DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar var

DİN-dən ƏMƏLİYYAT: Saxlanılanlar varDaxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda saxta xarici valyutanı dövriyyəyə buraxmaqla ölkənin maliyyə sisteminə təhlükə yaratmağa çalışan şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib.

DİN Mətbuat Xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Baş İdarəyə ölkədə fəaliyyət göstərən banklardan birindən Fərhad və Asəf adlı şəxslərin saxta 17 000 avronu 32 606 manata mübadilə etmələri barədə məlumat daxil olub. Təqdim edilən 500 avroluq əskinaslardan ibarət pulların saxta olması müəyyən ediləndən sonra həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Asəf Novruzov və Lənkəran şəhər sakini Fərhad Həsənzadə saxlanılıblar.

Baxış zamanı saxlanılan şəxslərin paytaxt ərazisində yerləşən ofislərindən əlavə olaraq saxta 25 000 avro məbləğində pul əskinasları və digər maddi sübutlar aşkar edilərək götürülüb.

İlkin ifadələrində həmin şəxslər saxta əskinasları paytaxt ərazisində və respublikanın rayonlarında fəaliyyət valyuta mübadilə mərkəzlərində satmaq məqsədi ilə Türkiyə Respublikasından ölkəyə gətirdiklərini bildiriblər. Ekspertizaya təqdim edilən ümumilikdə aşkar edilən 42 000 saxta avro yoxlanılan zaman müəyyən edilib ki, həmin pulların həqiqi əskinaslardan fərqlənməməsi üçün müdafiə nişanları və eskizləri xüsusi üsulla hazırlanıb. Bu səbəbdən ilk baxışdan həmin pulların saxta olmasını müəyyən etmək mümkün deyil.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 204.2-ci (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

F.Həsənzadə və A.Novruzov barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3706   Tarix: 20 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart
.

Bakıda idmançının qətlindən YENİ XƏBƏR

İdmançının qətli ilə bağlı cinayət işi məhkəməyə göndərilib. Baş Prokurorluqdan -a verilən məlumata görə, bu il yanvar ayının 13-də Səbail rayonu ərazisində 1995-ci il təvəllüdlü Etibar Fətəliyevin qəsdən öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb

12 mart
.

Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu

Bu gün saat 15:30 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində 199-cu il təvəllüdlü Sevil Əlillinin kəsilmiş-deşilmiş xəsarətlərlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan -a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəl

26 mart
.

Əhməd Əhmədov barəsində ekspertiza rəyi məlum olub

Ailə üzvlərini qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədovun barəsində keçirilən psixoloji ekspertizanın rəyi məlum olub. APA-nın əldə etdiyi xəbərə görə, həkim-ekspertlər tərəfindən verilən rəyə əsasən, Əhməd Əhmədovun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib

8 aprel
.

Tanınmış siyasətçi arvadını qətlə yetirdi

Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl

21 aprel
.

Saxta adla icra başçısı haqda paylaşımlar etdi, cəzalandırıldı

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev sosial şəbəkələrdə barəsində yazılanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, artıq həmin müraciət araşdırılıb. Məlum olub ki, feysbukda "Fərid M" adlı profillə icra başçıs

4 aprel
.

Hakimlər bu işi araşdırmaqdan imtina etdi

Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, Bakı Apellyasiy

5 aprel
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

Müğənnini öldürən ərinə hökm oxundu

Müğənni Yaqut Nərimanı (Həşimova) öldürməkdə ittiham olunan əri Anar Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hökmə əsasən, Anar Həşimov xüsusi amansızlıqla adam öldürməkd

3 aprel