Evə girib ərimi yuxudan oyatdılar və ...

Evə girib ərimi yuxudan oyatdılar və ...Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirləndirilən Bəhruz Nurullayev və Nadim Ağaxanovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Sonxeber.az "oxu.az"a istinadən xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib.

İttihama münasibət bildirən B.Nurullayev və N.Ağaxanov özlərini təqsirli bilməyiblər.

Sonra zərərçəkmiş şəxs qismində Kəmalə Rzayeva ifadə verib. O bildirib ki, təqsirləndirilən şəxslər 2015-ci ildə onun evinə daxil olub, pul və qızıl-zinət əşyalarını aparıblar:

"Ərimlə oturub, televizora baxırdım. Həyat yoldaşım oturacaqda yuxuya getmişdi. Qəfildən iki nəfər maskalı şəxs bizim əyləşdiyimiz otağa daxil oldu. Biri əlində bıçaqla məni hədələdi, o biri ərimi yuxudan oyandırdı. Bizə dedilər ki, pulların yerini göstərək".

Zərərçəkmiş deyib ki, qorxduğu üçün onlara pul verməyə məcbur olub:

"Qorxumdan ikinci mərtəbəyə qalxdım, oğru da əlində bıçaqla dalımca gəldi. Əl çantamı ona uzatdım, içində 500 manat pul var idi. Ancaq onlar bununla da kifayətlənmədi, evdə olan qızılları da apardılar".

Sonra zərəçəkmiş şəxs vəkillərin suallarını cavablandırıb.

Proses yanvarın 10-dək təxirə salınıb.

Qeyd edək ki, dəstənin 2015-ci ildən hazırkı dövrə qədər Qusar rayonunda ayrı-ayrı mənzillərdən pul, zinət və məişət əşyaları oğurladığı aşkarlanıb.

Üç il ərzində törədilən hadisələr nəticəsində vətəndaşlara ümumi məbləği 100 min manat dəyərində olan ziyan dəyib. Qrupun üç üzvü isə quldurluq hadisəsi törətməkdə təqsirli bilinir.

İlkin araşdırmalara görə, cinayətkar dəstə 2015-ci ildə beş, 2016-ci ildə altı, 2017-ci ildə üç, 2018-ci ildə isə dörd cinayət hadisəsi törətməkdə təqsirli bilinir. Dəstə üzvlərindən biri - Şıxzada Şıxıyev 2017-ci ildə dünyasını dəyişib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3926   Tarix: 04 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Qardaşını öldürüb transformatorun içinə atdı

Bərdədə qardaş qardaşı bıçaqlayaraq qətlə yetirib. "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Hacılı kəndində baş verib. Cinayətkar daha sonra meyiti transformatorun içinə atıb. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırm

29 avqust 2021
.

Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal

8 sentyabr 2021
.

Gəncədə qadın qətlinin detalları: Hadisə yun çırpmaq üstündə olub - YENİLƏNİB

Ötən gün Gəncə şəhərində baş verən qətllə bağlı bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından -a bildirilib ki, iki qonşu arasında baş verən mübahisə yun təmizləmək üstündə olub. Belə ki, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədova yaşadığı binanın qarşısında yun çırpırmış. B

1 sentyabr 2021
.

Kürdəmirdə qardaş bacısını qətlə yetirdi

Kürdəmirdə qətlə hadisəsi törədilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayon sakini, 1986-cı il təvəllüdlü Nəsirova Dilarə Təbriz qızı aralarında yaranan ailə münaqişəsi zəminində qardaşı Şıxəliyev Xəyal Təbriz oğlu tərəfindən bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Faktla bağl

15 sentyabr 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı

Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu

23 avqust 2021
.

Prokurorluq keçmiş polis rəisinin bıçaqlanması ilə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB

Avqustun 24-ü saat 21 radələrində Xaçmaz rayon sakini Əsgərbəyli Əliağa Aydın oğlunun kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına daxil olması barədə rayon prokurorluğuna məlumat daxil olub. Xaçmaz Rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarl

25 avqust 2021
.

"Anasına danışanda oğluna şər atdığımı dedi" - 10 il həbs verilən 26 yaşlı Nərmin

Ötən il Bərdədə həmcinsini güllələməkdə ittiham olunan 26 yaşlı Nərmin Mehrəliyeva 10 il müddətinə azadlıqdan məhrum edilib. Qətldə özünü təqsirli bilməyən N.Mehrəliyeva şəxsi istəyi olmadan cinsi əlaqəyə məcbur edildiyini bildirib. O, məhz həmin şəxsin anası Sevda Hacıyevanı ov tüfəngi ilə qətlə yetirməkd

2 sentyabr 2021
.

Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi

12 sentyabr 2021