"Anam dedi ki, o evdən ölün çıxa bilər" - 16 yaşında ailə quran Nigardan ağır həyat HEKAYƏSİ - VİDEO

"Anam dedi ki, o evdən ölün çıxa bilər" - 16 yaşında ailə quran Nigardan ağır həyat HEKAYƏSİ - VİDEOARB TV-nin "Boş anlar" verilişinin növbəti qonağı xanəndə Nigar Şabanova olub.

Xanəndə ailəli olub boşandığından söz danışıb:

"Hazırda ailəli deyiləm. Amma ailə qurub boşanmışam. Məsləhət olsa idi, illərdi bunu açıb deyərdim. Görürəm ki, bu artıq insanlarda qıcıq yaradır. Deyirlər ki, "Nə səbəbə gizlədirsən? Yəqin ki, gizlədib yenidən ailə həyatı qurmaq istəyirsən". Əsla belə bir fikrim yoxdur. Mənim həyatımda hər bir şey qayda-qanunla baş verib".

Nigar Şabanova çox kiçik yaşlarında zorla evləndirildiyi ağır həyat hekayəsindən də söz açıb:

"Ailəm məni 15 yaşımda nişanladı. 16 yaşımda isə ailə qurdum. Qohum idi. O vaxtlar nə telefon, nə də internet dövrü idi. Ana ilə məktəbə gedib, ana ilə də gəlirdim. O vaxtı anamıza deyə bilməzdik ki, mən bunu etmək istəmirəm. Yadımdadır ki, uşaq vaxtı həyətdə oynayanda, anam məni balkondan çağırdı və mən isə "nədir?" dedim. "Nədir" sözünün üstündə anam məni vurdu. Ailə qurdum şəxs isə anamın dayısı nəvəsi idi və dayımın da qaynı idi. Dedilər ki, ona veririk, ona da gedəcəksən. Nişanlı vaxtlarımda belə onun kobudluğunu anlayıb deyirdim ki, nişanı qaytarıram. Dayımgil yığılıb üstümə gəldi ki, bizim nəslimizdə elə şey ola bilməz, sən nə edirsən? Olmaz olsun, oldu, ailə quruldu və heç bir il davam etmədi. Düşmənimin balasına belə mənim yaşadığım ailə həyatını arzu etmirəm. Mən o həyata dözüb otururdum. Çünki mən evdən çıxanda mənə anam bir kəlimə dedi ki, "Sən bilməzsən, ailədə çətinliklər olur. Bu bir tapşırıq idi. İkinci tapşırıq isə birdən bilməzsən nəsə olar üstümə gələrsən, sənin oradan ancaq ölün çıxa bilər. Bizim ailəmizdən qız qayıda bilməz. Amma dayım onun bacısından ayrıldı. Onlar da gətirib məni verdilər. Acığa... Siz bizim qızı saxlamadınızsa, biz sizin qızı niyə saxlamalıyıq? Amma mənim heç bir günahım yox idi ki...".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 4790   Tarix: 07 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Gülhüseyn Kazımlı VƏFAT ETDİ - FOTO

Tanınmış ictimai xadim, şair-publisist və tədqiqatçı Gülhüseyn Kazımlı vəfat edib. Bu barədə -a mərhumun qohumları məlumat veriblər. G.Kazımlı uzun müddətdir əziyyət çəkdiyi onkoloji xəstəlikdən dünyasını dəyişib. Gülhüseyn Kazımlı 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Azərbayca

25 fevral
.

Tarixin ən qanlı diktatorlarından biri barədə film çəkiləcək

"Emmy"nin 10 mükafatına sahib olan "Çernobıl" serialının rejissoru Yohan Renk yeni layihəsini lentə almağa hazırlaşır. O, İraqın keçmiş lideri Səddam Hüseynin həyatının son günlərindən bəhs edən film çəkəcək. Filmdə baş rolu "Saltburn" və "The Banshee of İnisherin"

17 fevral
.

Məşhur yəhudi müğənni Alim Qasımovu paylaşdı

Məşhur israilli müğənni Yasmin Levi Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, Yasmin xanəndənin tələbəsi olduğunu vurğulayaraq, bunları əlavə edib:. "Ustadım: 20 il əvvəl o məni tələbəsi olaraq seçdi. Amma həyat məni başqa istiqamətə yönəltdi. Buna görə ömrümün sonun

10 fevral
.

Kemeron yeni "Avatar"la bağlı şayiələri təkzib edib

Məşhur rejissor Ceyms Kemeron "Avatar"ın üçüncü hissəsinin ilkin montajdan sonrakı versiyasının doqquz saat olduğu ilə bağlı şayiələri təkzib edib. "Əgər qaralama montajdan sonrakı materialın doqquz saatlıq olsaydı, mən ov tüfəngini götürüb başıma atəş açardım. Yox, mən dedim ki, ümumilikd

17 fevral
.

Mövlud Süleymanlı vəsiyyətinə uyğun dəfn ediləcək

Xalq yazıçısı Mövlud Süleymanlının dəfn yeri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a mərhumun ailəsindən məlumat verilib. Qeyd edilib ki, yazıçı vəsiyyətinə uyğun olaraq öz anasının yanında dəfn ediləcək:. "Bizə vəsiyyət etmişdi ki, Şamaxıda anasının yanında dəfn edək. Vid

22 fevral
.

Kadırov "sürətli musiqini" qadağan etdi

Çeçenistanın rəhbəri Ramzan Kadırov Çeçenistanda musiqi əsərləri üçün temp tələblərini təsdiqləyib və bu, regiondakı musiqi qruplarının ifası üçün tempi dəqiqədə 80-dən 116 vuruşa qədər məhdudlaşdırır. -ın Rusiya mediasına istinadən xəbərinə görə, Çeçenistanın mədəniyyət naziri Musa Dadayev bu barəd

7 aprel
.

Niftulla Əsgərov vəfat etdi

Əməkdar artist Niftulla Əsgərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, tanınmış aktyor ürək-damar xəstəliyi səbəbindən 65 yaşında dünyasını dəyişib. Qeyd edək ki, N.Əsgərov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışıb

22 yanvar
.

Əməkdar artist 48 yaşında vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

20 aprel
.

Şair Əli Kərimin oğlu vəfat etdi

Tanınmış alim Paşa Kərimov vəfat edib. AMEA-dan -a verilən xəbərə görə, professor ömrünün 65-ci ilində dünyasını dəyişib. Qeyd edək ki, görkəmli filoloq, ədəbiyyat tariximizin tədqiqatçısı, mətnşünas, "Tərəqqi" medallı alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın Məhəmməd Füzuli adın

25 yanvar