Yeni il rubla düşmədi, manata da təhlükə varmı?

Yeni il rubla düşmədi, manata da təhlükə varmı?Dolların rubla olan məzənnəsi ötən iki il üzrə rekord qıraraq ən yüksək həddə çatıb. Moskva birjasının yanvarın 3-nə olan məlumatlarına görə, ABŞ valyutasının kursu 71,45 rubla qədər artıb. Dollar ötən bir gündə 2,35% bahalaşma göstərib. Avro isə rubla nisbətdə 1,33% ucuzlaşıb və 78,96 rubl təşkil edib.

Buna əsas səbəb kimi neftin ucuzlaşması göstərilir. Belə ki, "Brent" markalı neftin mart ayında çatdırılacaq partiyasının qiyməti London birjasında 1 barel üçün 54,33 dollar təşkil edib, bu isə əvvəlki ticarət qiymətindən 1,06% ucuzdur. Ümumiyyətlə, 2018-ci il ərzində rublun məzənnəsi 17,5% düşüb. "Brent" markalı neftin bir barelinin qiymətində isə il ərzində 21,6 faiz ucuzlaşma qeydə alınıb.

Bəs görəsən, əm neftin ucuzlaşması, həm də ən böyük ticarət tərəfdaşlarımızdan biri olan Rusiyada milli valyutanın ucuzlaşması manata təzyiq yarada bilərmi?

Mövzunu "Yeni Müsavat"a şərh edən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu il rublun qiymətində həlledici faktor neftin qiyməti və sanksiyalar olacaq: "Rusiyada iqtisadi parametrlərin böyük bir hissəsi, o cümlədən rublun taleyi hər zaman iki əsas faktordan asılı olub. Bunlardan birincisi neft qiymətləridir. Hətta beynəlxalq analitiklər öz aralarında rus rubluna "kağız neft" də deyirlər. İkincisi isə, Rusiya ilə Qərbin və dünyanın münasibətləridir. Yəni sanksiyalar rejimi və bunun getdikcə Rusiya iqtisadiyyatına, o cümlədən rublun taleyinə hər zaman mənfi təsir göstərməsidir. Son bir ayda neftin qiymətində kəskin ucuzlaşma oldu. "Brent" markalı neft 87 dollardan 52 dollara qədər ucuzlaşdı. 35 dollar civarında bir ucuzlaşma müşahidə olundu ki, bu da iqtisadiyyatı neftdən asılı olan ölkələrə , o cümlədən Rusiyaya mənfi təsir etdi, rublun məzənnəsinin ucuzlaşmasına şərait yaratdı".

Sanksiyaların daha da kəskinləşdiyini qeyd edən iqtisadçı, bunun həm rublun məzənnəsinə, həm də Rusiya iqtisadiyyatına ciddi təsir göstərəciyini vurğuladı: "Digər bir məsələ odur ki, 2018-ci ilin sonunda Avropa Birliyi ölkələrinin sanksiyaları uzatmayacağı, müəyyən güzəştlərə gedəcəkləri ilə bağlı gözləntilər var idi. Ancaq bu da baş vermədi. Həm ABŞ, həm də Avropa Birliyi tərəfindən sanksiyaların 1 il də uzadılması və daha da kəskinləşdirilməsi ilə bağlı qərarlar qəbul olundu. Əsasən də, Kerç boğazında Ukrayna ilə yaşanan son insidentdən sonra sanksiyalar daha da kəskinləşdi. Bunlar təbii ki, Rusiya iqtisadiyyatına mənfi təsir göstərən amillərdir. Daxili amillərin təsiri də getdikcə artır. Rusiyada müflisləşmə, yəni əhalinin borclanma səviyyəsi rekord həddə çatıb. Kreditlərin geri qaytarılmasında problemlər yaşanır. Avqust ayından bəri Rusiya Mərkəzi Bankının həyəcan təbili çaldığını görürük. Həm daxili, həm xarici amillər Rusiya iqtisadiyyatına, həm də rus rubluna mənfi təsir etməyə başladı. Gələcəkdə də rublun taleyi əsasən neftin qiymətlərindən asılı olacaq. Neft qiymətlərindəki dəyişiklik rublun məzənnəsində də öz əksini tapacaq".

N.Cəfərlinin sözlərinə görə, Rusiya iqtisadiyyatında gedən proseslər və rublun dəyərdən düşməsi bütün qonşu ölkələrə, həmçinin Azərbaycana da təsir göstərir: "Çünki indi postsovet ölkələrinin ən böyük ticarət tərəfdaşı Rusiyadır. O cümlədən Azərbaycanın da qeyri-neft ixracatının əsas hissəsi Rusiyayadır. Rusiya rublunun dəyərdən düşməsi Azərbaycandan ixrac olunan malların həcmini də azaldır, həmçinin bu işə marağı da azaldır. Çünki azərbaycanlı iş adamları Rusiyaya ixrac etdikləri məhsulları orada rublla satıb, sonradan həmin pulu xarici valyutaya çevirərək ölkəyə gətirirlər. Rubl ucuzlaşdıqdan sonra onlara hər hansı qazanc qalmır. Ona görə də, rubl dəyərdən düşdükcə, daha az valyuta əldə edirlər. Bu baxımdan Rusiyada gedən proseslərin bütün postsovet ölkələrinə , o cümlədən Azərbaycana ciddi təsirləri var".

Ekspert həmçinin neft qiymətlərinin manatın məzənnəsinin qorunmasında ciddi rol oynadığını da diqqətə çatdırdı: "Neftin ucuzlaşması Azərbaycan manatına təzyiqlərin artmasına səbəb olan amillərdən biridir. Neft qiymətlərinin ucuzlaşdığını və Azərbaycan iqtisadiyyatının da neft qiymətlərindən asılı olduğunu nəzərə alsaq, müəyyən təsirlərin olacağını deyə bilərik. Çünki bizdə büdcə formalaşmasında neft amili 65 faiz rol oynayır. Bunun 50 faizi Neft Fondundan transferdir, 15 faizi isə neft şirkətlərinin vergi yüküdür. Xarici ticarətdə isə 90 faiz rol oynayır. Bu baxımdan son proseslər manata təzyiqləri artırır. Kəskin devalvasiyanın olacağı gözlənilmir, ancaq bu ilin birinci rübünün sonundan başlayaraq, daha yüngül formada manatın tədricən dəyərdən düşməsi baş verə bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 4482   Tarix: 07 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda ərzaq məhsulları 5%-ə yaxın BAHALAŞIB - RƏSMİ

2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi (inflyasiya) 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 4,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 4,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 3,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 3,1 faiz artıb

13 may 2021
.

İdxal və ixrac olunan məhsullar AÇIQLANDI

Bu ilin yanvar-may aylarında idxal və ixrac olunan məhsullar açıqlanıb. Dövlət Statistika Komitəsindən -a verilən məlumata görə, yanvar-may ayları ilə müqayisədə bu ilin beş ayında mühüm məhsul növlərindən buğda idxalı 14,7 faiz, xam şəkər və şəkər 0,8 faiz, kartof 14,7 faiz, çay 6,7 faiz, təzə tərəvə

24 iyul 2021
.

Toylara icazənin verilməsi qızıl bazarına necə təsir edəcək? - AÇIQLAMA

Xəbər verdiyimiz ki, iyulun 1-dən ölkəmizdə toylara icazə verilib. Bu, təbii ki, qızıl satışının artımı deməkdir. Bəs qızıl satışında uzunmüddətli durğunluqdan sonra bahalaşma ola bilərmi?. Məsələ ilə bağlı -a açıqlama verən iqtisadçı-ekspert Elmir Səfərli bildirib ki, qızıl satışında bahalaşma gözlənilmir:

6 iyul 2021
.

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor - Niyə bu qədər fərq var? - VİDEO

Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib. Xəzər TV-yə istinadən xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır. Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərcl

26 iyul 2021
.

Ceyhan limanından nə qədər BTC nefti nəql olunub?

Bu ilin yanvar-iyul ayları ərzində Bakı-Tiflis-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 113,8 milyon barrel xam neft nəql edib. xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb. Bu həcmdə xa

31 iyul 2021
.

Ermənistan 30 ildə vurduğu ziyana görə nə qədər kompensasiya ödəyəcək? - AÇIQLAMA

"30 il müddətində Ermənistanın Azərbaycana vurduğu ziyan tək mənəvi deyil, maddi ziyanlarla da müşahidə olundu. Bu ziyan milyardlarla dollar vəsaitlə ölçülə bilər". Bu sözləri - açıqlama verən iqtisadçı ekspert Elşad Məmmədov deyib. O bildirib ki, Ermənistanın bizə ödəyəcəyi təzminat haqqınd

19 iyun 2021
.

Azərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB

2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre

13 may 2021
.

Musiqi təhsilinin inkişafında xidmətlərə görə orden və medallar verildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə Azərbaycanda musiqi təhsilinin inkişafında xidmətlərin

17 sentyabr 2021
.

Azərbaycanda dollar yenidən bahalaşır? - AÇIQLAMA

Son günlər ərzində bankların dollar satışında qoyudğu məhdudiyyətlər cəmiyyətdə müəyyən aajiotaja səbəb olub. Əhali arasında yenidən devalvasiyanın olması ilə bağlı müəyyən narahatlıq var. Bəs görəsən bu narahatlığa ciddi əsas varmı? Devalvasiya təhülkəsi gözlənilirmi?. Mövzu ilə bağlı -ın sualların

6 may 2021