Azərbaycanda YENİLİK: Ödəmələrin 15 faizi geri qaytarılacaq

Azərbaycanda YENİLİK: Ödəmələrin 15 faizi geri qaytarılacaqBu gündən başlayaraq fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycanda pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10%-i geri qaytarılacaq.

Sonxeber.az report-a istinadən bildirir ki, fiziki şəxs olan olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edir. Qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15%, nağd ödənişlər üzrə isə 10% təşkil edir.

Bildirilir ki, ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.

Belə ki, nəzarət-kassa aparatının çeklərində vergi ödəyicisinin adı, VÖEN-i, çekin vurulmasının tarixi və saatı, təsərrüfat subyektinin adı, vergi orqanındakı uçot kodu və yerləşdiyi ünvan, malın və ya xidmətin (işin) adı, ölçü vahidi, miqdarı, bir vahidinin qiyməti və yekun məbləğ (o cümlədən ƏDV-nin və ya sadələşdirilmiş verginin məbləği,gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi, nəzarət-kassa aparatının markası və zavod nömrəsi, nəzarət-kassa aparatının fiskal rejiminin nişanı (əlaməti), çekin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun elektron informasiya sisteminə ötürülüb-ötürülməməsinə dair qeyd, malın sürətli məlumat kodu (Quick Reponse Code) olmalıdır.

Həmçinin, 102-ci maddəyə edilən dəyişikliklə, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə " İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25%-i həcmində azaldılır. Bundan başqa, 106-cı maddəyə edilən dəyişikliyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçriilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən büdcəyə ödənilməli olan mənfəət vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə " İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25%-i həcmində azaldılır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 9862   Tarix: 01 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA

Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il

6 may 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021
.

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ

4 sentyabr 2021
.

Dünya bazarında neft qiymətləri necə dəyişib?

Dünya bazarında neft qiymətləri yüksəlib. Bu barədə RT məlumat yayıb. Belə ki, WTI markalı neftin avqust fyuçersləri 0,15 faiz bahalaşıb və bir barelinin qiyməti 66,52 ABŞ dolları təşkil edib. "Brent" markalı neftin sentyabr fyuçersləri 0,16 faiz bahalaşıb və dəyəri 68,73 ABŞ dolları olub

20 iyul 2021
.

Azərbaycanın məhsul ixrac etdiyi əsas ölkələr - Siyahı

2021-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 169 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 100 ölkəyə məhsul ixrac olunmuş, 156 ölkədən idxal olunub. Dövlət Statistika Komitəsindən -a verilən məlumatına görə, gömrük orqanlarınd

20 iyul 2021
.

Azərbaycan niyə Dünya Bankının yardımından imtina etdi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Azərbaycan Dünya Bankı tərəfindən təqdim olunan güzəştli kreditdən imtina edib. Bəs bunun səbəbi nədir?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı ekspert Xəyal Məmmədli bildirib ki, Dünya Bankı "COVİD-19" pandemiyası ilə bağlı tək Azərbaycana deyil, bütün dünya dövlətlərin

23 iyun 2021
.

Bitkoin yenə bahalaşdı

Dünyanın ən bahalı kriptovalyutası olan bitkoinin qiyməti bahalaşıb. xəbər verir ki, bu barədə "CoinMarketCap" məlumat yayıb. Məlumata görə, bitkoinin dəyəri 1.79 faiz artaraq 44.55 min dollar olub

8 avqust 2021
.

Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır

Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç

19 avqust 2021
.

Azərbaycanda avtomobillərin qiyməti niyə bahalaşır? -AÇIQLAMA

Pandemiya dövründə iqtisadi aktivliyin azalması bütün sahələrə öz mənfi təsirini göstərdi. Bu dövrdə ən çox zərər çəkən sahələrdən biri də avtomobil bazarı oldu. Maraqlıdır, hazırda avtomobil bazarında vəziyyət necədir, növbəti mövsümdə qiymətlər hansı istiqamətdə dəyişəcək?. Mövzu ilə bağlı -ın sulların

15 may 2021