General Elçin Quliyev Ermənistanla sərhəddə, döyüş postlarında

General Elçin Quliyev Ermənistanla sərhəddə, döyüş postlarındaDövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax" sərhəd dəstəsinin Er­mə­nistanla dövlət sərhədində xidməti-döyüş fəaliyyətini həyata keçirən sər­həd döyüş məntəqələrində olub, təmas xəttində döyüş tapşırığını ye­rinə yetirən hərbi qulluqçularla görüşüb.

DSX-nın Mətbuat Mərkəzindən Sonxeber.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən qürur duyan və xüsusi hazırlıq keçmiş heyət sırasında olmaları ilə fəxr edən sərhədçi hərbi qulluqçular düşmənin hər hansı təxribatının qarşısını almaq üçün daima hazır olmala­rını məruzə etmiş, döyüş ruhlarının yüksək olmasını nümayiş etdiriblər.

Dövlət Sərhəd Xidmətinin rəisi "Qazax" sərhəd dəstəsinin xidməti əra­zisindəki əməliyyat şəraiti, həmçinin ərazi müdafiəsinin və sərhəd mühafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqında Sərhəd Qoşunları Komandanının və digər rəhbər vəzifəli şəxslərin məruzələrini dinləmiş, Azərbaycan Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının ən yüksək səviyyədə icra edilməsi, döyüş hazırlığının daha da gücləndirilməsi, şəxsi heyətin dö­yüş ruhunun və vətənpərvərlik hislərinin yüksəldilməsi, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin yerli orqanları, Müdafiə Nazirliyinin xidməti ərazidə dislokasiya olunan hərbi hissə və birləşmələri ilə qarşılıqlı əlaqələrin daha yüksək səviyyədə təşkil olunması, Qazax və Ağstafa rayonlarında yerli icra hakimiyyəti orqanları və vətəndaşlarla münasibətlərinin genişləndirilməsi istiqamətində göstərişlərini verib.

E.Quliyev Qazax və Ağstafa rayonlarının əra­zisində ərazi müdafiəsinin təkmilləşdirilməsi ilə yanaşı müasir sərhəd mü­ha­fizə infrastrukturunun yaradılması, sərhəd komendantlıqlarında və sər­həd döyüş məntəqələrində tikilən yeni xidməti binaların və əsgər kazar­malarının inşa vəziyyəti, məntəqələrdə quraşdırılmış modul tipli binalarda, səhra mətbəxlərində və səhra hamamlarında yaradılmış şəraitlə tanış ol­muş, sərhəd döyüş məntəqələrinə yeni yolların salınması, sənaye işığının və qaz xətlərinin çəkilməsi məqsədilə görülən işlərin gedişatını yox­la­yıb.

DSX rəisi sər­həd dö­yüş məntəqələrində xidmət-döyüş fəaliyyətinin təşkilində fərqlənmiş hərbi qulluqçuları təltifləndirib, şəxsi heyətlə birgə nahar edib, qar­şıdan gələn dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il bay­ramı müna­sibətilə sərhədçiləri təbrik edib, çətin və məsuliyyətli, ağır olduğu qədər də şərəfli xidmətlərində uğur və müvəffə­qiyyətlər arzulayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2288   Tarix: 28 dekabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

İsrailə 12 mindən çox raket atılıb

Son altı ayda İsrail Müdafiə Qüvvələri (IDF) ölkə ərazisinə Suriyadan 35, Livandan 3100 və Qəzza zolağından 9100 min (cəmi 12 235) raket atıldığını qeydə alıb. Bu barədə ordunun mətbuat xidmətinin altı aylıq müharibənin nəticələrinə görə yaydığı xülasədə deyilir. Mətbuat xidməti məlumatların dəqiq v

7 aprel
.

İLK DƏFƏ: İran hücum anının GÖRÜNTÜLƏRİNİ YAYDI - ŞOK VİDEO

SEPAH İranın "Nəbi Əkrəm" bazasından İsrail ərazilərinə ballistik raketlərin buraxılması anlarını yayıb. xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb. Qeyd edək ki, İran İsrailə PUA-larla hücum edib. İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, ord

14 aprel
.

SON DƏQİQƏ! İran rəsmən ELAN ETDİ: İsrailə qarşı hərbi əməliyyatlar...

"İranın İsrailə qarşı əməliyyatı başa çatıb". "Report" yerli mətbuata istinadən xəbər verir ki, bunu İran Silahlı Qüvvələri Baş Qərargahının rəisi general-mayor Məhəmməd Baqeri deyib. "Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə

14 aprel
.

İsrail cavab zərbəsi endirəcək: İrandan ABŞ-yə XƏBƏRDARLIQ

İsrail "yaxın 48 saat ərzində" İrana cavab verəcək. Bu barədə İsrail mediasında qeyri-rəsmi məlumatlar yayılıb. Öz növbəsində, Tehran İsveçrə vasitəsilə ABŞ-yə xəbərdarlıq edib ki, Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləsə, onun bazaları hərbi hədəfə çevriləcək. Bunu İran Silahlı Qüvvələrini

14 aprel
.

Ukraynada daha iki gürcü döyüşçü həlak olub

Ukraynada daha iki gürcü döyüşçü həlak olub. APA-ya istinadən bildirir ki, məlumatı "Gürcü Legionu" yayıb. Bildirilib ki, legionun döyüşçüləri Nodar Nasirov və Giorgi Qoqiaşvili ön xətdə döyüş tapşırıqlarını yerinə yetirərkən həlak olublar. Gürcüstan KİV-nin məlumatına görə, Ukraynada müharib

10 mart
.

İsrail ordusu: İranın buraxdığı PUA-ların heç biri İsrail sərhədlərinə çatmayıb

İsrail Müdafiə Qüvvələri (IDF) yəhudi dövlətinə doğru uçan 300-ə yaxın İran mərmisinin 99%-ni zərərsizləşdirib. "Report"un məlumatına görə, bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqariyə istinadən "The Times of Israel" qəzeti yazıb. Onun sözlərinə görə, İran İsrailə doğru 17

14 aprel
.

Ermənilərin döyüş postu darmadağın edilib - RƏSMİ

Ermənilərin dünənki təxribatına cavab olaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi "Qisas əməliyyatı" zamanı Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib. Bununla bağlı DSX məlumat yayıb

13 fevral
.

Qarabağdakı antiterror tədbirlərindən yeni görüntülər - VİDEO

Ötən il sentyabrın 19-20-də Qarabağda antiterror tədbirləri ilə bağlı yeni görüntülər üzə çıxıb. Görüntülərdə Azərbaycan hərbçilərinin təkcə cəsarəti və qəhrəmanlığı deyil, həm də peşəkarlıq və koordinasiyasının yüksək səviyyədə olması öz əksini tapıb. Bizim.Media-nın yaydığı görüntüləri təqdim edir

8 fevral
.

Ukrayna bir həftədə Rusiyanın 4,5 min əsgərini məhv etdi

Ukrayna müdafiəçiləri həftə ərzində təxminən 5420 Rusiya hərbçisini məhv edib, 1088 texnikasını sıradan çıxarıb. -a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Aleksandr Pavlyuk Teleqram kanalında yazıb. "24-31 mart tarixlərində Ukrayna Rusiya ordusunu

31 mart