"Azərbaycan təmas xəttinə böyük sayda qüvvə yığıb" - Ambarsumyan erməniləri qorxuya saldı

"Azərbaycan təmas xəttinə böyük sayda qüvvə yığıb" - Ambarsumyan erməniləri qorxuya saldı"Hər şey ona doğru gedir ki, bu ilin yazında və ya yayda, hava şəraiti imkan verəndə Bakı Qarabağda tammiqyaslı müharibəyə başlayacaq".

Sonxeber.az virtualaz.org-a istinadla xəbər verir ki, belə narahatlıqla erməni hərbi ekspert Van Ambarsumyan çıxış edib. Onun iddiasına görə, 2018-ci ilin aprelindən bəri Azərbaycan təmas xəttinə quru qoşunlarını cəmləşdirib.

"Durmadan belə xəbərlər daxil olurdu ki, Azərbaycan Silahlı Qüvvələri təmas xəttinə quru qoşunlarının hərbi texnikasını, yedəyə alınan artilleriyadan tutmuş özüyeriyən artilleriya qurğularına, reaktiv yaylım atəşi sistemlərinə, piyadaların döyüş maşınlarına, zirehli transportyorlara və əsas döyüş tanklarına qədər, irəli çəkib. Böyük miqdarda qüvvə cəmləyiblər. Bu qoşunları indiyə qədər mövqelərdən geri çəkilməyib. Yəni onlar ön xətdən daimi dislokasiya yerlərinə qayıtmayıblar"-Ambarsumyan belə deyib.

Ekspert onu da əlavə edib ki, bu günlərdə Ermənistanın Tavuş vilayəti ilə sərhəddən Azərbaycan ordusunun bir briqadasını geri çəkiblər və onun yerinə sərhəd qoşunlarını yerləşdiriblər. Həmin briqada isə Ambarsumyanın iddiasına görə, Qarabağ istiqamətinə "atılıb". Azərbaycan ordusunun həmin istiqamətdə hücum potensialını möhkəmləndirmək üçün.

"Öz gücünə görə Azərbaycanın sərhəd qoşunları balaca müdafiə nazirliyini xatırladır, ordu içərisində ordudur. Qoşunların bu növünün silahlanmasında hücum texnikası yer almır, əsasən müdafiə təyinatlı texnikaya malikdir, 24 Mi-35M zərbə-döyüş vertolyotu istisna olmaqla"-Ambarsumyan bildirib.

Erməni hərbi ekspert habelə Azərbaycan prezidenti İlham Əliyevin 2019-cu ilin Qarabağ məsələsinin nizamlanmasında dönüş ili ola biləcəyinə dair bəyanatını da xatırladıb. Deyib ki, belə bəyanatla xarici işlər naziri də çıxış etmişdi. Və Ambarsumyanın fikrincə bütün bunlar 2019-cu ildə Qarabağda kifayət qədər ciddi kəskinləşmə ola biləcəyini göstərir.

Ambarsumyan hesab edir ki, potensial hərbi əməliyyatlar bölgəsinin relyefi mürəkkəb olduğudan bəzi yerlərdə hərbi texnikanın nəinki qış aylarında, o cümlədən yazda hərəkəri çətindir.Bu isə hücum edən ordu üçün problem yarada bilər.

"Mən düşünürəm ki, ciddi kəskinləşmə yayın sonlarına doğru başlayacaq. Qışda döyüşmək asan deyil. Bütün texnika dizel yanacağı ilə işləyir, yanacağı qışda gündə azı iki dəfə qızdırmaq lazımdır..."-o bildirib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1723   Tarix: 03 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İsrail ordusu: Livandan ölkəyə raketlər və zərbə PUA-ları buraxılıb

İsrailin Müdafiə Ordusu Livandan "Hizbullah" tərəfindən ölkə ərazisinə üç raket və iki hücum pilotsuz uçuş aparatı atışını qeydə alıb. "Report"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər yayıb. "Livandan İsrailə uçan 3 raketin yaşayış olmayan əraziyə düşdüyü qey

14 aprel
.

Dörd ay komada qalan hərbçimiz şəhid olub

19 sentyabrda düşmən təxribatının qarşısı alarkən ağır yaralanan və komaya düşən hərbi qulluqçumuz Bakı şəhərində şəhid olub. APA-nın məlumatına görə, şəhidimiz Tovuz rayon Qaraxanlı kənd sakini 2002-ci il təvəllüdlü Hacıəli Tahir oğlu Qasımovdur. Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, şəhi

28 yanvar
.

İran İsrailə PUA-ların üçüncü dalğası ilə hücum edib

İran İsrailə qarşı pilotsuz təyyarələrin üçüncü dalğasını buraxıb. "Report"un məlumatına görə, bu barədə İsrail televiziyasının "Kanal 12" telekanalı xəbər yayıb. Bundan əlavə, telekanalın məlumatına görə, İranın İsrailə doğru uçan bəzi pilotsuz təyyarələri Suriya səmasında ələ keçirilib

14 aprel
.

Rusiyaya kütləvi dron hücumu: Dörd PUA Moskvaya yaxınlaşarkən məhv edilib

Rusiyada ən kütləvi dron hücumlardan biri ötən gecə baş verib. Ümumilikdə, ölkənin səkkiz rayonunda 35 PUA və bir S-200 raketi məhv edilib. Dörd PUA Moskvaya yaxınlaşarkən vurulub. Slavyansk şəhərindəki neft emalı zavodunda pilotsuz uçuş aparatının partlaması nəticəsində bir nəfər ölüb. Kaluqa vilayətini

17 mart
.

"Qisas əməliyyatı" nəticəsində öldürülən erməni hərbçilərin sayı ARTDI

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən "Qisas əməliyyatı" nəticəsində məhv edilən erməni hərbçilərinin sayı dördə çatıb. Məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Hələlik Ermənistan tərəf

13 fevral
.

KİV: İran PUA-ları İraqın cənubundan İsrailə keçib

İranın onlarla pilotsuz təyyarəsi İraqın cənubundan İsrail istiqamətində keçir. "Report" xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb. "The Jerusalem Post" bundan əvvəl İranın İsrailə doğru onlarla pilotsuz uçuş aparatı ilə (PUA) hücum etdiyini xəbər verib. KAN radios

14 aprel
.

Rusiyanın Odessaya hücumu nəticəsində ölənlərin sayı 12-yə çatıb

Rusiya Silahlı Qüvvələrinin martın 2-də erkən saatlarda Ukraynanın Odessa şəhərinə həyata keçirdiyi dron hücumu nəticəsində ölənlərin sayı 12-yə yüksəlib. "Report" xəbər verir ki, bu barədə Odessa vilayət hərbi administrasiyasının sədri Oleh Kiper teleqramda bildirib. Onun sözlərinə görə, "Şahid"

3 mart
.

İraq hava məkanını tamamilə bağlayıb

İraqın Nəqliyyat Nazirliyi pilotsuz təyyarələrin İran ərazisindən İsrailə doğru buraxılmasından sonra ölkənin hava məkanının bağlanması barədə göstəriş verib. "Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi məlumat yayıb. Bundan əvvəl "Al Arabiya" telekanalı İrandan buraxıla

14 aprel
.

Ukraynada çörək sexinə raket düşdü: 28 nəfər həlak oldu

Ukraynanın Luqansk vilayətinin Lisiçansk şəhərində raket çörək sexinə düşüb. Nəticədə 28 nəfər həlak olub. Məlumata görə, daha 10 nəfər xəsarət alıb. Ölənlərin 18-i kişi, doqquzu qadın və biri uşaqdır. Raketin Ukrayna Silahlı Qüvvələri tərəfindən HİMARS sistemilə buraxıldığı iddia edilir

4 fevral