"Guya, Mehman həbsdən çıxıb neyləyəcək?" — Siyavuş Novruzov

"Guya, Mehman həbsdən çıxıb neyləyəcək?" — Siyavuş Novruzov"Mən həmişə demişəm ki, açın, buraxın bunları. İlqar Məmmədovla bağlı yazırdılar. İlqar Məmmədov çıxıb, hə, neyləyir ki?"

Sonxeber.az xəbər verir ki, bu sözləri "Yeni-Müsavat"a müsahibəsində YAP-ın icra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov deyib.

O, Mehman Hüseynovla bağlı son günlər baş verən proseslərə də münasibət bildirib:

"Vallah onun həbsdə saxlanılması... Guya o, həbsdən çıxıb neyləyəcək? Hüquqi dövlətdir. Ancaq elə məsələ var ki, insanları pis tərbiyə edir, insanları qanunu pozmağa, qanunun aliliyini tapdamağa yönəldir. YAP, AXCP, Müsavat, ADP, ya başqa təşkilatların üzvü olsun, fərqi yoxdur, qanunu pozmamalıdır. Düşünməməlidir ki, bu partiyanın üzvüyəmsə, qanun məni qoruyacaq. Xeyr! Qanun hamı üçün birdir, müəllim üçün də, həkim üçün də, jurnalist üçün də, blogger üçün də!

Xaricdə oturanlar Dilqəm haqqında bircə yazı yazmır. Hansı ki, ermənilər Azərbaycanın ərazisində ona ömürlük cəza veriblər və nə qədər işgəncələrə məruz qalır. Bir nəfər onunla bağlı yazı yazmır. Amma birdən-birə nə oldu Mehmana? Dilqəm öz torpağına, Kəlbəcərə ata-babasının qəbrini ziyarət etməyə getmişdi. Lakin "Washington Post"da, digərində bir adam onun məsələsini qaldırmır.

Kimliyindən asılı olmayaraq, dünyada ən mühüm hüquq mülkiyyət hüququdur. Bir misal çəkim: Peyğəmbərin əmisi Abbas var idi. Onun Məkkənin yanında torpağı var idi. Yığışıb dedilər ki, sən bu torpağı satmalısan. Razılaşmadı. Qazilər Şurası yığışdı, Abbasın xeyrinə qərar verdi ki, bura onun şəxsi mülkiyyətidir. Abbas ondan sonra ərazini bağışladı. Dedi, mən birinci hüququmu təsdiq etmək istəyirdim. Hər kəsin mülkiyyət hüququ var. Biri halal, digəri haram yolla qazanır. Amma haram yolu ilə qazananı ver məhkəməyə. Biri Rusiyada bizneslə məşğul olub, gəlib özünə ev tikib, sənə kim hüquq verir ki, həmin şəxsin mülkiyyətinə toxunasan? Yaxud deyir mən bloggerəm, jurnalistəm. Bunu hamı deyir. Birini işdən çıxarırlar, səhər deyir mən hüquq müdafiəçisiyəm. Onda mən də elan edirəm: ABŞ prezidentiyəm. Olur belə bir şey? Bu, bir sənədlə müəyyənləşməlidir də. Nə oldu, dünən prokurorluqda işləyirdin, bu gün oldun hüquq müdafiəçisi? Hava dəydi, yağış yağdı, oldun hüquq müdafiəçisi?"


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2741   Tarix: 10 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyevadan Füzuli Beynəlxalq Hava Limanı ilə bağlı paylaşım

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Prezident İlham Əliyevlə birlikdə Füzuli Beynəlxalq Hava Limanında görülən işlərlə tanışlıqla bağlı paylaşım edib. xəbər verir ki, Birinci vitse-prezident bu barədə özünün instaqram səhifəsində fotolar paylaşıb. "Prezident İlha

29 avqust 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Rüstəm Muradov nə ilə yadda qaldı? - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin komandanı olan general-leytenant Rüstəm Muradov xidməti vəzifəsini başa çatdırdı. Hələ may ayından söyləntilər gəzirdi ki, onun yerinə general-mayor Aleksey Avdeyev gətiriləcək. Lakin a

7 sentyabr 2021
.

Ərdoğan Azərbaycanla imzalanan vacib sənədləri təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanla imzalanmış bəzi Sazişləri təsdiqləyib. Bunlar- 25 fevral 2020-ci ildə Bakı şəhərində imzalanmış "Türkiyə Cümhuriyyəti Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında Enerji və Mədənçilik Sahələrində Əməkdaşlıq Haqqında Saziş", 31 oktyab

4 sentyabr 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

Azərbaycan yeni anti-terror əməliyyatı həyata keçirə bilərmi? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Şuşa istiqamətində ermənilərin həyata keçirdiyi təxribat, onların itki verib, geri çəkilməsi ilə yekunlaşdı. Həmin hadisədən sonra Azərbaycan dövlətinin Şuşa və ətraf bölgələrdə yerləşən qanunsuz erməni silahlı birləşmələri üzərində anti-terror əməliyyatı aparması məsələs

4 sentyabr 2021