Bu il Ermənistan Naxçıvan istiqamətində... - Badalyan İrəvanın PLANINI AÇDI

Bu il Ermənistan Naxçıvan istiqamətində... - Badalyan İrəvanın PLANINI AÇDIYeni İl ərəfəsində Ermənistanın prezidenti Armen Sarkisyan, eləcə də xarici işlər naziri Zoqrab Mnasakanyan Naxçıvanla sərhədə baş çəkib. Bu səfərlər Azərbaycan Ordusunun ötən il Naxçıvan istiqamətində uğurlu əməliyyatları fonunda diqqət çəkir. Ermənistanda bu əməliyyat gizlədilir. Lakin müxalifət qrupları Azərbaycan Ordusunun Qarabağa gedən əsas yolları nəzarətə götürdüyünü etiraf edirlər.

Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, erməni şərhçi Hakop Badalyan İrəvan rəhbərliyinin Naxçıvanla sərhədə gəlişini 2019-cu ildə atılacaq əsas addımların işarəsi olduğunu yazıb. "Rəsmi İrəvan Azərbaycan Ordusunun hərəkətlərinin öz ərazisində olduğunu, erməni tərəfinin nəzarət səviyyəsini azaltmadığını iddia edir, hətta bildirilir ki, daha əlverişli mövqelərə sahib olmuşuq. Lakin əsas ağırlıq Azərbaycanın Qarabağa gedən yollara nəzarət etdiyi fikri üzərindədir. Ermənistan rəhbərliyinin Naxçıvanla sərhədə gedişi də hər hansı fors-major situasiya bağlıdır və bu, nəzarət məsələsində Azərbaycanın üstünlük əldə etdiyi fikrini gücləndirir", - deyə erməni şərhçi bildirib. Badalyan iddia edir ki, 2019-cu ildə Ermənistan əsas siyasi ağırlığı Naxçıvan istiqamətinə yönəldəcək: "Naxçıvanla sərhəd Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) da məsələsidir.

Təşkilatın keçmiş baş katibi Bordyuja Ermənistana səfərlərindən birində Naxçıvan sərhədində olub. Paşinyan çıxışında bildirdi ki. KTMT-də baş katiblik göründüyündən daha dərin məsələdir. Bu mənada Naxçıvan çoxfunksiyalıdır və KTMT-nin məsuliyyət zonasına daxildir. Lakin reallıq fərqlidir, bu bölgədə əsas gücə sahib olan Azərbaycan və Türkiyə KTMT üzvləri ilə çox yaxındırlar. Ermənistan buna görə diqqətini Naxçıvan istiqamətində cəmləməyə çalışır. Yeni İl ərəfəsində yüksək rəsmilərin bu sərhədə gəlişi də İrəvanın bu il ərzində xarici siyasət prioritetlərinin açıq simvoludur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 1695   Tarix: 03 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

Türkiyə ordusu terrorçuları MƏHV ETDİ

İraqın şimalındakı Gara bölgəsində həyata keçirilən hava əməliyyatı zamanı 7 terrorçu zərərsizləşdirilib. -ın məlumatına görə, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı terrorçulara daha bir ağır zərbə vurublar. Gara bölgəsind

4 sentyabr 2021
.

Üzeyir Cəfərov: "Hərbçilərin statusu barədə yeni qanun qəbul olunacaq"

"Hərbi qulluqçuların statusu barədə yeni qanun qəbul olunacaq". Bunu ARB24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. O bildirib ki, yeni qanun layihəsində bir çox yeniliklər var:. "Bir sıra sənədlərin və məsələlərin təkmilləşməsinə ehtiya

27 iyun 2021
.

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub - RƏSMİ

Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Aslanov Şamil Mais oğlu ilkin ehtimala görə silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində həlak olub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı araşdırma aparılır

31 iyul 2021
.

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunu

23 avqust 2021
.

Azərbaycandan Ermənistana sərhəddəki təxribatlarla bağlı ÇAĞIRIŞ

Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb. -ın məlumatına görə, açıqlamada deyilir:. "Ermənistanın beynəlxalq hüquq normalarına və 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəlarına zid

14 avqust 2021
.

Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi atəşə tutub - MN

İyunun 27-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Berd rayonunun Kolagir kəndi yaxınlığında yerləşən mövqelərdən Tovuz rayonu Qaralar kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Müdafiə Nazirliyindən -a verilən məlumata görə

27 iyun 2021
.

Şuşa şəhəri necə alındı? - VİDEO

Şuşanın azad edilməsində müstəsna xidmətləri olan hərbçilərdən biri Namiq Abdullayev xarici media nümayəndələrinin onlara ən çox ünvanladığı suallardan danışıb. O, Baku TV-yə açıqlamasında bildirib ki, media nümayəndələri çətin, sərt qayalıqlı və gözəl relyefə sahib Şuşada baş verən döyüşlərdə necə qalibiyyə

11 iyul 2021
.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021