Türkiyəni fətva ilə vuracaqlar: 4 dövlətin XAİN PLANI ORTAYA ÇIXDI

Türkiyəni fətva ilə vuracaqlar: 4 dövlətin XAİN PLANI ORTAYA ÇIXDIABŞ-ın çətiri altında Suriyaya hərbi birliklər göndərən, amma istədiklərini əldə edə bilməyən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir fətvadan istifadə etməyə başlayıb.

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, bu ölkələrdən maliyyə dəstəyi alan "Heyət Təhrir üş Şam" (HTS) təşkilatı Türkiyənin Suriyadakı müttəfiqi Azad Suriya Ordusunu "mürtəd" (dinindən dönən – red.) elan edərək İdlibə hücumlarını artırıb.

İdlib şəhərində terror-aktları həyata keçirən təşkilat şəhər ətrafındakı kəndləri ələ keçirib. Rusiya və Türkiyə arasında imzalanan Soçi razılaşması ilə təhlükəsiz zona elan edilən vilayətə hücumların artması bu iki ölkə ilə yanaşı, İranın da yer aldığı Astana formatına zərbə hesab olunur.

"Yeni Şəfəq" nəşrinin yazdığına görə, ABŞ-ın planlarına uyğun olaraq hərəkətə keçən güclər Münbiç və Fəratın şərqində əməliyyata hazırlaşan Türkiyənin diqqətini Fəratın qərbinə - İdlibə çəkmək, Rusiyanın dəstəklədiyi Bəşər Əsəd rejiminin bölgəyə hücumlarına zəmin yaradaraq Türkiyə-Rusiya ittifaqını, bununla da Soçi razılaşmasını pozmaq, Türkiyəni növbəti qaçqın dalğası ilə vurmaqdır.

Məlumata görə, ABŞ-PKK ittifaqı tərəfindən İdlibə göndərilən yüzlərlə İŞİD-şi hazırda "Heyət Təhrir üş Şam"ın sıralarında döyüşür. Bu vəziyyət isə İdlibdə genişmiqyaslı terror aktları və təxribatlara yol açır.

Qeyd edək ki, hazırda Soçi razılaşmasına uyğun olaraq Türkiyə İdlib vilayətində nəzarət-müşahidə məntəqələri qurub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1585   Tarix: 10 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

HƏMAS lideri: "Türkiyə Qəzza üçün qarant ölkə olmalıdır"

Rusiya, Misir, Qətər və Türkiyə Qəzza zolağının təhlükəsizliyinin təminatçısı olmalıdır. Bu açıqlama ilə Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə çıxış edib. O, "A Haber" telekanalına müsahibəsində bildirib ki, HƏMAS-ın bu məsələdəki tələbləri qüvvədə qalır. "Bi

21 aprel
.

"Patriot"lar, qırıcılar lazımdır, kömək edin - Zelenski

"Patriot" zenit-raket sistemləri yalnız hərəkətdə olduqda hava hücumundan müdafiə sistemləridir. Müasir qırıcılar indiki nəsillərin övladlarının və nəvələrinin sülh və əmin-amanlıq içində yaşayıb-yaşamayacağına qərar verildiyi yerdə lazımdır. -a istinadən bildirir ki, bunu Ukrayna Prezident

21 aprel
.

Qadın salonunda iyrənc hadisə! 14 yaşlı uşağa təcavüz etdi

Qadın salonunda 46 yaşlı kişi saç ustasının yanında işi öyrənən 14 yaşlı uşaq cinsi istismara məruz qalıb. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyədə baş verib. Qadın gözəllik salonunda işləyən 14 yaşlı qız ailəsinə müəssisənin sahibinin ona cinsi təcavüz etdiyini və zorla mesajlar göndərdiyin

23 aprel
.

Məktəbə getmək üçün evdən çıxan 15 yaşlı qız iki gün sonra TAPILDI

İki gündür xəbər alınmayan 15 yaşlı qız tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə 2 gündür axtarılan 15 yaşlı qız polis tərəfindən parkda tapılıb. Əldə edilən məlumata görə, Kırıkkaledə yaşayan 9-cu sinif şagirdi cümə axşamı səhər saatlarında bir müddətdir qaldığı bacısının evində

23 aprel
.

İsrail "HƏMAS"a qarşı hərbi və siyasi təzyiqləri artırmaq niyyətindədir

İsrail yaxın günlərdə Fələstinin radikal "HƏMAS" hərəkatına qarşı hərbi və siyasi təzyiqləri artırmaq niyyətindədir. "Report" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib. "Yaxın günlərdə biz HƏMAS-a hərbi və siyasi təzyiqləri artıracağıq, çünki bu, girovlarımız

21 aprel
.

Yeniyetmə anasına qışqıran atasını bıçaqlayıb QAÇDI

Türkiyənin Bursa şəhərində yeniyetmə anasına qışqıran atasını bıçaqlayıb. xarici mediaya istinadən xəbər verir ki, Baş verən davada 16 yaşlı gənc anasına qışqıran atasına bıçaqla xəsarət yetirib. Hadisə saat 23:00 radələrində evdə baş verib. 42 yaşlı ata və 38 yaşlı ana arasında evdə mübahisə baş verib

23 aprel
.

Hind bayramı niyə Ginnesin Rekordlar Kitabına salındı? - Sərvət ilahəsi...

2023-cü ilin 12 noyabr tarixində keçirilən Hindistanın əsas bayramı Divali Ginnesin Rekordlar Kitabına salınıb. -ın xəbərinə görə, həmin gün 2,2 milyondan çox yağ lampası yandırılıb. Bundan əlavə, çıraqlar şəhərin 50-dən çox yerində yandırılıb. Hinduların inancına görə, həmin yerlər tanrı Ramın doğulduğ

22 aprel
.

Nigeriyada yol qəzalarında 24 nəfər ölüb, onlarla insan yaralanıb

Nigeriyanın şimalındakı qonşu Kaduna və Kano əyalətlərində baş verən iki ayrı yol qəzasında 24 nəfər ölüb, 56 nəfər yaralanıb. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. Nigeriyanın Milli Yol Təhlükəsizliyi İdarəsinin Kaduna əyaləti üzrə direktoru Kabir Nadabo sürətlə hərəkə

21 aprel
.

Almaniyada avtobus qəzasında azı 27 yeniyetmə xəsarət alıb

Almaniyada avtobusun qəzaya uğraması nəticəsində 14-15 yaşlı azı 27 məktəbli xəsarət alıb, onlardan 4-ü ağır yaralanıb. "Report" xəbər verir ki, bu barədə polisin məlumatında deyilir. Hadisə Almaniyanın qərbindəki Zauerland bölgəsində A45 avtomobil yolunda baş verib. Naməlum səbəbdən ikimərtəbəl

21 aprel