Vətəndaşlarımızı evində qul kimi işlədən erməni general QAÇIR

Vətəndaşlarımızı evində qul kimi işlədən erməni general QAÇIRErməni general Manvel Qriqoryan faktiki olaraq azad hərəkət hüququndan məhrum edilib. Sonxeber.az publiak.az-a istinadən xəbər verir ki, bu haqda onun vəkili Levon Baqdasaryan mətbuat kobfransında deyib. Vəkil həmçinin, müdafiə etdiyi şəxsin Ermənistanı tərk edib Qarabağa gedəcəyi barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasını absurd adlandırıb. "Bildirirlər ki, Manvel Qriqoryan azadlıqda qalarsa, Ermənistanı tərk edəcək. Rəsmən bəyan edirlər ki, həbs qətimkan tədbirini dəyişə bilmərik. Səbəb kimi onun Qarabağa gedəcəyini deyirlər", - vəkil deyib.

Qeyd edək ki, Manvel Qriqoryan səhhətində yaranan problemlərlə əlaqədar həbsdən azad edilərək Armavir vilayətinin Aknaliç kəndinə gətirilib. Orada onun bağ evi var. Eçmiadzini sakinləri onu yenidən həbsin altına qaytarmağı tələb edərək küçələrə çıxıblar. Polis məhkəməsiz cəzalandırmadan ehtiyat edərək Qriqoryanı evinin ətrafında gecə-gündüz növbə çəkir. Baqdasaryan isə hesab edir ki, etiraz aksiyalarını polis özü istiqamətləndirir. "Mümkün qədər daha çox insan toplaşsın deyə polis özü təşkilatçıları dəvət edib və aksiya keçirməyi məsləhət görüb", - Baqdasaryan deyib. İrəvan məhkəməsi dekabrın 21-də 25 milyon dram ( 51,5 min dollar) girov qarşılığında Qriqoryanın azad olunması haqqında qərar qəbul edib. Qriqoryan silahın qanunsuz saxlanılmasında və hərbçilər üçün olan ərzağın mənimsənməsində ittiham edilərək iyunda deputat toxunulmazlığından məhrum edilməklə həbs olunmuşdu. Ermənistanın baş prokurorluğu Qarabağ müharibəsində azərbaycanlılara qarşı soyqırımın əsas iştirakçısı olmuş Manvel Qriqoryanın azadlığa buraxılması ilə bağlı məhkəmə qərarından apelyasiya şikayət verib. Baş prokurorluğun nümayəndəsi Arevik Xaçatryan deyib ki, məhkəmənin Qriqoryanla bağlı qərarı əsassızdır. Qeyd edək ki, Manvel Qriqoryan azərbaycanlı əsirləri evində qul kimi işlətməsi ilə də məşhurdur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1403   Tarix: 25 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycandan Ermənistana sərhəddəki təxribatlarla bağlı ÇAĞIRIŞ

Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb. -ın məlumatına görə, açıqlamada deyilir:. "Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zid

14 avqust 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

XTD komandiri Şuşa döyüşlərindən danışır - VİDEO

Vətən müharibəsində torpaqlarımızı düşmən işğalından azad edən qəhrəmanlar sırasında Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının xüsusi təyinatlı döyüşçülərinin də xüsusi rolu olub. Daxili Qoşunların xüsusi təyinatlıları Murovdağ, Kəlbəcər, Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut, Şuşa döyüşlərind

4 iyul 2021
.

Müdafiə Nazirliyi: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 1-i saat 03.45 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən kəndi yaxınlığında yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikası Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəş

1 avqust 2021
.

Ermənilər Kəlbəcərdə mövqelərimizi atəşə tutdu

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrl

27 iyun 2021
.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021
.

ACCA aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər. Diaspora Komitəsindən APA-ya verilən məlumata görə, "US

6 iyun 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021
.

Ağdam əməliyyatının DETALLARI: "Oradan bir nəfər də salamat çıxmayacaqdı"

"Erməni silahlı qüvvələri, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın hücumunu Ağdam istiqamətindən gözləyirdi. Bütün güclərini Ağdam ətrafında müdafiənin təşkilinə sərf etmişdilər. Minalardan da başqa çox böyük əsgəri gücü orada saxlayırdılar. Bu da onların hərbi rəhbərliyinin səriştəsizliyin

26 iyun 2021