Yeni bahalaşma dalğası gəlir - Həyəcan təbili

Yeni bahalaşma dalğası gəlir - Həyəcan təbili2018-ci ilin sonlarına doğru maşın bazarında bahalaşma müşahidə olundu. 2019-cu ilin ilk günlərində isə bahalaşma özünü istehlak bazarında göstərdi.

Şübhəsiz ki, un, ət, alkoqollu içkilər və tütün məhsullarının bahalaşması əhali arasında narahatlığa səbəb olur.

Bəs görəsən, istehlak bazarında nə baş verir? Bahalaşma nə ilə əlaqədardır və qiymət artımı nə vaxta qədər davam edəcək?

İqtisadçı ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bəzi istehlak məhsullarının qiymət artımının gözlənilən olduğunu bildirib. O, bahalaşmanı aksiz və gömrük rüsumlarının qaldırılması ilə əlaqələndirib:

"Aksiz dərəcələrində artımla əlaqədar tütün və alkoqollu içkilərin qiymətinin bahalaşması öncədən proqnozlaşdırılmışdı. Bu da sosial məsələ olmadığı üçün ciddi narazılığa da səbəb olmadı. Dünya ölkələrində aksiz dərəcəsinin artırılması yolu ilə tütün məmulatları və alkoqollu içkilərin qiymətini artırmaqla, onun istehlakını azaltmağa çalışırlar".

Ekspert siqaret və alkoqollu içkilərin qiymət artımının qaçaqmalçılığa yol açacağını bildirib:

"Azərbaycan izolə edilmiş məkan deyil. Ticarət tərəfdaşları və sərhəd qonşuları var. Gürcüstan, Rusiya və İran kimi ölkələrdə əgər tütün və alkoqollu içkilərin qiyməti daha ucuzdursa, bu, ciddi şəkildə qaçaqmalçılığa zəmin yaradacaq. Demək olar ki, hər gün qaçaqmalçılıqla bağlı xəbərlərin yayılması da təsadüfü deyil. Yəni bu cür məmulatların aksiz və gömrük rüsumlarını artırarkən, mütləq qonşu ölkələrdəki qiymətlər nəzərə alınmalıdır ki, qaçaqmalçılığa rəvac verilməsin və bu hal stimullaşmasın. Düşünürəm ki, belə bir artım 2019-cu ildə qaçaqmalçılığın artmasına gətirib çıxaracaq".

Ekspert avtomobil bazarındakı qiymət artımına da münasibət bildirib:

"Avtomobil bazarındakı qiymət artımı da öncədən bilinirdi. Çünki buna aksiz dərəcələrindəki artım səbəb oldu. Bu da anlaşılan məsələ deyil. Çünki dünya ölkələrində gömrük rüsumları və aksiz dərəcələri avtomobillərə o zaman tətbiq olunur ki, ciddi yerli istehsal olsun. Bu da yerli istehsalın qorunması üçün atılan addımdır. Amma Azərbaycanda ciddi yerli istehsal yoxdur".

Natiq Cəfərli ərzaq bazarında bahalaşmanı uzun illərdən bəri formalaşan ənənə ilə əlaqələndirib:

"Azərbaycanda uzun illərdir ki çox pis ənənə formalaşıb. Qış aylarında, əsasən də yeni ildən əvvəl tələbatın artımından asılı olaraq yerli kənd təsərrüfatı və ərzaq məhsullarının bazardan yavaş-yavaş çəkilməsinə görə qiymətlər artır. Novruz bayramına qədər bu artım davam edir. Yalnız mayın sonu və yayın əvvəlində yerli istehsal məhsullarının bazarda çoxalmasından sonra qiymət artımında bir qədər səngimə müşahidə olunur. Bu, olduca pis ənənədir. Bayramlardan öncə müxtəlif ölkələrdə endirim aksiyaları olduğu halda, Azərbaycanda qiymət artımı baş verir".

Ət və unun qiymət artımına gəlincə, ekspert səbəbləri belə açıqlayıb:

"Ətin qiymətinin artmasına gəlincə, bu, yerli istehsalın azalması ilə əlaqədardır. Çünki pambıqçılığa önəm verilməsi bəzi otlaq sahələrinin azalmasına səbəb oldu. Bu da yem bazasının zəifləməsinə gətirib çıxardı ki, sonda xırda və iribuynuzlu heyvanların sayının azalması ilə nəticələndi. Hətta xaricdən gətirilən ətin miqdarı az qala iki dəfə artıb. Keçən ilin noyabr ayına olan məlumata görə, xaricdən 65 milyon dollarlıq ət alınmışdı. Hansı ki, tarixdə belə şey olmamışdı. Xaricdən idxal da ətin qiymətinin artmasına gətirib çıxarır.

Unun qiymətinin artımı isə iki səbəblə əlaqəlidir. Yerli taxıl sahələri azaldı, bu da məhsuldarlığa təsir göstərdi. Rusiya və Qazaxıstanda taxılın qiymətində 10 faizlik artım oldu. Bizim taxıl donorlarımız da əsasən həmin ölkələr olduğu üçün bahalaşma qiymət artımına təsirsiz ötüşmədi".

İqtisadçı bahalaşmanın getdikcə artacağını da proqnozlaşdırıb:

"Novruz bayramına, hətta yay aylarına qədər ərzaq bazarında qiymətlərin addım-addım artması müşahidə olunacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 5221   Tarix: 05 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviqi ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında Sərəncam imzalayıb. Bu barədə xəbər verir. Sərəncamda qeyd olunur ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqind

7 mart
.

Azərbaycanda ezamiyyə xərclərinin məbləği artırıldı

"Ezamiyyə xərclərinin normaları haqqında" Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli Qərarında dəyişiklik edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük normas

5 aprel
.

Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında müqavilə imzalanıb - FOTO

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyənin "BAYKAR" şirkəti arasında "Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi" imzalanıb. xəbər verir ki, bu barədə şirkətdən bildirilib. "Müqavilənin faydalı olacağına ümid edirik", - məlumatd

8 mart
.

Əhalinin banklara nə qədər kredit borcu var?

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub. Bu barədə -a Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Qeyd edilib ki, 2024-cü i

15 aprel
.

Ramazan ayında qızıl bazarında vəziyyət necədir?

Ramazan ayında toy məclisləri keçirilmədiyindən zərgərlik bazarında alıcılıq aşağı düşür. Bunu "Trend"ə açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev bildirib. Onun sözlərinə görə, aparılan müşahidələrə əsasən, alıcılıq qabiliyyəti 50% aşağı düşüb. "Qızı

30 mart
.

Bitkoin kəskin ucuzlaşıb

Bitkoinin məzənnəsi "Coinbase" birjasında hərrac zamanı 63 min dollardan aşağı düşüb. "Report" xəbər verir ki, bu barədə birjanın verilənlərindən məlum olub. Dünyanın ən məşhur kriptovalyutası, demək olar, beş faiz ucuzlaşıb. Bitkoinin dəyəri 62,7 min dollara düşüb. Kriptovalyutad

22 mart
.

Azərbaycanda dollar bahalaşa bilər?

Dollar dünya bazarında yenidən möhkəmlənir. Son 1 ayda avro dollara nisbətən 3 faizə yaxın dəyər itirib. Hazırda 1 avro almaq üçün cəmi 1.062 dollar ödəmək lazımdır. Dolların güclənməsi regional münaqişələr fonunda investorların Amerika puluna daha çox sərmayə yönəltməsi və ABŞ iqtisadiyyatındakı canlam

15 aprel
.

Bakıda taksi qiymətləri bahalaşdı

Bakıda taksi qiymətləri bahalaşıb. xəbər verir ki, buna səbəb paytaxtın küçə və prospektlərində hazırda hökm sürən tıxac göstərilir. Belə ki, sərnişinlər hazırda boş taksi tapmaqda çətinlik çəkirlər. Adi günlərdə ünvandan asılı olaraq dörd-beş manata başa gələn gediş haqqı hazırda səkkiz-on manat təşki

19 mart
.

Şokoladın qiyməti dəyişəcək? - VİDEO

Şokolad qiymətlərində kəskin artım gözlənilir. Çünki şokoladın əsas inqrediyenti olan kakaonun dünya bazarlarında dəyəri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək rekorda imza atıb. İqtisadçı Eldəniz Əmirov bildirib ki, kakaonun qiymətinin dünya bazarlarında artması təbii şokoladları

29 mart