2018-ci ildə qanı tökülən tələbələr - SİYAHI

2018-ci ildə qanı tökülən tələbələr - SİYAHI2018-ci ilin son günlərini yaşayırıq. Bu il xoş hadisələrlə yanaşı, tələbələrin öldürülməsi, cinayət hadisələri də ölkənin əsas gündəm mövzusuna çevrildi. Təhsil aldıqları universitetdə və universitetdən kənarda cinayət qurbanı olan tələbələrlə bağlı xəbərlərin sayı az olmadı.

Sonxeber bildirir ki, BiG.AZ saytı 2018-ci ildə bıçaqlanan tələbələri təqdim edir:

-Bakıda 17 yaşlı gənc həmyaşıdını öldürüb.

Nərimanov rayonu, Atatürk prospektində Murquzov Rauf İlqar oğlu 2001-ci il təvəllüdlü Xəlilov Elman Elyar oğlunu bıçaqlayaraq qətlə yetirib.

Rauf Murquzov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, R.Murquzov Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının, E.Xəlilov isə Azərbaycan Texniki Universitetinin tələbəsi imiş.

- Bakıda tələbələr arasında mübahisə bıçaqlanma ilə nəticlənib. Hadisə Nərimaov rayonu ərazisində Bakı Avrasiya Universitetinin yaxınlığında olub. Adı çəkilən universitetin filologiya fakultəsinin birinci kurs tələbəsi Azər Həşimov öz qrup yoldaşı ilə mübahisə edib.
Bu zaman adı hələ ki, açıqlanmayan tələbə tərəfindən bıçaqlanıb.

- Bakıda universitetdə bıçaqlanma hadisəsi baş verib.

Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən Azərbaycan Pedaqoji Universitetinin əsas binasının sanitar qovşağında 3-cü kurs tələbəsi İbrahimov Rəşad Akif oğlu tələbə yoldaşını bıçaqlayıb. Müxtəlif dərəcəli xəsarətlər alan 1995-ci il təvəllüdlü Nəbizadə Yusif Rəşid oğlu qan içində xəstəxanaya aparılıb.

Kürək və qarın nahiyəsindən daxilə nüfuz etmiş ağır xəsarətlər alan Yusif Mərkəzi Neftçilər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

- Bakıda əcnəbi tələbə döyülüb.

Hadisə paytaxtın Nərimanov rayonu, Molla Cümə küçəsi 1965-ci məhəllədə qeydə alınıb.

Azərbaycan Tibb Universitetinin 2 kurs tələbəsi, Rusiya vətəndaşı, 1979-cu il təvəllüdlü Aqaniviç Aleksandra İqirna noybarın 27-dən 28-ə keçən gecə saat 03 radələrində küçədə döyülüb. O, döyülməsi ilə bağlı Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ərizə ilə şikayət edib.

Tələbə qız şikayət ərizəsində Sumqayıt şəhər sakini, 2001-ci il təvəllüdlü Nicat Fərxəliyev tərəfindən döyüldüyünü bildirib.

Faktla bağlı araşdırma başlanılıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 4445   Tarix: 25 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə

1 sentyabr 2021
.

Kürün sahilində narkotik becərənlər saxlanıldılar - FOTO

Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbiri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumat

4 sentyabr 2021
.

Yerdə xırıldayanda yenə bıçaqladım, çünki... - "Emin 444"ün qətli

Kriminal aləmdə "Emin 44" kimi tanınan Emin Səfərovun qətlinə görə həbs edilmiş şəxslərin cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. -a istinadən xəbər verir ki, artıq məhkəmə araşdırması yekunlaşmaq üzrədir. Sonuncu prosesdə məhkəm

12 sentyabr 2021
.

Cəlilabadda DƏHŞƏT - 18 yaşlı gənc evində döyülərək baltalandı

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. -ın məlumatına görə, hadisə rayonun Şükürlü kəndində qeydə alınıb. Belə ki, Şükürlü kənd sakini, 18 yaşlı Şəbi Şəbiyev evlərində bir neçə şəxs tərəfindən döyülüb. Ağır xəsarət alan Ş. Şəbiyevə baş nahiyyəsindən balta xəsarəti də yetirilib. Yaralı ağır vəziyyətd

11 sentyabr 2021
.

Övladını və gəlinini baltalayan 70 yaşlı kişi: "Oğlanı zorlamışdı..."

Bakıda oğlunu və gəlinini öldürməyə cəhddə təqsirləndirilən Mehdi İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 70 yaşlı Mehdi İsmayılovun oğlunu və gəlinini niyə baltalaması müəmma kimi qalıb. həmin cinayət işi üzrə materialları əldə edib. İttihama görə, hadisə ötən il dekabrın 5-də saa

30 avqust 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal

8 sentyabr 2021
.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo

21 avqust 2021