Putin Paşinyanı satacaq, Vaşinqton isə İranı... - ABŞ-dan SENSASİON QARABAĞ AÇIQLAMASI

Putin Paşinyanı satacaq, Vaşinqton isə İranı... - ABŞ-dan SENSASİON QARABAĞ AÇIQLAMASI"Moskva əvəzini Azərbaycandan ala biləcəyinə əmin olanda Ermənistanı satacaq". Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin keçmiş məsləhətçisi, Vaşinqton İnstitutunun professoru, məşhur politoloq Pol Qobl Ermənistan mediasına müsahibəsində deyib. Qobl iddia edir ki, Rusiya Bakı və İrəvana təsirini itirməmək üçün Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir: "ABŞ isə problemin sülh yolu ilə həllinin tərəfdarıdır, lakin irəliləyişə nail olmaq üçün əlində kifayət qədər resursu yoxdur. Hazırda situasiya bir qədər dəyişir. Ermənistanı Moskvadan asılı olmayan hakimiyyət idarə edir, Azərbaycan isə Rusiya ilə münasibətlərini sıxlaşdırır.

Nikol Paşinyan diqqətini daxili problemlərə cəmləşdirəcək və Qarabağ lobbisinin əksinə gedəcək addımlar atmağı istəməyəcək. Ola bilər ki, vəziyyət bir-iki ilə dəyişsin. Moskva isə anlayır ki, əgər İrəvanı öz mövqelərindən geri çəkilməyə və Dağlıq Qarabağ məsələsində güzəştə getməyə məcbur edə biləcəksə, onda Azərbaycanda mövqelərini gücləndirəcək. Həmişə bildirmişəm ki, Moskva Azərbaycanı öz tərəfinə tamamilə çəkə bilsə, Ermənistanı satacaq. Lakin burada da böyük müəmma var". P.Qobl hesab edir ki, 2019-cu ildə də Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişlər gözləmir. "Mümkündür ki, yeni toqquşmalar olsun və bunda Moskva maraqlı olacaq. Çünki bununla o tərəflərə problemi ondan başqa heç kimin həll edə bilməyəcəyini yenidən xatırlada bilər", - deyə o bildirib.

Amerikalı politoloq Paşinyanın öz hakimiyyətini gücləndirmək istədiyini, lakin Dağlıq Qarabağ məsələsində hər hansı addım atmağın ona çətinlik yaradacağını hesab edir. O əlavə edir ki, Azərbaycan da öz növbəsində Moskvaya mülayim yaxınlaşmaq siyasətini yürüdür və Türkiyə ilə yanaşı, Qərblə də əlaqələrə xüsusi diqqət ayırır. "Diplomatik proses yenidən dalana dirənəcək. Çünki Paşinyan Dağlıq Qarabağ məsələsində öz sələfinin siyasi kursunu davam etdirir. Əgər Qərbin Qafqazda aktiv fəaliyyəti hiss olunmasaydı, bəlkə vəziyyət dəyişə bilərdi, lakin diplomatiya olmadan Tramp Administrasiyasının geri çəkiləcəyinə və regiona qoşun daxil edəcəyinə əmin olmaq da ağılsızlıqdır. Rusiyanın özünün da daha əhəmiyyətli məsələləri var, Moskva hazırda Ermənistana ikinci dərəcəli məsələ kimi baxır. Kreml Paşinyanı sevmir, lakin onun Qərbin qucağına oturmasına da əsas vermək istəmir. Bu baxımdan, diplomatik prosesin yenidən dalana dirənəcəyi görünür", - deyə o vurğulayıb. Qobl hesab edir ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın xeyrinə həll ediləcəksə, bu, ABŞ-a İranı təcrid etmək üçün yeni imkanlar verəcək: "Çünki Qarabağ münaqişəsinin həlli Tehranın Qafqaza siyasi təsir imkanının itməsi deməkdir. Lakin Moskva bunu anlayır və baş verməməsi üçün əlindən gələni edir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2955   Tarix: 07 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq? - VİDEO

Qazaxın işğal altında qalan kəndləri ilə bağlı Ermənistan tərəfinin qeyri-müəyyənliyi davam edir. Ölkə müxalifəti bir yana, hökumətin özündə də bu barədə yekdil fikir yoxdur. Bununla yanaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anklavlarla bağlı müzakirələrin getmədiyini deyib. Ümumiyyətlə

12 aprel
.

MN: Hərbçilər Vətəni istənilən təhdid və təhlükələrdən qorumaq əzmi nümayiş etdirir

Azərbaycan Ordusunda şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə mütəmadi olaraq ictimai-siyasi hazırlıq dərsləri və məşğələlər keçirilir. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularla maarifləndiric

13 aprel
.

Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO

Ermənilər Azərbaycana məxsus əsəri oğurlayıblar. Trend-in məlumatına görə, ermənilər indi dahi bəstəkar Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun" musiqili komediyasını öz musiqiləri kimi təqdim ediblər. Onların "Vaqarşapat rəqsi" adlandırdıqları oğurlanmış musiqi əsəri Paris Operasınd

16 aprel
.

İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT

Prezident İlham Əliyev iqtisadiyyat nazirinə yeni müavin təyin olunması barədə sərəncam imzalayıb. xəbər verir ki, bu vəzifə Anar Axundova həvalə edilib. O, 1975-ci ildə anadan olub, 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirib, əmək fəaliyyətinə "Bakı Banklararas

18 aprel
.

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib. Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiy

12 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib

Azərbaycan Prezidenti İlham Əliyev portuqaliyalı həmkarı Marselo Rebelo de Sousanı noyabrda Bakıda keçiriləcək COP29-a dəvət edib. report-a istinadən xəbər verir ki, tədbirə dəvəti Azərbaycanın Vatikan və Portuqaliyadakı səfiri İlqar Muxtarov Marselo Rebelo de Sousa ilə görüşdə çatdırıb. Qeyd edək ki

17 aprel