Putinin resepti, Ərdoğanın "xəstə xörəyi", Merkelin… - Prezidentlərin yemək sirləri

Putinin resepti, Ərdoğanın "xəstə xörəyi", Merkelin… - Prezidentlərin yemək sirləri2016-cı ildə dünya prezidentlərinin şəxsi aşpazları Hindistanın paytaxtı Dehlidə maraqlı bir toplantı keçiriblər.

Sonxeber.az teleqraf.com-a istinadla xəbər verir ki, toplantı öncəsi Hindistanın Baş naziri Narendra Modi özü şəxsən Barak Obamanın baş aşpazı Kristeta Kromfort və Böyük Britaniya şahzadəsi II Yelizavetanın şəxsi aşpazı Mark Flenaqanın da aralarında olduğu baş aşpazları salamlayıb.

"Dünya liderləri G-20 sammitlərində onsuz da tez-tez bir araya gəlir, görüşürlər. Mən də qərar verdim ki, baş aşpazlar arasında G20 zirvəsi yaradaq" – Narendra Modi belə deyib.

Bu toplantı prezidentlərin yemək zövqü barədə sualları cavabladırmaq fürsəti verib.

Doğrudan da, onlar nə yeyib-içirlər? Hansı aşpazların xidmətindən istifadə edirlər?

Tramp McDonalds dəlisi, Obama piroq həvəskarı…

Öncə ABŞ prezidentlərindən başlayaq. Donald Tramp həqiqi Amerika stilini sevir: o, fast-food həvəskarıdır. O, faktiki olaraq Ağ Evdəki mətbəx işçilərinə yeməkləri McDonaldsdakı kimi hazırlamağı tapşırıb. Ən çox sevdiyi isə qızardılmış almalı piroq və burgerlərdir.

Amma burgerlər prezidentin xoşuna gəlməyib. Bunun bir səbəbi də odur ki, Ağ Evdə istifadə edilən məhsullar çox keyfiyyətlidir və restoranlar şəbəkəsindəkinin dadını vermir.

Corc Buş (böyük) quru, həddən artıq qızardılmış balıqları yemək zorunda olub. Buna səbəb isə həyat yoldaşı Barbaranın istəyidir.

25 il boyunca Ağ Evdə çalışmış aşpaz Roland Mesnye deyib ki, Barbara hər dəfə az qala qışqırıqla balığı onun istədiyi kimi, yeməyə yararlı olmayan vəziyyətdə hazırlamağı tələb edirmiş.

Hillari Klinton tərəfindən tutulmuş, daha sonra isə Lora Buş tərəfindən işdən çıxarılmış aşpaz Uolter Şayb deyibr ki, kiçik Corc Buşa badam yağı və balla hazırlanmış adi sendviçlər çox xoş gəlirdi. Buş tez-tez mətbəxə gəlir, ondan nahara hansı yemək hazırladıqlarını soruşurmuş.

Şayb həmişə əlinin altında prezidentin ən sevimli buterbrodlarını hazır saxlayırmış.

Ronald Reyqana isə şokoladlı yeməyin zövqünü yaşamaq üçün birinci ledinin şəhərdən çıxmasını gözləmək lazım olurmuş. Ronaldın sevimli yeməyi steyk, pendirli makaron və desert üçün şokaladlı muss idi. "O, çox xoşbəxt adam idi" – şef aşpaz Mesnye xatırlayır.

Franklin Ruzvelt vaxtilə qızardılmış pendir, omlet, balıq supu, eləcə də meyvəli keks yeməyi sevirmiş. Ağ Evin aşpazı Henroetta Nesbittin sözlərinə görə, Ruzvelt qızardılmış, suyu axan yeməkləri də çox sevirmiş.

Kass özü qidalanma siyasəti sahəsində məsləhətçi idi və o, Mişel Obamaya Ağ Evin yaxınlığında birinci böyük bağça qurmağa kömək edib. Eyni zamanda, Barak hakimiyyəti dönəmində mətbəxə də nəzarət edib.

O, prezidentlə birinci ledinin yemək zövqünü balanslaşdırmalı, onların hər ikisini məmnun edən menyu hazırlamalı idi: "Biz Ağ Evə ilk dəfə düşəndə gördük ki, hər tərəfdə piroq var. Buna görə də birinci ledi şirniyyatlara ancaq istirahət günlərində icazə verdi".

Fransanın eks-prezidentlərinin əcaib zövqü

Fransa prezidentlərinin baş aşpazı olan Bernard Vossion Yelisey Sarayında başına gələnlərdən danışıb. 40 ildir Fransa prezidentlərini yedizdirən aşpaz "Le Parisien" qəzetinə onların yemək menyularından danışıb.

Vossion keçmiş prezident Fransua Mitteranın dəniz məhsullarını sevdiyini deyib: "Jak Şirak ilbiz və kələm turşusunu sevirdi. Bunları da pivəsiz yeməzdi. Nikola Sarkozi isə pendiri menyudan çıxarmışdı, amma şokoladı sevirdi".

Sarkozinin sevimli yeməkləri makaron və ənginar, qara trüfel olub. Sarkozi yeməklə çaxır içməyi xoşlayırmış. O, Şimali koreyalı həmkarından fərqli olaraq pendiri heç sevməyib.

Hakimiyyəti dönəmində Sarkozi Yelisey Sarayının yaxınlığında yerləşən Le Bristol adlı restoranda yemək yeyirmiş. Həmin vaxt onun sevimli yeməyinin qiyməti 82 avro olub. Amma Sarkozi Kim Çen İndən fərqli olaraq pendirə nifrət edir.

Baş aşpaz sabiq prezident Fransua Ollandın xüsusi yemək menyusunun olmadığını deyib: "Heç bir yeməyi fərqləndirmirdi. Toyuq, dana, göyərti, pendir… Nə gəldi yeyirdi".

Ən fərqli yemək zövqü olan Fransanın keçmiş prezidenti Fransua Mitterandır. O, delikatesə üstünlük verir, mətbəxində yeni dadların kəşfini tələb edirmiş.

Merkel yeməklərini özü bişirir – ancaq bazar günü

Rusiya prezidenti Vladimir Putinin yemək zövqü barədə məlumat çox deyil. Bir dəfə özü müsahibəsində bildirmişdi ki, yemək məsələsində ciddi kaprizləri yoxdur: "Əgər ət və balıq arasında seçim varsa, balığa üstünlük verirəm. Ətlərdən isə qoyun ətini seçirəm. Şirniyyata qarşı, ümumiyyətlə, laqeydəm, təbii ki, dondurmanı nəzərə almasaq. Nə vaxtsa harasa səfər edirəmsə, böyük məmnuniyyətlə, yerli mətbəxin dadına baxıram. Çoxdan bəri yaşıl çaya öyrəşmişəm".

2012-ci ildə Putin NTV jurnalistləri ilə səhər yeməyi yeyəndə məlum olmuşdu ki, o, səhərlər kəsmiklə bal yeyir, bildirçin yumurtası içir. Bundan başqa, Putin xüsusi reseptlə hazırlanmış kokteyl içməyi də xoşlayır.

2010-cu ildə Kremlin baş aşpazı Anatoli Qalkin Putinin içkilərdən şərab və pivəyə üstünlük verdiyini deyib. Bundan başqa, Qalkin rəsmi tədbirlərdə təqdim edilən kokteylin reseptini də açıqlayıb. Onun tərkibində buz, limon suyu, sirop və 50 qram şampan olur. Aşpazın sözlərinə görə, belə içki "istini inanılmaz dərəcədə azaldır".

Almaniya kansleri Angela Merkeldən danışanda isə yemək xüsusi olaraq dəyər qazanır. Çünki o, yemək zövqü barədə danışmağı çox sevir. Bundan başqa, boş vaxtlarında özü də yemək bişirir. Onun ən yaxşı bacardığı yeməklər arasında kartof şorbası, balıq yeməkləri və şnisel (kotletə oxşar xörək) yer alır. Milad bayramında isə kartof salatı hazırlayıb, qaz qızardır.

Kanslerin sevimli məhsulları siyahısında kələmli donuz kolbasası da var. Merkelin şəxsi aşpazının sözlərinə görə, o, pendiri çox sevir və siyasətçilərin çoxu kimi çaxır içir.

Ağ Evin mətbəxində şef aşpaza 7 nəfər kulinar yardım edir.

Müqayisə üçün deyək ki, Kremlin mətbəxində 20 kulinar çalışır. Şef aşpazdan başqa, qalanların hamısı rusdur. Kiçik Corc Buş qurman kimi tanınmasa da, hər zaman bifşteks və texas-meksikan mətbəxini tərcih edirdi. Obamanın həyat yoldaşı isə sağlam qidalanma prinsipinə önəm verir, Ağ Evin həyətində onun xüsusi bostanı vardı. Orada təzə tərəvəz və meyvələr yetişdirilib.

Dünyaca məşhur aşpaz Kristet Bernand deyib ki, ümumiyyətlə, prezidentlərlə işləmək çox çətindir. Bu, daimi stressdə olmaq və prezidenti bir qayda olaraq təəccübləndirmək öhdəliyi deməkdir:

"Məsələn, Nikola Sarkozi hər zaman yeməklərin təqdim olunma formasına önəm verirdi. Masaya birinci nəyi təqdim etməyi özü tapşırırdı".

Kanadanın baş nazirinin şef aşpazı isə işinin gerçək fanatıdır. Onun adı Timoti Vasilkodur. Əslən ukraynalıdır və təkcə işdə yox, evdə də yemək hazırlamağı sevir:

"Bu, mənim ehtirasımdır. Mən evdə də öz sevimli ailəm üçün yemək hazırlayıram və bundan zövq alıram".

Dmitri Medvedyevin fransız aşpazı Jerom Riqo isə iş xaricində yemək bişirməyi tərcih etmir.

Ərdoğan həkim nəzarətində…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 25 illik aşpazı Cüneyt Asan onun yemək seçimində kaprizli olmadığını deyir:

"Yemək seçimində heç kaprizi yoxdur. Onsuz da həkim nəzarəti ilə qidalanır. Sağlam olması üçün onun yeməklərinə diqqət edilməlidir.

Bütün yeməklər həkim nəzarəti altında hazırlanır. Biz də onun yeməklərinə, menyusuna çox diqqət edirik. Amma əsasən, ət yeməyini sevir. Hələ baş nazir olduğu vaxtdan ətlə bağlı menyunu mən hazırlayıram. Onun özünün də çox zaman xüsusi sifarişləri olur. Əsasən, bizim hazırladığımız sosiskaları çox sevir. Onun sevmədiyi yeməyi bilmirəm, amma ən çox antrikotu və quzu ətini sevir.

Bu aralar özünü bir az narahat hiss edirdi. Lakin indi sağlamlığı yerindədir, heç bir problem yoxdur. Amma təbii ki, hər şey yeyə bilməz. Ona görə də nə vaxt nə yeməyini həkimlər məsləhət görürlər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4819   Tarix: 05 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər? . xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəzilər

18 sentyabr 2021
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Hollivud ulduzuna görə onlarla mal-qara huşunu itirdi - FOTO/VİDEO

Mission: Impossible" filminin yeddinci hissəsinin çəkilişi zamanı qeyri-adi hadisə baş verib. "The Sun"a istinadən xəbər verir ki, amerikalı aktyor Tom Kruzun təhlükəsizliyini təmin etmək üçün atılan addım ətrafda olan mal-qaranın huşunun itməsi ilə nəticələnib. Məlumata görə, çəkilişlə

11 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

16 sentyabr 2021
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14 sentyabr 2021