Bir ayağı amputasiya olunmuş Xalq artistindən məyusedici xəbər
"Həkimlər ümid verirlər ki, ortopedik ayaqqabı ilə yenidən gəzə bilər"
"Hazırda özünü yaxşı hiss edir. Mütəmadi olaraq həkim və tibb bacısı evə gələrək son durumu ilə maraqlanır, sarğısını dəyişirlər. Hazırda yaranın sağalma prosesi gedir".
Sonxeber.az bildirir ki, bunu ötən ay ayağında yaranan qanqerenə görə əməliyyat olunan Xalq artisti Ramiz Əzizbəylinin qızı Xədicə Əzizbəyli Sputnik Azərbaycan-a açıqlamasında deyib.
X.Əzizbəyli onu da bildirib ki, Xalq artistinin ikinci ayağına da stend qoyulacaq: "Hər iki ayaqda damar tıxanıqlığı vardı. Lakin bir ayaqda artıq qanqeren yarandığı üçün onun üzərinə daha tez düşdük. Artıq atamın sol ayağına da stend qoyulub. O biri ayağında da vəziyyət gərginləşməsin deyə, vaxtından qabaq stend qoyulmalıdır".
"Lakin stend bu tezliklə, yoxsa bir neçə ay sonra qoyulacaq, bunu hələ ki, bilmirik. Həkim baxdıqdan sonra son qərarını verəcək" – deyə R.Əzizbəylini qızı əlavə edib.
O, atasının digər xəstəlikləri - şəkər və təzyiqi ilə bağlı da danışıb: "Ayağının müalicəsi ilə bağlı olaraq paralel müalicələr qəbul edir. Bu səbəbdən hazırda şəkər və təzyiqi normaya düşüb".
Aktyorun qızı atasının sağalandan sonra gəzə biləcəyinə ümid edir: "Hələ ki yataqdadır, gəzə bilmir. Düşünürük ki, sağaldıqdan sonra gəzə bilər. Həkimlər ümid verirlər ki, ortopedik ayaqqabı ilə yenidən gəzə bilər. Ən azı addım-addım gəzə biləcəyi ilə bağlı ümidimiz var".
"Sağaldıqdan sonra öz fəaliyyətinə başlayacaq" – deyə Xədicə Əzizbəyli əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 055 3906818
Facebookda Paylaş
Unvan.az - elanlar sayti
Azərbaycanda toy günü kütləvi hal alan bu ADƏT LƏĞV OLUNUR - FOTO
Azərbaycanda "Ciyər axşamları" adətinin ləğv edilməsi təklif olunur.. . BiG.AZ xəbər verir ki, bu barədə rəsmi qəzetlərin birində dərc olunan materialda deyilir.. . Sözügedən məqaləni təqdim edirik:. . "Zaman keçdikcə adət-ənənələrin bəziləri sıradan çıxır, yeniləri yaranır. Bu, təbiidir
8 yanvar 2019Xalq artistinin bacısı qocalar evində YAŞAYIRMIŞ — FOTO
Əfsanəvi müğənni, mərhum xalq artisti Oqtay Ağayevin bacısı Zemfira Səfərova qocalar evində yaşayırmış.. Sonxeber.az-ın "Ölkə.Az"a istinadən məlumatına görə, Zemfira Səfərova dördüncü ildir ki, Bilgəh qəsəbəsində Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşayır. Əməkdaşımı
7 yanvar 2019Azərbaycanlı modeldən sevgilisinə dəniz kənarında evlilik təklifi - VİDEO
Model İgo Guseinov (İqaməddin Hüseynov) sevib-seçdiyi bloqqer Leyla Muradlıya evlilik təklifi edib. . . Sonxeber.az BAKU.WS-a istinadən xəbər verir ki, dəniz kənarında baş tutan mərasim rəngarəng görüntülərlə yadda qalıb. . . Çox xoşbəxt görünən cütlük bir-birilərinə sevgilərini etiraf ediblər. . .
6 yanvar 2019Tahir İmanov: Heç bir sosial şəbəkədə profilim yoxdur
Feysbuk sosial şəbəkəsində əməkdar artist, məşhur aktyor, rejissor Tahir İmanovun saxta profili yaradılıb.. . Bu haqda Oxu.Az-a Tahir İmanov özü məlumat verib.. . "Mən rəsmi olaraq bəyan edirəm ki, mənim heç bir sosial şəbəkədə profilim yoxdur, - deyə Tahir İmanov bildirib. - Mən Feysbuk sosia
6 yanvar 2019Ramiz Əzizbəylinin qızı danışdı: "Həkimlər 12 gün vaxt qoydular..."
"Atamın digər ayağında da damar tıxanmaları var". . Xalq artisti Ramiz Əzizbəylinin ayağında olan xəstəlik digərinə də keçə bilər.. . Bunu AzNews.az-a aktyorun qızı Cəlalə Əzizbəyli deyib. O, bildirib ki, aktyorun digər ayağında da problem yaranıb:. . "Ramiz müəllim hazırda yaxşıdır. Həkimlə
4 yanvar 2019