Dünyanın ən zəngin 20 mafiya lideri: milyardlar, lüks həyat, həbsxana...

Dünyanın ən zəngin 20 mafiya lideri: milyardlar, lüks həyat, həbsxana...Bu günə qədər dünyanın ən zəngin 20 qanqsterinin siyahısı açıqlanıb. Həmin avtoritetlər narkotik maddə qaçaqçılığı və digər müxtəlif cinayətlərdə günahlandırılsalar da, sərvətlərini qorumağı bacarıblar.

Sonxeber.az musavat.com-a istinadən dünyanın ən zəngin 20 mafiozunu təqdim edir:

1. Davud İbrahim. Onun sərvətinin Usamə bin Ladeninkindən 10 dəfə çox olduğu deyilir. Davud İbrahim 63 yaşındadır, hindistanlı qanqsterdir. Məlumata görə, hazırda o, Pakistanın Kəraçi şəhərində lüks bir sığınacaqda yaşayır. Davud İbrahim dünyadakı heroin qaçaqçılığının 75 faizinə nəzarət edir. Heroindən başqa onun həmçinin almaz, qızıl və mülk ticarətlərindən də qazanc əldə etdiyi bildirilir.

2. Pablo Emilio Eskobar - 30 milyard dollar. Qeyd edək ki, kolumbiyalı narkotik qaçaqçısı olan Eskobar barəsində çoxlu sayda film və serial çəkilib. Mafiya lideri 1993-cü ildə öldürülüb.

3. Al Kapone - 100 milyard dollar. Məlum olduğu kimi, Alfonse Kapone italyan əsilli mafiya lideri olub. O, 1920-1933-cü illərdə ABŞ-da alkoqol qadağasından sonra böyük sərvət qazanıb.

4. Frank Lukas - 52 milyard dollar. O, 1960-ı illərin sonu, 1970-ci illərin əvvəllində Harlemdə narkotik maddə satıcılığı və mütəşəkkil cinayətkarlıq təşkilatına liderilk etmiş qanqsterdir. Lukasın ən uğurlu işi narkotik ticarətində arada olan vasitəçiləri ləğv edərək Şərqi Asiyadan birbaşa narkotik maddə alması olub.

5. Amado Karillo Fuentes - 25 milyard dollar. Fuentes çox maraqlı hobbilərə, peşələrə malik adam olub. O, gizlənmək üçün üzdəyişdirmə əməliyyatı belə keçirib. Fuentes geniş narkomafiya şəbəkəsinə eyni anda bağlı olan, Amerikaya 4 qat daha çox kokain keçirə bilən meksikalı idi. O, "Göylərin əfəndisi" ləqəbi ilə tanınırdı. Bunun səbəbi var idi, belə ki, Fuentes radara yaxalanmamaq üçün yüksəklikdə uçurduğu reaktiv təyyarələrlə Amerikaya tonlarla kokain keçirə bilirdi. Bununla da ən çox axtarılanlar siyahısına düşən Fuentes Kuba və Rusiyada da öz bəxtini sınamağa başlayıb. Lakin burada çox da dayana bilməyən mafiya lideri Meksikaya dönmək qərarına gəlir. Bu, onun üçün təhlükəli olduğundan üzdəyişdirmə əməliyyatına girir. Lakin əməliyyat uğurlu keçmir, Fuentes elə əməliyyat masasında ölür.

6. Bernard Madof - 820 milyon dollar. Bernard Madof fırıldaqçı, sabiq investisiya məsləhətçisi, maliyyəçi olan məhkum olub. O, ABŞ tarixində ən məşhur maliyyə fırıldaqçısı hesab olunur.

7. Viktor Bout - 6 milyard dollar. 51 yaşlı Bout silah qaçaqmalçılığı ilə bu sərvəti toplaya bilib.

8. Alen Stanford - 2 milyard dollar. 2012-ci isə Alen Stanfordun qara pulların yuyulması və digər cinayət işlərində əməli təsdiq edilib.

9. Leona Helmsley - 2 milyard dollar. "Ortalamanın kraliçası" ləqəbini qazanan Leona əmlakçı əri Hari Helmsleylə bilrikdə bir mülk imperatorluğu qurub. 1992-ci ildə qaçaqmalçılıqla məşğul olduğu üçün 18 ay həbs cəzası alıb.

10. Denis Kozlovski - 600 milyon dollar. Kozlovski 1999-2002-ci illərdə işlədiyi şirkətdən yüz milyonlarla dollar qaçırıb, 25 il həbs cəzası alıb. O, qaçırdığı pulları lüks yaşayış həyat tərzinə, Nyu Yorkda lüks evlərə xərcləyib.

11. Joze Figuera Aqosto - 100 milyon dollar. Aqosto narkotik satıcısı kimi dəfələrlə həbs olunub.

12. Corc Cunq - 100 milyon dollar. Heroin qaçaqmalçısı olan Cunq ötən əsrin 80-ci illərində böyük sərvət qazana bilib. Baş rolları Coni Dep və Penelope Kruzun oynadığı "Blow" filmi tam olaraq onun həyatına həsr edilib. Zamanında Corc Cunq heroini Amerikya keçirərək buradakı narkotik ticarətinin 85 faizini nəzarətində saxlayıb.

13. El Çapo - 1 milyard dollar. O, narkotik ticarətçisi olub. 2014-cü ildə dövlət gücləri tərəfindən həbs edilsə də, çox qısa müddətdən sonra həbsxanada 1,5 km uzunluğunda tunel qazdıraraq, oradan qaçmağı bacarıb.

14. Lusi Lusiano - 105 milyon dollar. Lusi siciliyalı qanun qaçağı olub. O, ABŞ-da modern cinayət təşkilatlarının atası hesab olunub.

15. Kennez Lay - 90 milyon dollar. O, 2006-cı ildə Texasdakı ən məşhur vasitəçilik qurumu olan "Enro"nun iflasında günahlandırılıb.

16. Semyon Mogileviç - Miqdarı bilinməyən sərvət. Ukraynalı yəhudi ailəsində dünyaya gələn bu qanqster "liderlərin lideri" adlandrılıb, zamanında ən təhlükəli avtoritet hesab olunub. 1970-ci ildə rus mafiyasının başına keçib.
Mogileviç əsasən işgəncələri, narkotik ticarəti, insan oğurluğu ilə məşhurlaşıb.

17. Meyer Lanski - 100 milyon dollar. Rus-yəhudi mühacir olan Meyer Lanski Bruklində yaşayıb. O, Las-Veqasda, Londra və Kubada qumar imperatorluğu qurub.

18. Toto Rina - 125 milyonluq sərvət. O, "ataların atası" adlandırılan italyan mafiya lideri olub.

19. Xun Sa - 5 milyard dollar. O, 1974-1994-cü ilə qədər tiryək qaçaqçılığına nəzarət edib. Zamanında ABŞ-da heroin ticarətindəki məhsulların hamısı Xun Sanın tarlalarında yetişdirilirdi. O, 1996-cı ildə polisə təslim olub.

20. Niki Barnes - 105 milyon. Nyu Yorkun keçmiş narkotik baronu, "toxunulmaz"ı olub. İllərlə bu şəhərdə heroin ticarətinə nəzarət edib. Lakin polis tərəfindən yaxalanaraq ömürlük həbs cəzası alıb. 1998-ci ildə isə cəzasını müddətli cəza ilə əvəz edə bilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1931   Tarix: 10 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Napoleonun baş geyimi hərraca çıxarılır

Fransa imperatoru Napoleon Bonapartın üçkünc şlyapası hərraca çıxarılır. Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Rusiya imperatoru I Aleksandrla görüş zamanı məhz həmin baş geyimində olub. Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatorun

16 sentyabr 2021
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı

16 sentyabr 2021
.

Bu ölkədə əhalinin 70 faizi vaksinin hər iki dozasını qəbul edib

Çində 1 milyarddan çox insana iki doza "COVID-19" peyvəndi artıq vurulub. "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Çin Milli Sağlamlıq Komissiyasının sözçüsü Mi Feng mətbuat konfransında bildirib. Belə ki, 1,4 milyard əhalisi olan Çində əhalinin 70 faizindən çoxu tam vaksinasiy

16 sentyabr 2021
.

Narkotik bağlaması həbsxanaya yox, uşaq baxçasına düşdü - DRONUN SƏHVİ...

ABŞ-ın Virciniya ştatında narkotik satıcıları yerli həbsxanaya narkotik bağlaması göndərmək üçün drondan istifadə ediblər. Lakin nəticə gözlədikləri kimi olmayıb. -a istinadən xəbər verir ki, narkotik dolu paket səhvən uşaq baxçasının həyətinə düşüb. Hadisə Brunsuik dairəsində baş verib. Dron isə yaxınlıqdak

18 sentyabr 2021
.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021
.

Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO

Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək

16 sentyabr 2021
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16 sentyabr 2021
.

Təqib etdiyi kişini öldürüb ətrafdakıları da yaraladı - ANBAAN VİDEO

İstanbulun Esenyurt rayonunda daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan kişi küçədə silahlı hücuma məruz qalıb. " "a istinadən xəbər verir ki, hadisə ərazidə olan təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Videoda öldürülən şəxsdən başqa hadisənin yaxınlığında olan qadının da güll

16 sentyabr 2021
.

"Məni ləyaqətsiz şəkildə öldürəcəklər" - "Taliban"ın axtardığı qadın - Video

"Taliban" hərəkatı Əfqanıstanda nəzarəti ələ keçirməzdən əvvəl fəallığı ilə məşhur olan, qadın hüquqları müdafiəsi üzrə fəal Taranom Seyidi gələcəyi ilə bağlı çox narahatdır. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hazırda "Taliban" rejimindən gizlənən Taranom Seyidi "CNN"

16 sentyabr 2021