Qışda xəstələnməmək üçün BUNLARI EDİN - Məşhur professordan VACİB XƏBƏRDARLIQ
Türkiyəli professor və kardioloq Canan Karatayın sözlərinə görə, qış xəstəliklərindən qorunmaq üçün sadəcə qidalanmaya deyil, həyat tərzinə də diqqət etməliyik.
Milli.Az xəbər verir ki, o, qış aylarında kələm, gül kələm, turp, çiy yerkökü, soğan və sarımsağa daha çox üstünlük verməyi tövsiyə edib. Qış aylarında hər gün 20-30 dəqiqə yürüşə çıxmağı məsləhət görən Karatay bədənin xəstəliyə qarşı müqavimətini artırmağın yollarını izah edib:
"Qışda mən kələm, gül kələm, turp, xiyar, soğan və sarımsaq yeyirəm, bunlar prebiotiklərdir. Prebiotiklər bağırsaq mikroflorasını normasına salan faydalı mikroorqanizmlərdir. Prebiotiklər bağırsaqlardakı faydalı bakteriyaları qidalandırmaqla onları çoxaldır. Probiotik bakteriyalar isə canlı bakteriyanı ehtiva edən qidalardır, onlar bədənə daxil olmalıdırlar".
İçdiyiniz suya 1 çay qaşığı dəniz duzu əlavə edin
Xaş ilə qarın şorbası içməyi tövsiyə edən professor sözlərinə belə davam edib:
"Qış xəstəliklərindən qorunmaq sadəcə qidalanmadan asılı deyil, həyat tərzinə diqqət etmək də əhəmiyyət kəsb edir. Odur ki, hər gün 20-30 dəqiqə piyada gəzin. Əllərinizi çox yaxşı yuyun, xaş və qarın şorbası yeyin. Kənd yumurtasından yeyib qaynadılmış sümük suyu için. Bir stəkan suya bir çay qaşığı dəniz duzu əlavə edib qarışdırın. Qələvi halına gətirilmiş su daha faydalıdır. Eyni zamanda qış boyunca dəniz duzu ilə qarışdırılmış suyu səhər, axşam burnunuza töküb qarqara edin".
Həkim bildirib ki, B12 vitamini çatışmazlığını aradan qaldırmaq üçün içalat yemək lazımdır:
"Bəzi vitaminlərin çatışmazlığı varsa, həkim müayinəsindən keçmək lazımdır. Orqanizmin sağlam olmasında əsasən D, B12 və və digər B vitaminləri böyük rol oynayır. B12 vitamini çatışmazlığı varsa, içalat, sümük suyu və kəllə-paça yeyin. Bunlar orqanizmin müqavimətini gücləndirir".
Bədəndə 8 trilyon mikrob var
Xəstəliklərin bədən müqaviməti düşəndə ortaya çıxdığını deyən Karatay orqanizmdə 80 trilyon mikrob olduğunu qeyd edib:
"Bu mikroblarla birlikdə yaşayırıq, amma bədənin müqaviməti qırıldığı zaman mikroblar alovlanır, bütün xəstəliklər də buradan başlayır.
12 il Amerikada qaldıq, heç vaxt hamburger yemədim, yemərəm də. Ənənəvi köhnə üsulla qidalanırıq. Amerikada özüm evdə qatıq mayalayırdım. Xəstələnməmək üçün təbii probiotik ehtiva edən ev qatığı və ev sirkəsi istifadə edin. Hamburgerin içi trans yağlarla doludur. Ürək xəstəlikləri, iflic, xroniki degenerativ xəstəliklərin, xüsusilə qaraciyər yağlanması, üzdəki sızanaqlarının səbəbi trans yağlardır". (publika.az)
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq Baxılıb: 1445 Tarix: 10 yanvar 2019
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşPeyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI
Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima
12 sentyabr 2021Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!
Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar
13 sentyabr 2021Beyin üçün zərərli qidalar açıqlandı
Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl
17 sentyabr 2021Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı
Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -ya istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu
12 sentyabr 2021Məşhur alimdən daha bir İNANILMAZ TÖVSİYƏ: Ağsaqqallar zeytun yağı içərsə...
a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Aydın şəhərində keçirilən "Zeytun Yağı Günləri" proqramında qonaq olan professor Canan Karatay deyib. Aydın Böyükşəhər bələdiyyə sədri Özlem Çerçioğlu ilə fincana zeytun yağı töküb içən kardioloq bildirib ki, zeytun yağı təbiətin bəxş etdiy
16 sentyabr 2021Vitamin və minerallarla zəngin QİDALAR
Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan -a bildirilib ki, gündəlik qida rasionda super qidaların istehlakına üstünlük verilməs
11 sentyabr 2021Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...
Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın
15 sentyabr 2021Yuxusuzluq bu ağır pozulmaların riskini artırır
European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir
15 sentyabr 2021