Məşhur filosofdan valideynlərə 10 MÜHÜM XƏBƏRDARLIQ: övladınıza gündə 32 dəfə...

Məşhur filosofdan valideynlərə 10 MÜHÜM XƏBƏRDARLIQ: övladınıza gündə 32 dəfə...Peteris Klyava böyük ürəyə malik məşhur filosof və həkimdir. O, iyirmi beş ildir ki, Latviyanın Uşaq Klinik Xəstəxanasında insan inkişafı, həyat və ölüm arasındakə sirli əlaqəni öyrənir. "Reanimare" cəmiyyətini yaradan həkim dünyanın hər yerində həyatınızı harmoniya və nizama salmağa kömək edən mühazirələr deyir və seminarlar verir.

Sonxeber.az bu yazıda oxucuları həkimin uşaq tərbiyəsi haqqında dəyərli fikirləri ilə tanış edir:

1. Yanıma huşu özündə olmayan azyaşlı gətirəndə nə baş verdiyi anlamaq üçün üçcə saniyəm var. Dördüncü saniyədə hərəkətə keçir və vəziyyətini yaxşılaşdırmağa çalışıram. Cəmiyyətin və ölkənin digər prosesləri də eyni şəkildə idarə edilməlidir.

2. Arzu edirəm ki, təsadüfən doğulacaq uşaqlar onların məsuliyyətini çəkən bilən ailələrdə dünyaya göz açsın.

3. Almaniyada gənclər arasında "Prioritetləriniz nədir?" sualı ətrafında sorğu keçirilib. 70 faizi təhsil, iş, gəlir, həyat keyfiyyəti və mədəniyyət səviyyəsinin onlar üçün vacib olduğunu bildirib. Uşaqlar ən sonuncu yerdə gəlib. Bu, o deməkdir ki, almanlar "Uşağa nə verə bilərəm?" sualına cavab tapdığı və onu reallaşdırmaq gücünə malik olduğu zaman övlad sahibi olmağa qərar verir. Ən azı sivil yanaşmadır. İnsanların şüursuz şəkildə övlad dünyaya gətirməsi artıq məsuliyyətsizlikdir.

4. Bizim məhdud, cahil düşüncə səviyyəmiz necədirsə, dünyaya da o gözlə baxırıq. Tibetdə buna karmik görmə deyilir. Bir insanın uşağına verə biləcəyi ən yaxşı şey, öz avamlığını və cahilliyini azaltmaqdır.

5. Fribax deyirdi ki, malikanədə və daxmada düşüncələr fərqlidir. İtlərə uşaqlardan daha çox qayğı göstərildiyini görəndə, ağlamaq istəyirəm. Onları sığallayır, çimizdirir, öpür və bəsləyirlər. Dünyada bütün bu qayğıya ehtiyacı olan nə qədər uşaq var? Belə olan halda hansı sivilizasiyadan söhbət gedə bilər?

6. Əgər uşağı ilahi bir mənəvi varlıq, Allahın möcüzəsi olaraq qəbul etsəniz, o zaman onun potensialı sonsuza qədər uzanır və uşaq enerji dolu böyüyür. Bəs hər şey fərqli olarsa? Bu, uşağın müdrik və parlaq gələcəyinin "sünnəti" və ya əlindən alınması deməkdir.

7. Ağıllı, məsuliyyətli və ləyaqətli kişilərin yetişdirilə biləcəyi pionerləri və skautları qaytarmaq yaxşı olardı. Avropada 8 milyon ali təhsilli kişi işləmir. Çünki istəmirlər, onlara çətindir. Hər şeyi asanlıqla və daha rahat yolla əldə etmək istəyirlər.

8. Bu gün hər şey analar və atalardan asılıdır. Onların övladları daha heç kimə lazım deyil! Məktəb vacibdir. Ağıllı insanların kollektiv intellekti xoş niyyətdir. Gəmidə minlərlə adam ola bilər, ancaq o 30 adam tərəfindən idarə olunar və bu, doğru yerə getmək üçün kifayətdir. İnsanlara müasir psixoloji məlumat səviyyəsində kömək edilməlidir və mən bunu öz məruzələrimdə edirəm.

9. Fransız psixoterapevərlər göstərir ki, əgər bir adamı gündə 32 dəfə sığallamasanız, o, xoşbəxtlik hissini qazana bilməz və inkişaf etməz. Bir-birimizi nə qədər az sığalladığımıza fikir verin... Bizim reanimasiyada kommunizm var: Rusiyalılar və Latviyalılar yoxdur. Sadəcə uşaqlar var. Əgər bu yanaşma dünyada hakim olsaydı, onda bizim sivilizasiya tamamilə fərqli olardı.

10. Ölüm ayağında olan uşaqlara heç vaxt demirəm ki, öləcəksiniz. Və ya sağ qalacaqsan vədləri ilə heç kimi aldatmıram. Mən həqiqəti uşaqlara çox qısa şəkildə izah etməyə çalışıram: "Ölüm yoxdur. Bədəndən ayrılıb başqa bir vəziyyətə keçirsən". Beləliklə uşaq məndən bu və ya digər şəkildə mövcud olacağı inancına dair təsdiq alır. Hamımız bilməliyik ki, bir insanın ölümü ani bir hərəkət deyil, bu, uzun və mürəkkəb bir prosesdir.

Yadda saxlayın ki, uşağın sağlam doğulması üçün ananın qarnında olan embrion yaxşı musiqi, xoş sözlər, mahnılar və sevgi ilə əhatə olunmalıdır. Ölmək üzrə olan ruh da diqqət və qayğı ilə əhatə olunmalı, qışqır-bağır olmadan yola salınmalıdır. Axı, başqa bədəndə təkrar doğulmaq və oraya getmək üçün onu uzun bir yol gözləyir. (publika.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3168   Tarix: 04 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

100 milyon izləyicisi olan məşhur tiktoker Venesiyada "qırmızı xalı"da - VİDEO

Seneqal əsilli italyan tiktoker Habi Leym Venesiyada "qırmızı xalıda" görünüb. Sosial şəbəkədə bununla bağlı kadrlar yayılıb. Qeyd edək ki, o, Avropanın ən populyar gəncidir. Sosial şəbəkədə videoblogerin 100,9 milyon izləyicisi var. Habi əsasən sadə işləri mürəkkəbləşdirən insanları sarkazml

8 sentyabr 2021
.

Bu əlamətlər ölümün yaxınlaşdığından XƏBƏR VERİR

Amerikalı elm adamları ölümdən əvvəl bədəndə baş verən bir sıra fizioloji dəyişikliklərin olduğu qənaətinə gəliblər. -a istinadla xəbər verir ki, çılpaq gözlə görünməsələr də, bir insanın ölümündən çox əvvəl tanına bilərlər. Bu cür əlamətlər xüsusi bir araşdırmanın köməyi ilə müəyyən edilə bilər. Alimlə

16 sentyabr 2021
.

6 yaşlı Koko geyimləri ilə TƏƏCCÜBLƏNDİRİR - FOTOLAR

Moda 6 yaşlılar üçün ən vacib şey olmaya bilər, amma Koko üçün məsələ bir az fərqlidir. -a istinadən məlumat verir ki, Koko Tokioda mağazası olan bir ailədə dünyaya gəlib. Bu da balaca qızcığazın moda anlayışına çox böyük təsir edib. Hazırda o Yaponiyada bir moda simvolu hesab edilir. Onun "Instagram"d

8 sentyabr 2021
.

Bio Balance Age Reversing Instant Wrinkle Filler

Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:

10 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

Əkiz bəylər əkiz gəlinlərlə evləndi

Türkiyənin Adıyaman bölgəsində qeyri-adi toy yaşanıb. Belə ki, məclisdə bəy və gəlinlər əkizlər olub. İki əkiz qardaş əkiz bacılarla ailə qurub. Şadlıq mərasimi vilayətin bələdiyyə başçısı Seleyman Qılıncın iştirakı ilə keçirilib. O, ilk dəfə belə bir hadisə ilə qarşılaşdığını bildirib. Məclis iştirakçılar

6 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021