Torpaqlarımızda ÖLÜM-DİRİM SAVAŞI BAŞLAYIR: Paşinyana qarşı İKİNCİ ADDIM

Torpaqlarımızda ÖLÜM-DİRİM SAVAŞI BAŞLAYIR: Paşinyana qarşı İKİNCİ ADDIMQarşıdakı dönəmdə Ermənistanın yeni hakimiyyəti ilə qarşıdurma vəziyyətində olacağı gözlənilən Dağlıq Qarabağın separatçı rejimdən Nikol Paşinyana qarşı növbəti addım gəlib. Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, separatçıların lideri Bako Saakyan Xankəndində Ermənistan parlamentinin spikeri Ara Babloyanla ötən gün görüşüb. Saakyan həmçinin, Ermənistan parlamentinin başçısını "Mesrop Maştos" ordeni ilə mükafatlandırıb. Qeyd edək ki, Babloyan spikerin postunda öz missiyasını başa çatdırır. Yeni çağırışın parlament iclası yanvarın 14-də olacaq. Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın lideri olduğu "Qarabağ klanı"nın qalıqlarından olan Bako Saakyan və Ara Babloyanın Xankəndidə görüşməsi Saakyanın son iki həftə ərzində Paşinyana qarşı ikinci addımı heasb edilir. Daha əvvəl qondarma rejimin "parlamenti" Paşinyanın əsas düşmənlərindən sayılan Robert Köçəryanın azadlığa buraxılması tələbi ilə çıxış etmişdi.

Bu iki addım Xankəndindəki qondarma rejiminin Paşinyan hakimiyyətinə meydan oxuması anlamına gəlir. Bütün bunlar isə qarşıdakı dövrdə Ermənistanın yeni hakimiyyəti ilə qondarma rejim arasında ölüm-dirim savaşının olacağını deməyə əsas verir. Nikol Paşinyan artıq özü də gizlətmir ki, Qarabağdakı separatçı rejimi tamamilə dəyişdirmək və özünə bağlı rejim yaratmaq planı var. Paşinyan hələ seçkilərdən (növbədənkənar parlament seçkiləri dekabrın 9-da keçirilib – red.) əvvəl bildirmişdi ki, seçkilərdən sonra Xankəndindəki rejimlə həll ediləsi bir çox məsələ var. Bu məsələlərdən birinin isə Dağlıq Qarabağda özünə bağlı rejimin yaradılmasının olması şübhə doğurmur. Çünki keçmiş hakimiyyətin əsas dayaq nöqtəsi məhz Qarabağdakı bugünkü separatçı rejimdir. Lakin bu, hələlik o qədər də asan deyil. Nəzərə alaq ki, "Qarabağ klanı"nın liderləri olan keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyan Rusiya tərəfindən tamamilə dəstəklənir. Erməni şərhçilər isə Paşinyanın Qarabağda istədiyinə nail olmaq üçün zaman ehtiyacının olduğunu hesab edirlər, lakin o da istisna deyil ki, bu proses ciddi qarşıdurma fonunda keçsin. Hazırda İrəvanla Qarabağdakı separatçı rejim arasındakı toqquşmaların davam etməsi də bunu deməyə əsas verir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1974   Tarix: 03 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021
.

ACCA aparıcı media orqanlarını Ermənistana etiraz etməyə çağırıb

ABŞ-ın müxtəlif əyalətlərindən Amerika Azərbaycanlılarının Koordinasiya Şurasında (ACCA) birləşən diaspor təşkilatlarının liderləri Kəlbəcərdə azərbaycanlı jurnalistlərin faciəli şəkildə həlak olması ilə bağlı nüfuzlu KİV-lərə müraciət ediblər. Diaspora Komitəsindən APA-ya verilən məlumata görə, "US

6 iyun 2021
.

Füzulidə erməni hərbçisinin meyiti tapıldı

Erməni axtarış qrupları bu gün Füzulidə daha 1 erməni hərbçisinin meyitini tapıblar. xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bununla da 14 noyabr 2020-ci ildən indiyədək aparılan axtarışlar nəticəsində tapılan erməni əsgər meyitlərinin sayı 1580 olub. Axtarışlar Azərbaycan Ordusunu

19 iyun 2021
.

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutuldu

Avqustun 15-i saat 12:00-dan 12:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə snaype

15 avqust 2021
.

Kabildəki Azərbaycan sülhməramlıları: "Hər şey yaxşıdır" - FOTOLAR / VİDEO

Azərbaycan və Türkiyənin sülhməramlıları radikal "Taliban" hərəkatının nəzarəti altında olan Əfqanıstanın paytaxtı Kabilin Həmid Karzai adına Beynəlxalq Hava Limanında "bir millət, iki dövlət" şüarı ilə çiyin-çiyinə xidmət edir. Sonxeber xəbər verir ki, hava limanının təhlükəsizliy

22 avqust 2021
.

Şəhid Elməddin Həsrətov dəfn edildi - YENİLƏNİB/FOTO

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu Elməddin Həsrətov Goranboyda dəfin edilib. ərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri ,rayon ictimaiyyəti iştirak edib. E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb

27 iyun 2021
.

Füzuli və Cəbrayılda 4 erməni hərbçisinin meyiti tapıldı

Azərbaycanın Füzuli və Cəbrayıl rayonları ərazisində daha 4 ermənin meyiti tapılıb. xəbər verir ki, məlumatı "Sputnik Armeniya" yayıb. Bildirilib ki, 2020-ci il noyabrın 10-dan sonra işğaldan təmizlənən Azərbaycan ərazisində aparılan axtarış nəticəsində Ermənistan 1595 ermənin meyiti və y

3 iyul 2021
.

Ombudsman: "Ermənistanın terroru nəticəsində 12 uşaq ölüb, 50-si yaralanıb"

"İki yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən dörd il ötür. Cəzasızlıq mühitindən istifadə edən Ermənistanın uşaqlara qarşı terror siyasəti sonralar da davam etdirilərək atəşkəs dövründ

4 iyul 2021