Əsgərlik yaşının 18 olması düzgündürmü? - DEPUTATDAN AÇIQLAMA

Əsgərlik yaşının 18 olması düzgündürmü? - DEPUTATDAN AÇIQLAMASonxeber.az oxu.az-a istindən Milli Məclisin deputatı Aydın Mirzəzadənin müsahibəsini təqdim edir:

- Qarşıdan MM-in növbəti - 2019-cu il yaz sessiyası gəlir. Bu baxımdan, yaz sessiyasında hərbi qanunvericiliyə hansısa əlavə və dəyişikliklər, yeni qanunlar gözlənilirmi?

- Əvvəla, qeyd edim ki, Azərbaycan parlamentində qanunların qəbulu cəmiyyətin həmin dövr üçün tələbatından irəli gələn məsələləri həll edir. Yəni biz həm siyasi, həm iqtisadi sahədə yeniliklərə qanunvericiliklə dəstək verməyə çalışırıq.

Bu baxımdan, qanunvericilik təşəbbüsü ilə cənab prezidentdən və digər qanunvericilik təşəbbüsü olan strukturlardan qanun layihələri gəlir.

Parlamentin özündə də qanun layihələri hazırlanır. Konkret ad çəkmək bir qədər çətindir. Amma hesab edirəm ki, ötən il olduğu kimi, bu il də həm yeni qanunların qəbulu istiqamətində, həm də qanunların təkmilləşdirilməsi ilə bağlı günün tələblərinə uyğun addımlar atılacaq.

- Neçə illərdir ki, cəmiyyətdə, mediada, elə parlamentin özündə ailələrin tək oğlan övladlarının hərbi xidmətdən azad edilməsi, çağırış yaşının qaldırılması məsələsi gündəmdədir. Bu məsələlər bu il hərbi qanunvericilikdə öz müsbət və birdəfəlik həllini tapa bilərmi?

- Biz nəzərdən qaçırmayaq ki, uzun illərdir müharibə vəziyyətində olan ölkəyik və bu gün ailələrin əksəriyyətində tək oğlan övladı var. Bu baxımdan, onları xüsusi kateqoriyaya ayırmaq olmur. Mən buna təəssüf edirəm. Ancaq bununla belə, bütün çağırılan əsgərlər kimi, onların da qorunması, sağ-salamat hərbi xidmət çəkib geri dönməsi üçün dövlət tərəfindən maksimum tədbirlər görülür.

Eyni zamanda, cənab prezidentin bildirdiyi kimi, 2019-cu il Dağlıq Qarabağ münaqişəsinin həlli üçün həlledici il ola bilər. Bu, olacaqsa, artıq hərbi gərginlik azalacaq. Bu, olacaqsa, artıq ordu quruculuğunda da müəyyən yeniliklər ola bilər.

Digər tərəfdən, çağırış yaşının qaldırılması təkliflərini əsaslı hesab etmirəm. Əksinə, çağırış yaşının 18 olması düzgündür ki, gənc öz hərbi borcunu yerinə yetirir və ondan sonra sərbəst şəkildə həyatını qura bilir.

Yaşı yuxarıya çəkdikdə, dünya təcrübəsi göstərir ki, gənclər özlərinin həyat planlarını qurmaqda artıq bir neçə il gecikmiş olurlar. Biz istəməzdik ki, bu, belə olsun.

- Ancaq o da var və faktdır, reallıqdır ki, bu gün 18 yaşında olan oğlanların, hərbi çağırışçıların böyük əksəriyyəti arıq, çəlimsiz, boyları balacadır…

- Deməzdim ki, məhz belədir. Bəli, müəyyən bir qismində var, amma kütləvi deyil. O başqa məsələdir ki, bu gün hər bir ailə hər bir övladının, o cümlədən, oğlanın sağlam böyüməsi üçün tədbirlər görməlidir və ildən-ilə insanların həyat şəraiti yaxşılaşdıqca, bu tədbirlər öz-özünə görülür, fiziki göstəricilərində problemlər olan gənclər isə birmənalı şəkildə orduya çağırılmırlar.

Bu da çox ciddi nəzərə alınır. Bu məsələyə diqqət edildiyinə görə son dövrlərdə ordu sıralarına çağırılanların içərisində fiziki qüsuru olanların sayı həddindən artıq azalıb.

- Yeri gəlmişkən, ailələrin bir çox hallarda "oğul, oğlan sevdası" bəzən qız uşaqlarının elə ana bətnindəcə öldürülməsinə, qız uşaqlarının diskriminasiyasına gətirib çıxarır.

- Bu, cəmiyyətdə müzakirə olunan məsələdir. Çox təəssüf ki, hələ də cəmiyyətin müəyyən bir təbəqəsində, ailədə ancaq oğlan olması arzusu hökm sürür. Amma bununla belə, son hadisələr göstərir ki, bu, elə də böyük fəlakət vəziyyətə gəlib çatmayıb.

Eyni zamanda, ailələr başa düşür ki, bu oğlanlar 25 ildən sonra ailə qurmalıdır və bu baxımdan, o məsuliyyətin onların da üzərinə düşdüyünü dərk edirlər. Bu, ümummilli bir məsələdir.

Aparılan təbliğat, oğlan və qızın bərabərhüquqlu olması, onların hər birinin ailəyə ciddi bağlılığı bu məsələdə artıq düşüncələrdə müəyyən dəyişikliklərin yaranmasına gətirib çıxarır.

- Son illərin bu istiqamətdəki problemlərindən biri də ailələrin, xüsusilə gənc ailələrin bir, ən yaxşı halda iki uşağa üstünlük verməsidir. Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğan səviyyəsində bu məsələyə müdaxilə edilərək, hər bir ailənin ən azı üç övlad dünyaya gətirməsi istənilir…

- Bilirsiniz, bunu hər kəs özü həll edir. Yəni, bu məsələdə mən deməzdim ki, xüsusi bir çağırış etmək lazımdır. Ancaq bununla belə, qoy, ailələrimiz çoxuşaqlı olsunlar (gülür).


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2447   Tarix: 03 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

İlham Əliyev: "Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq"

"İcra ediləcək yeni layihə (Şirvan suvarma kanalının yenidən qurulması - red.) 230 min hektar əkin sahəsini əhatə edəcək". AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindək

16 aprel
.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlı

17 aprel
.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17 aprel
.

Ceyhun Bayramov Belarusa səfər edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun 12 aprel tarixində Minsk şəhərində baş tutacaq MDB Xarici İşlər Nazirlər

11 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub - YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlətimizin başçısına görüləcək işlər barədə məluma

16 aprel
.

Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq? - VİDEO

Qazaxın işğal altında qalan kəndləri ilə bağlı Ermənistan tərəfinin qeyri-müəyyənliyi davam edir. Ölkə müxalifəti bir yana, hökumətin özündə də bu barədə yekdil fikir yoxdur. Bununla yanaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anklavlarla bağlı müzakirələrin getmədiyini deyib. Ümumiyyətlə

12 aprel
.

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib - FOTO

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə sosial şəbəkə hesablarında paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir: "Ramazan bayramınız mübarək

9 aprel
.

Sülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi

Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib. Hazırda Xudavəng monastrın

16 aprel