Bu sürücülər cəzalandırılacaq — DYP-dən xəbərdarlıq

Bu sürücülər cəzalandırılacaq — DYP-dən xəbərdarlıqSon günlər minik avtomobilləri ilə yükdaşıma fəaliyyəti göstərən və istismara yararsız nəqliyyat vasitələrini idarə edən sürücülər tərəfindən törədilən yol-nəqliyyat hadisələri və digər xoşagəlməz hallar çoxalıb. Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi bəzi məqamları həmin nəqliyyat vasitələrini idarə edən sürücülərin və digər hərəkət iştirakçılarının diqqətinə çatdırır.

İdarədən Sonxeber.az-a verilən məlumata görə, son həftə ərzində bu cür nəqliyyat vasitələrini idarə edən onlarla sürücü barəsində inzibati protokol tərtib olunub. Bir neçə nəqliyyat vasitəsi istismara yararsız olduğu üçün cərimə meydançasına aparılıb.

Baş Dövlət Yol Polisi İdarəsi xatırladır ki, ötən gün Salyan rayonunda dəmir qırıntıları daşınan "Opel" markalı avtomobillə "Hyundai" markalı nəqliyyat vasitəsi toqquşub. Nəticədə "Opel"in üzərində olan dəmir boru "Hyundai" markalı avtomobilin ön şüşəsini sındıraraq, sürücünün həyatına son qoyub. Hadisədən sonra bu cür nəqliyyat vasitələrinə qarşı qəti tədbirlərin görülməsi barədə göstəriş verilib.

Ötən gün paytaxtın Nəsimi rayonu ərazisində də "QAZ-31" markalı avtomobil 12 metr uzunluğa malik armaturları daşıdığı üçün yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilin sürücüsünün sərxoş vəziyyətdə olduğu şübhə doğurduğundan o, müayinəyə dəvət edilib və müvafiq sənədlər tələb olunub. Lakin sürücü bunlardan imtina edərək özünü və yol polisi əməkdaşını yandırmaqla hədələyib. Sonra isə benzinlə həm özünə, həm də yol polisi əməkdaşına xəsarət yetirib.

Bu cür xoşagəlməz hallar uzun müddətdir baş verdiyindən polis yol hərəkət qaydalarına əməl etməyi tövsiyə edir. Qeyd olunur ki, bu cür nəqliyyat vasitələri istismara yararsız vəziyyətdə olduğundan və heç bir təhlükəsizlik elementi mövcud olmadığından yol nəqliyyat hadisələrinə səbəb olur. Lakin həmin nəqliyyat vasitələri ümumi istifadə olunan yollarda deyil, ara və məhəllədaxili yollarda istifadə edildiyindən, yol polisi əməkdaşları onları tez-tez aşkar edə bilmir. Yalnız ümumi istifadədə olan yollara çıxdıqda onları saxlayıb, sürücüləri məsuliyyətə cəlb etmək mümkündür.

Yol polisinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, bu cür nəqliyyat vasitələrini idarə edənlərin əksəriyyətinin sürücülük vəsiqəsi yoxdur. Bəziləri hətta müvafiq sənədlər olmadan belə, bu cür nəqliyyat vasitələrini idarə edir.

Bəzən belə avtomobilləri bir neçə sürücü ayrı-ayrı vaxtda idarə edir. Yəni sürücülər buna sadəcə yükdaşıma vasitəsi kimi baxırlar. Onlar avtomobili nəqliyyat vasitəsi kimi saz vəziyyətdə saxlamırlar. Bununla yanaşı, nəqliyyat vasitəsinin işıq cihazları nasaz vəziyyətdə olur, əyləc sistemi işləmir. Bu da yol hərəkəti qaydalarının kobud şəkildə pozulması deməkdir.

Yol polisi bu cür avtomobilləri idarə edən şəxslərin diqqətinə çatdırır ki, onlara qarşı nəzarət gücləndirilib. Bundan sonra yükdaşıma qaydalarını pozduqlarına görə onların barəsində qəti tədbirlər görüləcək. İstismara yararsız olan nəqliyyat vasitələrinin cərimə meydançasına aparılması təmin ediləcək və digər müvafiq addımlar atılacaq.

Yol Polisi onu da qeyd edir ki, bu cür avtomobilləri idarə edən bəzi sürücülər yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılarkən müxtəlif təzyiq üsullarına əl atır, özlərinə xəsarət yetirəcəklərini bildirirlər, sosial vəziyyətlərini önə çəkməklə və digər vasitələrdən istifadə edərək məsuliyyətdən yayınmağa çalışırlar. Lakin Dövlət Yol Polisi əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı məlum olub ki, bu cür nəqliyyat vasitələrini idarə edən şəxslərin əksəriyyətinin normal yaşayış şəraiti var, saz vəziyyətdə olan digər avtomobilə sahibdir. Ancaq ucuz başa gəlsin deyə, istismara yararsız olan nəqliyyat vasitələrini 300-500 manata əldə edib, bu cür vasitə ilə pul qazanmağa çalışırlar. Bu isə yol hərəkəti təhlükəsizliyi üçün ciddi əngəldir və onu aradan qaldırmaq hər bir hərəkət iştirakçısının borcudur.

Baş Dövlət Yol Polisi İdarəsi bu cür nasaz nəqliyyat vasitələrinin sürücülərinə xəbərdarlıq edərək bildirir ki, nəqliyyat vasitələrini saz vəziyyətə gətirsinlər, nasaz nəqliyyat vasitəsi idarə etməsinlər. Ümumiyyətlə, dəmirlərin və ağır yüklərin daşınması yalnız yük avtomobilləri vasitəsilə həyata keçirilməli və avtomobilin yük yerində daşınmalıdır. Nəqliyyat vasitəsinin damında dəmir parçalarının daşınması qadağandır. Odur ki, sürücülər qayda pozuntularına yol verməsinlər.

Qeyd edək ki, dünən Bakıda yol hərəkəti qaydasını pozan sürücü özünə və polis əməkdaşına yanıq xəsarətləri yetirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1204   Tarix: 17 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nobel mükafatı laureatı Azərbaycanda rektorun müşaviri TƏYİN EDİLDİ

Nobel mükafatı laureatı professor Məhəmməd Yunus Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun müşaviri təyin edilib. Bu barədə universitetin rektoru Ədalət Muradov məlumat verib. O qeyd edib ki, Məhəmməd Yunus özü ona müraciət edib:. "Müraciətində professor Məhəmməd Yunus UNEC rektorunu

29 mart
.

NK qərarından sonra kütləvi satış başladı: Minlərlə "Prius"un aqibəti necə olacaq?

Azərbaycanda istehsal ili 8 ildən çox olan "Toyota Prius"ların kütləvi satışına başlanılıb. xəbər verir ki, buna səbəb Nazirlər Kabinetinin taksilərlə bağlı verdiyi qərar olub. Belə ki, verilən qərara əsasən, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti il

29 mart
.

Sabir Rüstəmxanlı: Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər

Azərbaycanda gənc qızlar ana olmaq istəmirlər. xəbər verir ki, bunu Milli Məclisin deputatı Sabir Rüstəmxanlı parlamentin bu gün keçirilən plenar iclasında bildirib. O, ailə məsələsi, gender proqramlarının, ailə institutunun nizamlanmasının və s. nəyə xidmət etdiyini, hansı gizli layihənin bir hissəs

29 mart
.

"Xocalı qatilinin Azərbaycan torpaqlarına səfəri Ermənistan hökumətinin tərkibində 5-ci kolonun formalaşmasından xəbər verir" - DEPUTAT

"Bu gün Ermənistanın parlamentdə deputat olan Xocalı qatili Seyran Ohanyan fraksiyasının digər deputatları ilə birgə Qazağın işğal altında qalan kəndlərində olub". Bunu -a danışan deputat Müşfiq Cəfərov bildirib. Deputat qeyd edib ki, hər birimizə məlumdur ki, Ohanyan daha əvvəl bu kəndlərd

29 mart
.

Azərbaycanda bu qadınlar pensiyaya tez çıxa biləcək

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin b

29 mart
.

Azərbaycanda minimum əməkhaqqı 400 manata QALDIRILIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Bununla yanaşı, qarşıdakı aylarda büdcəyə yenidən baxıla bilər və 2024-cü ilin ortalarında maaş və digər sosial müavinətlərin yenidən artırılmas

29 mart
.

Bakının bu hissəsində marşrut avtobusları üçün yenilik - Foto

Bu gündən 12 müntəzəm marşrut xətti üzrə 181 avtobus "Gənclik" metrostansiyasının yanında yaradılan yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcək. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Belə ki, qurum tərəfindən əhaliyə keyfiyyətli ictimai nəqliyya

29 mart
.

Terrorla bağlı xüsusi iclas çağırılsın - Deputatdan TƏKLİF

Terrorla bağlı ölkədəki durumla əlaqədar Milli Məclisin xüsusi iclası çağrılsın. xəbər verir ki, belə bir təkliflə deputat Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib. Onun sözlərinə görə, bununla bağlı ya Milli Məclisin qapalı iclası keçirilsin, ya da komitələrdə ba

29 mart
.

Milli Məclis Naxçıvanla bağlı qərar verdi

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə yeni hüquq verilir. Bu, Milli Məclisin bu gün keçirilən onlyan iclasında müzakirəyə çıxarılan "Media haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi çap mediası subyektinin təsisçis

29 mart