İnsanları öldürüb videoya çəkən azərbaycanlı İŞİD-çi

İnsanları öldürüb videoya çəkən azərbaycanlı İŞİD-çiSuriyada İŞİD terror təşkilatının sıralarında döyüşməkdə ittiham edilən Eldəniz Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Sonxeber.az-ın open.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə Eldəniz Mənmədov 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Məmmədov İŞİD terror təşkilatının sıralarında uzun müddət döyüşüb və o, "Abu Cihad" ləqəbli ilə tanınıb. O, Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib. Həmçinin məlum olub ki, E.Məmmədov sosial şəbəkələrdə İŞİD-çilər arasında populyar olan "İnstagram" səhifəsinin sahibi olub.

Kriminal   Baxılıb: 4335   Tarix: 28 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 055 6620257

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR