Azərbaycanlı iş adamına DƏHŞƏTLİ SUİ-QƏSD PLANI: mühafizəçisi öldürüldü, özü və oğlu isə...

Azərbaycanlı iş adamına DƏHŞƏTLİ SUİ-QƏSD PLANI: mühafizəçisi öldürüldü, özü və oğlu isə...Rusiyada azərbaycanlı iş adamına qarşı sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. O, hadisədən sonra Azərbaycana qayıdıb və burada həbs edilib. Sui-qəsdin digər iştirakçısı isə Rusiyada həbs edilib.

Musavat.com xəbər verir ki, "Ümumrusiya Azərbaycan Konqresinin" Ulyanovski regional bölməsinin sədri Hüseynov İslam Rövşən oğlunun mühafizəçisini öldürməkdə, özünü isə öldürməyə cəhddə ittiham edilən 1977-ci il təvəllüdlü Salyan şəhər sakini Bağırov Ramin Ramiz oğlunun məhkəməsi keçirilib.

Ramiz Bağırov Cinayət Məcəlləsinin 120.2.6-ci (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürmə), 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 228.2.1-ci (odlu silah gəzdirmə) maddələri ilə ittiham edilib.

İttihama görə, Ramin Bağırov qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə edərək başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə digər şəxsi qəsdən öldürüb. Həmçinin qabaqcadan əlbir olan bir qrup şəxs halında iki şəxsi başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədi ilə qəsdən həyatdan məhrum etməyə cəhd edib.

Belə ki, Ramin Bağırov qohumu Nahid Zahidovla birlikdə plan quraraq "Ümumrusiya Azərbaycan Konqresinin" Ulyanovski regional bölməsinin sədri İslam Hüseynovu öldürmək istəyiblər.

Bu sui-qəsd planı Nahid Zahidov tərəfindən təklif olunub. İslam Hüseynov Nahid Zahidovun iş və ticarət əlaqələri ilə bağlı təklifini qəbul etmədiyi üçün aralarında mübahisə yaranıb.

İslam Hüseynovdan kobud cavab alan Nahid Zahidov şəxsi düşmənçilik zəminində onu öldürmək qərarına gəlib.

Nahid Zahidov İslam Hüsynovun mühafizəçilərlə gəzdiyinə görə bunu təkbaşına edə bilməyəcəyini düşündüyündən Ramin Bağırovla bu işi görməyi planlaşdırıb.

İstintaqla müəyyən edilib ki, Ramin Bağırovun və Nahid Zahidovun birgə planına əsasən onlar ilk olaraq Moskva şəhərində "VAZ 21065" markalı "E931OP199" dövlət qeydiyyat nişanlı avtomobil əldə ediblər.

Həmin avtomobillə Rusiyanın Ulyanovsk vilayətinə gəliblər. İslam Hüseynovu öldürmək üçün uyğun yeri, şəraiti müəyyən etməkdən ötrü bir neçə gün onu izləyiblər.

Onlar qanunsuz olaraq "İJ-78-7,6" və "6P42" modelli qaz tapançalarından kustar üsulla hazırlanmış iki ədəd odlu silah hesab edilən tapança, patronlar, səs boğucuları əldə edib maşında gizlədiblər.

Planın davamı olaraq "Ümumrusiya Azərbaycan Konqresinin" Ulyanovsk regional bölməsinin binasına gələrək katibədən İslam Hüseynovun işə gəlmə vaxtını öyrəniblər.

İstintaq müəyyən edib ki, hər iki şəxs 11 sentyabr 2012-ci il tarixdə saat 12:20 radələrində İslam Hüseynovu izləyib, mühafizəçisi İqor Beznosyuk ilə işə gəldiyini görüblər.

Ofisə gələrək əvvəlcə İqor Beznosyukla danışıb və İslam Hüseynovla görüşmək istədiklərini, maddi yardım almaq üçün gəldiklərini deyiblər. Mühafizəçi onları İslam Hüseynovun otağına dəvət edib.

Onlar otağa daxil olarkən əvvəlcə mühafizəçiyə 7 dəfə atəş açıblar. İqor Beznosyuk döş qəfəsindən, boyun, çiyin və sifət nahiyələrindən aldığı güllə yaraları ilə yerindəcə keçinib.

Daha sonra Nahid Zahidovla İslam Hüseynov əlbəyaxa olublar.

İstintaq müəyyən edib ki, bu zaman Ramin Bağırov İslam Hüseynovun baş nahiyəsindən silahla vurmaq istəyib. Lakin silahda patron qurtardığından atəş aça bilməyib. Bu zaman silahla onun baş nahiyəsinə zərbələr endirib.

İslam Hüseynovun dəhlizdə olan oğlu Rövşən Hüseynov və onun dostu Amil Hüseynov silah səsləri eşidərək otağa qaçıblar.

Rövşən Hüseynov və Amil Hüseynov hücum edən şəxslərin silahlarını əllərindən almağı bacarıblar. Ramin Bağırov cibində olan bıçağı çıxararaq Rövşən Hüseynova hücum edib.

Bıçaqla Rövşən Hüseynovu vurmaq istəyərkən Amil Hüseynov stulla onun baş nahiyəsindən vurub. Bundan sonra Nahid Zahidov və Ramin Bağırov hadisə yerindən qaçıblar.

Ramin Bağırov elan olunmuş ittihamla özünü təqsirli iblməyib. Deyib ki, qohumu Nahid Zahidovla İslam Hüseynovun yanına gedib. Həmin vaxt İslam Hüseynov və adamları Nahid Zahidova hücum edib. Ramin Bağırov özünü müdafiə edərək oradan qaçdığını və Azərbaycana qayıtdığını deyib.

Bildirək ki, Nahid Zahidov hadisədən bir müddət sonra Moskvada həbs edilib. Ramin Bağırov isə Azərbaycana qayıtdıqdan bir neçə il sonra saxlanılıb.

Ramin Bağırov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilib


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 6788   Tarix: 07 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Şirvanda narkoman avtomobili oğurlayaraq yandırdı – FOTO

Şirvan sakini oğurladığı avtomobili yandırıb, saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin aşkar edilib. xəbər verir ki, avqustun 20-də əvvəllər məhkum olunan Şirvan sakini, 1997-ci il təvəllüdlü Qasımzadə Sakit Qasım oğlu saat 5.00 radələrində avtomobil təmiri sexindən Şirvan sakini, F.Namazov

22 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü

Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo

30 avqust 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Sevdiyi qızın xalası oğlunu öldürdü - Qətlin təfərrüatı

Bakıda sevdiyi qızın qohumunu qətlə yetirməkdə təqsirli bilinən İbrahim Sadıqovun cinayət işi üzrə istintaq başa çatıb. "ölkə.az"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. İbrahim Sadıqov sevdiyi qızın xalası oğlu İslam Hüseynovu qətlə yetirib. Hadisəyə səbəb isə İ.Sadıqovu

23 avqust 2021
.

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə

1 sentyabr 2021
.

Azərbaycanda DƏHŞƏT: Ata 9 yaşlı oğlunun boğazını kəsdi və intihar etdi - YENİLƏNİB

Sentyabrın 3-ü saat 13:00 radələrində Lənkəran rayonu Zövlə kəndi ərazisindən keçən çayda rayon sakini 1979-cu il təvəllüdlü Şaiq Məmmədov və oğlu 2012-ci il təvəllüdlü Vahid Məmmədlinin meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Lənkəran Rayon Prokurorluğunda aparıla

3 sentyabr 2021
.

Qubadakı dəhşətli qəzada ölənlərdən ikisinin kimliyi bilindi - YENİLƏNİB + FOTO/VİDEO

Səhər saatlarında Quba rayonunun Alekseyevka kəndində baş verən qəza nəticəsində ölənlərdən ikisinin şəxsiyyəti məlum olub. -ın əldə etdiyi məlumata görə, bunlar sürücü Nurlan Süleymanov və sərnişin Məmmədhəsən Əkbərovdur. Avtomobildə olan şəxslər N. Süleymanovun 24 avqustda təşkil etdiyi ad günü mərasimində

25 avqust 2021
.

Bakıda ər qrup şəklində cinsi əlaqə təklif edən arvadına 18 bıçaq zərbəsi vurub – İSTİNTAQ MATERİALLARI

Boşanmış şəxslərin və ya boşanmaq istəyən insanların bir-birinə ədavətinin davam etməsi, bunun qanlı nəticələri haqqında kriminal təcrübədə sonsuz sayda nümunələr var. Xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla adam öldürmə ilə nəticələnən belə bir nümunə ilə sizi tanış edəcəyik. Mətbuatda bununl

13 sentyabr 2021
.

Azərbaycanda dəhşətli qətl - Qardaş bacısını amansızlıqla öldürdü

Sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Kürdəmir rayon Prokurorluğundan -a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü Xəya

16 sentyabr 2021