5 rayonun qaytarılması və Qarabağın... - Politoloq bütün SİRLƏRİ ORTAYA ÇIXARDI

5 rayonun qaytarılması və Qarabağın... - Politoloq bütün SİRLƏRİ ORTAYA ÇIXARDIABŞ Dövlət Departamentinin keçmiş məsləhətçisi, Vaşinqton İnstitutunun professoru, məşhur politoloq Pol Qobl Ermənistan mediasına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivindən danışdı.

Qobl iddia edir ki, Rusiya Bakı və İrəvana təsirini itirməmək üçün Dağlıq Qarabağ münaqişəsinin həllini istəmir. Onun sözlərinə görə, Kreml Ermənistandakı Nikol Paşinyan hakimiyyətini sevmir, lakin onun Qərbin qucağına oturmasına da əsas vermək istəmir.

"Bu baxımdan, diplomatik prosesin yenidən dalana dirənəcəyi görünür", - deyə o vurğulayıb.

Politoloq əlavə edib ki, Moskva Azərbaycanı öz tərəfinə tamamilə çəkə bilsə, Ermənistanı satacaq. Onun sözlərinə görə, ABŞ problemin sülh yolu ilə həllinin tərəfdarıdır, lakin irəliləyişə nail olmaq üçün əlində kifayət qədər resursu yoxdur. Pol Qobl hesab edir ki, 2019-cu ildə də Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyişlər gözləmir.

"Mümkündür ki, yeni toqquşmalar olsun və bunda Moskva maraqlı olacaq. Çünki bununla o tərəflərə problemi ondan başqa heç kimin həll edə bilməyəcəyini yenidən xatırlada bilər", - deyə o bildirib.

Vaşinqton İnstitutunun professorunun fikirlərini şərh edən politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli Publika.az-a açıqlamasında söyləyib ki, Pol Qoblun fikirlərində həqiqət payı var.

Müsahibimiz qeyd edir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində fəallaşsa da, onun təklif edəcəyi həll variantları hələlik gözə dəymir.

"Söhbətlər hələ ki 5 rayonun geri qaytarılması, əvəzində Dağlıq Qarabağa hansısa statusun verilməsi ətrafında fırlanır. Bu nöqteyi nəzərdən, 2019-cu ildə Dağlıq Qarabağla bağlı pozitiv dəyişikliklərin olacağını ehtimal etsək də, Rusiyanın bu məsələdə hansısa konstruktiv rol oynayacağına bel bağlamaq demək olar ki, çətindir. Pol Qobl da indiyə kimi Rusiyanın oynadığı rolu nəzərə alaraq, elə bir qənaətə gəlib", - Qabil Hüseynli qeyd edib.

Amerikalı politoloqun "Moskva Azərbaycanı öz tərəfinə tamamilə çəkə bilsə, Ermənistanı satacaq" fikrinə gəlincə, Qabil Hüseynli qeyd edib ki, burada da müəyyən qədər həqiqət payı var:

"Bu səbəbdən ki, Azərbaycan müstəqil siyasət yürütməyin tərəfdarıdır. Azərbaycan Rusiya ilə tam yaxınlaşmamaq, yəni ölkə suverenliyinin əsas parametrlərini qoruyub saxlamaq istəyir. Bu nöqteyi-nəzərdən, Pol Qoblun özü də şahidi olub ki, Azərbaycan müstəqilliyini heç nəyə dəyişmək istəməz".

Dağlıq Qarabağ probleminin həlli üçün ABŞ-ın malik olduğu resurslara gəlincə, politoloq bildirib ki, Vaşinqton Rusiya qədər resurslara malik olmasa da, onları azaldıb-artıra bilər.

"Amerikanın bölgə xalqları üçün təklifləri daha cəlbedici, daha cazibədardır. ABŞ ixrac etdiyi dəyərlər baxımından daha üstün mövqeyə sahibdir. Amma bununla yanaşı, Amerika bölgəyə yaxınlaşmaqda çox ehtiyatlı mövqe nümayiş etdirir və xüsusilə prezident Donald Tramp zehniyyətinə söykənərək Rusiyanın yaxın sərhədlərində risklərə getmək istəmir", - Qabil Hüseynli vurğulayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2992   Tarix: 08 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

Rusiya Prezidenti: "Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb"

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib

22 aprel
.

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə REAKSİYA

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət bildirib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel danışıb. Onun sözlərinə görə, AB

18 aprel
.

Prezident Cinayət-Prosessual Məcəlləyə dəyişikliyi təsdiqlədi

Üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi proseduru müəyyənləşib. APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət-Prosessual Məcəlləyə dəyişiklikdə əksini tapıb. Cinayət-Prosessual Məcəlləyə yeni - 253-1-ci maddə əlavə olunub. Beləliklə, qanuna əsasən, üzərinə həbs qoyulmu

19 aprel
.

Prezident: "Rusiya ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk"

"Rusiya rəhbərliyinin, hökumətinin və ictimaiyyətinin Heydər Əliyevin əziz xatirəsinə ehtiramını yüksək qiymətləndiririk". AZƏRTAC xəbər verir ki, bu fikri aprelin 22-də Prezident İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putin ilə təkbətək görüşdə deyib. "Baykal-Amur magistral

22 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Azərbaycan Prezidenti: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"

"Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir". AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında söyləyib. "Biz Qarabağd

16 aprel
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19 aprel