"Amerikanı gicbəsər, səfeh idarə edir, vəziyyət çox təhlükəlidir..." - Aktyor Robert De Niro

"Amerikanı gicbəsər, səfeh idarə edir, vəziyyət çox təhlükəlidir..." - Aktyor Robert De NiroAmerikalı məşhur aktyor Robert De Niro son 10 ildə iyirmidən artıq tammetrajlı filmə çəkilib. Onun həmtəsisçisi olduğu Tribeca Film Festivalı artıq 18-ci ilinə keçib.Aktyor həm də populyar "Saturday Night Live" proqramında Robert Mülleri (Prezident Donald Trampın seçki kampaniyasının Rusiya ilə mümkün işbirliyini araşdıran xüsusi prokuror – red.) oynayır.

Onun Manhettenin mərkəzindəki Bob Rou adlı yerdə, Tribeca Film Mərkəzi yaxınlığında iki şərikli restoranı da var: Nobu və Tribeca Grill.

Oktyabrın 25-də məhz onun həmin bu mərkəzdəki ofisinə içində bomba olan bağlama gəlmişdi. O günlərdə tanınmış demokratlara və prezidentin tənqidçilərinə belə bağlamalar göndərilirdi.

"O qədər başdanxarab adam var ki. Bu qədər pis örnək olan və pis davranış göstərən insanla (prezident nəzərdə tutulur – tərc.) ölkənin vəziyyəti indi çox dəhşətlidir. Mən bu pis yuxunun bitməsini gözləyirəm", – aktyor "New Yorker" jurnalına müsahibəsində deyir.

"O elə bilir ki, qoçudur. Ancaq o gicbəsərdir. Mən bunu əvvəl də demişəm. Özü də açıq demişəm. Özü də onun başqa adamlar, onların əzvay olması, … haqda dediyi hər şeyi, bütün o pis sözləri – o əslində özü haqda deyir. Mən bilmirəm onun valideynləri ona nə ediblər, onunla necə rəftar ediblər, ancaq bunların hamısı proyeksiyadır", – o deyir.

Ölkədə Trampı bəyənən çox adam həm də De Nironu sevir. Yaşlı ağdərili kişilər prezident Trampı bəyənirlər. Onlar Trampda Vito Karloeno və Jake LaMotta kimi sərt qəhrəmanlarda gördükləri xüsusiyyətləri axtarırlar. Jurnalın bu haqda sualına aktyor belə cavab verib:

"Burada fərq var. O təmsil etmir. O bunu edirmiş kimi oynamağı xoşlayır. Çox adam onun o səfeh şousuna inanıb onun müəyyən tərzdə davranacağını düşünürdü. Hətta mən bir sənədli filmdə həmin auranı, görkəmi, ofisi, təqdimatı və hər şeyi yaradan iki …yazarın "bunu biz yaratmışıq" deməsini xatırlayıram. İndi isə o, reallığa çevrilib və real qərarlar verməlidir. …Bəli, mənim yaratdığım surətlərlə oxşarlıq var. Ancaq mən aktyoram. Onlar da oynadığım surətlərdir".

Robert De Niro bir dəfə bir beysbol oyununda Trampla üz-üzə də gəlibmiş. Aktyorun uşaqları ilə gəldiyi yarışda Tramp onun oturduğu yerə gəlib, salamlaşıb və əlini sıxıb. Ancaq aktyor heç vaxt onunla görüşmək istəmədiyini deyir.

"Özəl sektora gedib hüquq şirkətində və s. daha çox pul qazana bilən respublikaçılar bunun əvəzində bu cinayətkarla bir yerdə qalmağı seçib özlərini satırlar. Onunla bir olan hər kəs ləkələnib, insanlar bunu heç vaxt unutmayacaqlar. Təkcə (müdafiə naziri Ceyms) Mattis bir az normal idi, o da o gün Meksika sərhədinə gedib Panço Villa nağılı danışmağa çalışıb (Söhbət 100 il öncə prezident Vilsonun Panço Villa adlı meksikalı inqilabçının qüvvələrini sərhəddə saxlamasından gedir. – tərc.) Mənə pis təsir etdi, çünki ona böyük hörmətim var, hamımızın hörməti var.

…Mən onu qınamıram. Onun getməsi (Mattis vəzifəsindən istefa verib) təhlükəlidir. Bu ölkə böhran içindədir. Ölkəni bir səfeh idarə edir. Mattis kimi bir adam gedirsə, biz çox şeydən narahat olmalıyıq. Mən bizim bu adamla daha iki il necə davam edəcəyimizi təsəvvür etmirəm".

Müşahidəçilər Robert De Niroya bomba göndərilməsini onun Tony mükafatının təqdimetmə mərasimində Trump haqda işlətdiyi sözlərlə əlaqələndirirlər.

Aktyor bunun planlaşdırılmadan, bədahətən baş verdiyini deyir.

"Məncə, daha çox insan ona qarşı ucadan danışmalı və bu mövzuda nəzakətli olmamalıdır. Mən Tribeca-da dedim ki, bu mövzuda nəzakətli olmaqdan yorulmuşam", – o deyir. ("Azadlıq" radiosunun xülasəsi)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1623   Tarix: 09 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiyada bankomatı partladıb içindəki pulları apardılar - VİDEO

Rusiyanın Omsk şəhərindəki "Sberbank"ın filiallarından birinin bankomatı partladılıb. Bu barədə RT məlumat yayıb. Hadisə zamanı bankomat partladılsa da, xəsarət alan olmayıb. Faktla bağlı "külli miqdarda oğurluğa cəhd" maddəsi ilə cinayət işi açılıb. Bildirilir ki, bankomatı partlada

17 aprel
.

Dünyanın sonundan qorxub ofisianta külli miqdarda bəxşiş verdi

ABŞ-da bir restoranın müştərisi ofisiant üçün böyük bir bəxşiş qoyub. Bu barədə onun dostu Reddit platformasında məlumat yayıb. xarici KİV-ə istinadla bildirir ki, istifadəçilərdən biri aprelin 8-də baş vermiş son Günəş tutulması ilə bağlı qeyri-adi hekayəni paylaşıb. Məlumata əsasən, müştəri müntəzə

18 aprel
.

32 şagird toyuq ətindən zəhərləndi

32 şagird toyuqdan zəhərlənib. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Belə ki, orta məktəbinin 32 şagirdi "kermes" günündü yedikləri toyuq və düyüdən zəhərlənib. Şagirdlər xəstəxanaya aparılıb. Hazırda müalicə olunurlar. Onların həyati təhlükəsinin olmadığı öyrənilib

19 aprel
.

Kişi əqrəb yeyib özünü öldürdü

Türkiyədə əqrəb yeyən kişi ölüb. Türkiyə mediasına istinadən xəbər verir ki, Kayserinin Hasancık kəndində yaşayan 56 yaşlı Bilal Yiğit depressiyaya düşməsi nəticəsində 2 əqrəb yeyib. Avtobusla Artvinə gedən Bilal Yiğitin Samsunda avtobusda ikən vəziyyəti pisləşib. Xəstəxanaya aparılan Yiğit 2 əqrəb yediyin

18 aprel
.

İsveçdə cinsiyyətin dəyişdirilməsi üçün yaş həddi dəyişdirildi

İsveç Parlamenti, biri cinsiyyətin dəyişdirilməsi üçün minimum yaş həddi 18-dən 16-ya endirilən və digəri isə əməliyyata girişi asanlaşdıran iki yeni qanun qəbul edib. -ə istinadən xəbər verir ki, İsveç Parlamentində altı saat davam edən qızğın müzakirələrdən sonra qanun layihələri lehinə 234 səs, Riksdaqdak

18 aprel
.

Telefon yanıb sahibini öldürdü

Rusiyanın Perm şəhərində mobil telefon evdə yanğına səbəb olub. yerli KİV-ə istinadla xəbər verir ki, Raboçe-Krestyanskaya küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının mənzilində mobil telefon kortəbii alışıb. Nəticədə 72 yaşlı kişi xəsarət alıb. O, daha sonra xəstəxanada dünyasını dəyişib. "İlki

17 aprel
.

Rəsmi sənədləri saxtalaşdırma: Həkim saxta arayış düzəldib, tətilə getdi

Saxta arayış alıb tətilə gedən fizioterapevtin 15 il həbs edilməsi tələb olunub. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin Konya şəhərində baş verib. Belə ki, Prokurorluq 4 günlük sağlamlıq arayışı alaraq tətilə gedən 37 yaşlı fizioterapevtə 15 ilə qədər həbs cəzası istənilib. Ağır Cinayətlə

17 aprel
.

Vanqa illər öncə İran və İsrail haqda bunu demişdi - Daha nələr olacaq?

"Balkanların Nostradamusu" kimi tanınan Baba Vanqanın 2024-cü il üçün sadaladığı kəhanətlərdən daha biri doğru çıxıb. Gəlin, onun üçüncü dünya müharibəsi haqqında dedikləri və bunun İran və İsrail arasında münaqişənin kəskinləşməsi ilə hansı əlaqəsinin olduğuna nəzər salaq. Vanqanın İran v

18 aprel
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

18 aprel