Paşinyanın QARANLIQ GƏLƏCƏYİ: Putin, Nazarbayev və Lukaşenko anladı ki...

Paşinyanın QARANLIQ GƏLƏCƏYİ: Putin, Nazarbayev və Lukaşenko anladı ki...2019-cu ildə KTMT-nin yeni baş katibliyinə kimin təyin olunmasından asılı olmayaraq, Nikol Paşinyanla bağlı Moskvada uyğunsuz tərəfdaş, hər şeyin gözlənilməsinin mümkün olduğu obrazı yaranıb. Rusiya mətbuatına danışan məmurlardan biri Paşinyanın sistem adamı və dövlət xadimi olmadığını deyib.

Bəs Paşinyanın təşkilat tərəfdaşlarında belə təəssürat yaratmasının səbəbi nədir?

Bu səbəbləri Publika.az-a politoloq Qabil Hüseynli açıqlayıb.

Politoloq bildirib ki, Nikol Paşinyanın beynəlxalq aləmdə nüfuz qazanmamasının səbəbləri odur ki, demokratik şüarlarla, "Məxməri inqilab"ın şüarları ilə hakimiyyətə gəlib, amma rejimin formasının dəyərlərini özündə əks etdirə bilmir:

"Yəni onun dediyi fikirlərlə praktik addımlar arasında həddən artıq böyük fərq var. Bu, bəlkə də, Ermənistan cəmiyyətinə aydın deyil. Amma müəyyən dövr keçəndən sonra şəxsiyyət, siyasi xadim kimi nə qədər cılız olduğu və davranışlarında nə qədər bəsitlik gizləndiyini görəcəklər. Rusiya, Belarus, Qazaxıstan prezidentləri çox təcrübəli insanlardır və onlar Nikolun hansı səviyyəyə, dünyagörüşünə, siyasi təcrübəyə malik olduğunu ilk görüşdən də anlayıblar. Qazaxıstan və Belarus üçün Paşinyanın əhəmiyyəti və dəyəri o qədər də böyük önəm kəsb eləmir. Amma Rusiyanı maraqlandırır. Hər zaman Ermənistanın dəstək verdiyi, arxasında durduğu və dövlət kimi formalaşmasında, dövlət formasının qorunub saxlanmasında böyük rolu olan Rusiya indi başqa proqnozlar üzərində düşünür. Rusiya hesab edir ki, onun müdafiə etdiyi bir ölkə naxələf çıxa bilər, öz böyük qardaşının üzünə ağ ola bilər. Öz xalqını da başqa istiqamətə çəkib gözlənilməz addımlara məruz qoya bilər. Bu mənada, Paşinyanın işinə birbaşa müdaxilə etməyi düşünməsə də, Rusiyada kifayət qədər həyəcan var.

İndi Rusiyanın da vəziyyəti kifayət qədər düşündürücüdür. Xüsusilə, son zamanlar prezident Vladimir Putinin reytinqinin kəskin şəkildə aşağı düşməsi onu narahat edir. Rus cəmiyyətinin xarakterini yaxşı bilən Putin isə müəyyən lokal müharibə, yaxud bəlli bir ölkəni udub öz içində əritmək haqqında düşünür ki, nüfuzunu bərpa etsin. Üzdə Belarusla yaxşı münasibətləri olduğu görünən Rusiyanın, əslində, bu ölkəni öz tərkibinə qatması haqqında mediada iddialar səsləndirilir. Hər halda, Putin yaxşı başa düşür ki, cəmiyyətin rifah halını birdən-birə yaxşılaşdıra bilməz. Kəskin islahatlara gedə bilməz. Bu nöqteyi-nəzərdən Putin militarist addımlarla rus xalqını məmnun etməyə çalışır. Əgər bu məsələ mətbuat səviyyəsində müzakirə edilirsə, demək bu məsələlər ətrafında cəmiyyəti də, siyasi elitanı da düşündürən məqamlar var. Putin bu eksperimentini Belarus və Ukrayna üzərində, həmçinin Ermənistan kimi cırtdan bir ölkə üzərində də həyata keçirə bilər. Rusiya bu missiyanı Ermənistana təhdid formasında istifadə edə bilər".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2191   Tarix: 10 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanlı deputat Avronest PA-nın komitə sədri seçildi

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib

20 mart
.

Sahibə Qafarova Simonyanla görüşəcək

Bu gün Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri görüşəcək. Ölkə.az xəbər verir ki, Sahibə Qafarova və Alen Simonyanın görüşü Cenevrədə baş tutacaq. Bu haqda Ermənistan parlamentinin mətbuat katibi Nelli Qulyan məlumat yayıb

22 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

Azərbaycan XİN Rusiyadakı silahlı hücumu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyaya başsağlığı verib. "Report" xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib. "Moskvada "Krokus siti holl" konsert kompleksinə edilmiş dəhşətli hücumu qətiyyətlə pisləyirik. Günahsız qurbanların ailələrinə, eləcə də Rusiy

22 mart
.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27 mart
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart
.

Paşinyandan Qarabağla bağlı daha bir ETİRAF

Ermənistan prezidenti Nikol Paşinyan bildirib ki, Ermənistan Dağlıq Qarabağda mühacirətdə olan heç bir hökuməti tanımır. -a istinadən xəbər verir ki, bu cür bəyanatlar milli təhlükəsizliyə təhdiddir

28 mart
.

Prezident: "Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram"

"Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətil

18 mart
.

Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN

Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb. APA xəbər verir ki, bu, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Avtomobil yolları haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Nazirlər Kabinetini

28 mart