Rasim Balayev: "Xəstəliyimin çarəsi olmasa belə, əməliyyata razı olmayacağam"

Rasim Balayev: "Xəstəliyimin çarəsi olmasa belə, əməliyyata razı olmayacağam""Xəstəliyimin çarəsi olmasa belə, əməliyyata razı olmayacam. Çünki əməliyyat olunanların bir neçəsi ilə söhbət eləmişəm. Onlar əməliyyatdan sonra heç də müsbət nəticə əldə etmədiklərini deyiblər".

Bunu "Babək" filminin çəkilişi zamanı bir neçə dəfə atdan yıxıldığı üçün belində yırtıq yaranan Xalq artisti Rasim Balayev Sputnik Azərbaycan-a açıqlamasında deyib.

Müalicə almaq üçün bir müddət öncə Türkiyəyə gedən aktyor səhhətindəki son durumdan söz açıb: "Azərbaycanda işim-gücüm xəstəxanaları gəzmək idi. Həkimlərin hərəsi bir söz deyirdi. Bir də deyirdilər ki, masaj elətdirim. Sonradan bu xəstəlikdən əziyyət çəkən bir tanışın Türkiyədə müalicə alaraq sağaldığını eşitdim. Onun sağalmağı məndə inam yaratdı. Bu səbəbdən də müalicə üçün Türkiyəyə getdim. Ümid edirəm, bu müalicənin xeyri olacaq".

"Həkimlər demişdi ki, 1 aydan sonra müalicə xeyrini göstərəcək. Hazırda, az da olsa, müalicənin xeyrini görürəm. Müalicənin effektini görsəm, bir ildən sonra yenidən Türkiyəyə gedəcəm" – deyə R.Balayev əlavə edib.

O, qısaca da olsa, xəstəliyi haqda məlumat verib: "Beldə yırtıq dünyada ən geniş yayılmış xəstəliklərdən biridir. İndi əksər adamlarda bu problem var. Oğlum oturaq işlə məşğuldur, onda da yırtıq var. Adam var ki, yırtığı 7 milli metrdir, lakin onu narahat etmir. Mənim yırtığım isə 4 mili metrdir, siniri sıxır, narahatlıq yaradır. Nəticədə də sol ayağımı atarkən çətinlik yaşayıram".

R.Balayev hazırda yeni işinin olmadığını bildirib: "İş yoxdursa, nədən danışa bilərik. Köhnə hamam, köhnə tasdır. Nə iş, nə yaxşı rejissor, nə film çəkən, nə də yazan var".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 4170   Tarix: 24 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU

Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir. xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğr

5 iyul 2021
.

Məşhur filmin treyleri rekord izlənmə sayı toplayıb - VİDEO

"Hörümçək adam: Evə yol yoxdur" (Spider-Man: No Way Home) filminin treyleri rekord izlənmə sayı toplayıb. -a istinadən xəbər verir ki, yayımlandığı ilk sutka ərzində müxtəlif sosial şəbəkə və platformalarda videonu 355.5 milyon nəfər izləyib. Qeyd edək ki, öncəki rekord 289 milyon baxışla "Qısasçılar

27 avqust 2021
.

Məktəbli qızla evləndi, xanımına görə onu hədələdilər...

Bu gün böyük kamança ustası, Xalq artisti Habil Əliyevin anım günüdür. -a istinadən bu münasibətlə onun haqqında 10 maraqlı faktı təqdim edir. 1. Habil Əliyevin virtuoz çalğısını musiqi biliciləri dahi Paqanininin ifaçılığı ilə müqayisə edirlər. 2. Xanəndə Yaqub Məmmədov uşaqlıq dostu olublar. Müharibədə

8 sentyabr 2021
.

"Bizim Cəbiş müəllim"in Makedonu - Tanya ilə öpüş səhnəsində qəsdən səhvə yol verən kababçı Aqil

1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Bizim Cəbiş müəllim" Azərbaycan kino sənətinin incilərindəndir. Filmin ekrana çıxmasından illər ötsə də, bu gün də ona sevə-sevə baxılır və Azərbaycan tamaşaçısı heç vaxt "yoruldum" demir. Hərbi kinopovestdək

22 avqust 2021
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021
.

Şuşada Bülbülün ev-muzeyinin bərpadan sonra açılışı oldu - FOTO

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün avqustun 29-da Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezident

29 avqust 2021
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17 sentyabr 2021
.

Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var

12 iyul 2021
.

Beşinci əsrə aid qədim Qum məbədi necə qorunur? – VİDEO

Azərbaycanın hər daşında bir tarix var. Qaxda yerləşən Qum məbədi də tariximiz üçün ən dəyərli abidələrdən hesab olunur. Bu tikili qədim albanların şimal-qərb bölgəsindəki dini məbədlərinin mərkəzi kimi bilinir. Ancaq, Baku TV-nin qaynar xəttinə məbəddə mühafizəçinin olmadığı, məbədin həyətində hasarı

18 iyul 2021