Azərbaycan Ordusu qısa müddətdə... - Paşinyandan ŞOK ETİRAF

Azərbaycan Ordusu qısa müddətdə... - Paşinyandan ŞOK ETİRAF"Ermənistan ordusunun vəziyyəti ilə bağlı ötən ilin sonlarında baş nazir səlahiyyətlərinin icraçısı olan Nikol Paşinyan cəbhə bölgəsində əsgərlərlə görüşü zamanı məlumat vermişdi. O, əsgərlərin şəraitindən dəhşətə gəldiyini etiraf etmişdi. Qəti narazılıq etmişdi ki, erməni əsgərləri çox pis qidalanır, maddi vəziyyəti yaxşı deyil, zabitlərin məvacibləri aşağıdır. Hətta bu məsələni yoluna qoymaq üçün söz də vermişdi. Aydındır ki, o, siyasi gedişatlarını nəzərdə tuturdu. İndi Paşinyan bu ayın 7-də parlamentdə vəzifəsinin təsdiq olunmasını gözləyir".

Bu sözləri Publika.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərli deyib. Ermənistan ordusunun hazırkı vəziyyəti ilə bağlı danışan ekspert bildirib ki, ordu yalnız Rusiyanın verdiyi datasiyalar hesabına və okeanın o biri tərəfindən erməni lobbisinin göndərdiyi yardım sayəsində ayaqdadır: "Lakin bundan fərqli olaraq, biz həmişə demişik, Azərbaycan ordusunun imkanları genişdir. Azərbaycanın müdafiə və təhlükəsizliyinə ayrılan pullar Ermənistanın dövlət büdcəsindən çoxdur. Baxmayaraq ki, Ermənistan boş-boşuna çıxışlar edib vədlər verir. Lakin bu gün reallıqdan danışmaq lazımdır. Stokholm Araşdırmalar İnsitutunun son hesabatında da göstərilmişdi ki, MDB ölkələri arasında Ermənistanın mövqeyi ən aşağılardadır. Buna görə də bizim qüvvələrimizi müqayisə etməyin özü də düzgün deyil. Ona görə ki, Azərbaycan öz hesabına İsrail, Belarus, Rusiya, Türkiyə, Çin, Pakistan kimi güclü ölkələrdən ən müasir silah-sursat alır. Lakin ermənilərin arsenalında nə var? Onlar iki il öncə öz paradlarında guya "İsgəndər M" raketlərini nümayiş etdirdilər. Lakin faktiki olaraq, o raket "İsgəndər M" deyildi. Radiusu tamamilə başqa olan operativ-taktiki raket idi. O da Rusiyanın bazasından müvəqqəti olaraq götürülmüşdü. Azərbaycan isə ötən il Türkiyədən əldə etdiyi "Qasırğa" raket kompleksini alıb Naxçıvan Əlahiddə Ümumqoşun ordusunun arsenalına verdi. Bu raket bir neçə saniyənin içində Ermənistanın mərkəzini darmadağın etmək qüvvəsinə malikdir, hələ yaxın əraziləri demirəm.

Bu şəraitdə Ermənistan ordusunun hansı gücündən söhbət gedə bilər? Ermənistanın ordusu ölkənin mərkəzi şəhərlərindən aparılıb Qarabağın dağlıq bölgəsində döyüşə məcbur edilən əsgərlərdən ibarətdir. Buna görə də onların döyüş göstəriciləri aşağıdır. Dağlıq ərazilərdə xidmət edə bilmirlər. Ağır iqtisadi-maddi şərait nəticəsində xəstəliklər artdıqca bir tərəfdən də öz qüvvələrini xəstəlik ucbatından itirirlər. Belə ordunun hansı sağlam döyüş ruhundan danışmaq olar? Buna görə də Azərbaycan ordusu qısa müddətdə qarşıya qoyulmuş tapşırığı yerinə yetirməyə qadirdir. Sadəcə olaraq dünyada söz sahibi olan ABŞ, Rusiya, Fransa, ATƏT-in Minsk qrupunun üzvləri kimi ölkələr var ki, onlar Ermənistana havadarlıq edir. Çünki Cənubi Qafqazda bir münaqişə ocağının olması onlar üçün qazanc mənbəyidir. Bu yaxınlarda beynəlxalq tədbirlərdən birində belə bir ölkənin diplomatı ilə görüşdük. Yanımda da Azərbaycanın tanınmış ictimai-siyasi xadimi var idi. O, şəxsən mənə söylədi ki, nə yaxşı Dağlıq Qarabağ münaqişəsi var. Heç olmasa bu münaqişə ilə bağlı müəyyən işlər görə bilirik. Mən ona sual verdim ki, 20 ildə ölkənizin əldə etdiyi hansı uğurun adını çəkə bilərsiniz. Təbii olaraq güldü və cavabsız qaldı. Bax belə qüvvələrə görə Ermənistan Dağlıq Qarabağda işğalçılıq siyasətini davam etdirir. Amma bu da sonsuza qədər davam etməyəcək. Düşünürəm ki, bu gün ABŞ Senatında təsdiqlənib Azərbaycana göndərilən səfir, o cümlədən, Rusiya və Fransa vəziyyətin ciddiliyini dərk edib yeni addımlar atacaqlar".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3903   Tarix: 05 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

Aİ nümayəndəliyi: "Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd yoxdur"

"Ermənistanla Azərbaycan arasında heç vaxt beynəlxalq sərhəd olmayıb, bu, sadəcə, inzibati sərhəddir, buna görə də sərhədlərin delimitasiya və demarkasiyası lazımdır". Bunu Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin rəhbəri Vasilis Maraqos "Joxovurd" nəşrinə müsahibəsind

16 aprel
.

Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy

16 aprel
.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel
.

Prezident Qəbələyə gedib

Prezident İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda səfərdə olub. "Qafqazinfo" xəbər verir ki, dövlət başçısı İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərində ucaldılmış abidəsini ziyarət edib, "Azərişıq" ASC-nin 110/35/10 kV-luq "Hacıalılı" elektrik yarımstansiyasını

9 aprel
.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlı

17 aprel
.

Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib: YENİ TƏYİNAT - FOTO

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. AZƏRTAC xəbər ki, dövlət başçısı İlham Əliyev müvafiq Sərəncam imzalayıb. Prezidentin digər sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyini

16 aprel
.

Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilib və yenidən qurulacaq

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər veir ki, dövlət başçısının imzaladığı sənədə əsasən, Yuxarı Qarabağ suvarma kanalı yenidən qurulacaq və Qarabağ suvarma kanalı adlandıracaq. Sərəncamda qeyd olunub ki

15 aprel
.

Ermənistanla Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər

Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər. "Report" "Novosti Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib. "Hökumətlə

11 aprel