mən layiq olduğum yerdəyəm. Mən tarix yazmadım, tarix mənə sahib çıxdı".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2839   Tarix: 17 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün 1 500 kvota yeri ayırıb. "Report" xəbər verir ki, bu barədə QMİ-nin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemə məsul şəxs olan Vüsal Cahangiri deyib

16 aprel
.

Gəncədə şagird bıçaqlandı

Gəncə şəhərində 16 yaşlı şagirdə kəsici alətlə xəsarət yetirilib. Report-a istinadla xəbər verir ki, 2008-ci il təvəllüdlü O.Quliyev ayağından xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, O.Quliyevə təhsil aldığı məktəbdə oxuyan digər şagird tərəfindən xəsarət yetirilib. Faktla bağl

16 aprel
.

Kosmetoloq paylaşıma görə cəzalandırıldı

Barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş tanınmış kosmetoloq Elnarə Rzayevaya hökm oxunub. Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə prosesi Bakıda fəaliyyət göstərən "Laser Beauty Clinic"in (LBC) baş həkimi Rəna Soltanova və həkim-kosmetoloq Rüfə

16 aprel
.

Təbiətə qayğı: "McDonald's Azərbaycan" internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir. Eyni zamanda, bu il Azərbaycanda genişmiqyaslı COP29 tədbirinin keçiriləcəyini nəzərə alaraq, ölkəmizdə çoxlu sayda ekoloji layihələ

16 aprel
.

Qocalmamaq üçün milyonlar xərcləyir - Son nəticə təəccübləndirdi

Biohaker kimi tanınan, 46 yaşlı Brayen Conson 2018-ci ildən bəri nə qədər dəyişdiyini göstərən fotolar yayımlayaraq hər kəsi şoka salıb. xəbər verir ki, qocalmamaq üçün maraqlı üsullara əl atan və bununla da tez-tez dünya mətbuatında yer alan kaliforniyalı texnologiya maqnatı zəhmətinin bəhrəsini aldığın

16 aprel
.

Bakıda özünə xəsarət yetirərək uşaq evindən qaçan qız tapıldı

Bakıda uşaq evində intihara cəhd olub. "Qafqazinfo" xəbər verir ki, Xətai rayonu, Lütfüzadə küçəsində yerləşən 3 saylı uşaq evində yaşayan 16 yaşlı M.Ağayeva (şərti) qollarına kəsici alətlə xəsarətlər yetirib. O, daha sonra müəssisəni tərk edib. DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimo

16 aprel
.

Bu kommunal xidmət bahalaşacaq - "Sentyabrın 1-dən..." - RƏSMİ

Son günlərdə sentyabr ayından "Azəristiliktəchizat" ASC tərəfindən qeyri-əhaliyə satılacaq istilik təchizatı xidmətlərinin qiymətlərinin artacağı barədə xəbərlər yayılıb. Qurumun mətbuat katibi Elvin Basqallı Bizim.media-ya bildirib ki, 2024-cü ilin 1 sentyabr tarixindən qeyri-əhali qrupun

16 aprel
.

Banklar bağlanan zaman əmanətlərin sonrakı aqibəti NECƏ OLUR? - AÇIQLAMA

Azərbaycanda bankların bağlanmasına əsas səbəbi bağlanmasının səbəbi həmin qanunvericiliyin tələblərinə, Mərkəzi Bankın təlimatlarına və reqlamentlərinə, müəyyən edilmiş standartlara zidd olaraq fəaliyyəti ilə bağlıdır. Bir sıra bankların bağlanmasına vətəndaşlar arasında təşvişin yaranmasına səbəb oldu

16 aprel
.

İmtahanda maksimum nəticə göstərən kənd məktəbliləri

Xəbər verdiyimiz kimi, 10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Maksimum bal toplayan 39 şagirddən 6-sı kənd məktəblərində təhsil alanlardır. "Qafqazinfo" xəbər verir ki, onlar öz təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşüblər. "Arzusu Bak

16 aprel