Dilqəm Əsgərovun oğlu: "Atamı bizdən gizlədirlər"

Dilqəm Əsgərovun oğlu: "Atamı bizdən gizlədirlər"Erməni girovluğunda olan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bir ildən də çoxdur ki, atasından heç bir xəbər, məktub almadığını deyir.

Sonxeber.az xəbər verir ki, o, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları onun müraciətlərinə hər dəfə eyni cavabı verir.

"2017-ci ilin noyabrın 1-də yazılan sonuncu məktubu Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları bizə təqdim ediblər. Əfsuslar olsun ki, həmin tarixdən etibarən atamdan heç bir məktub almamışıq. Bizim onunla canlı video-bağlantı etmək istəyimiz də müsbət cavablandırılmır. Mütəmadi olaraq məsələ ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına müraciət edirəm. Müraciətlərimə cavab olaraq bildirirlər ki, "sənin atan özü məktub yazmaq, video göndərmək istəmir"", - K.Əsgərob bildirib.

"Mən buna inanmıram. Düşünürəm ki, bu, cəfəngiyyatdır. Atam yaşlı və xəstə adamdır. Yəqin, atamın səhhətində problemlər var ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ondan video gətirməyiblər. Görünür, atamın vəziyyəti o qədər pisdir ki, o, məktub belə, yaza bilmir. Ona görə də ondan məktub yoxdur" - deyə, o əlavə edib.

Dilqəm Əsgərovun oğlu, həmçinin beynəlxalq təşkilatların bu məsələyə diqqətsizliyindən gileylənib: "Mən hər dəqiqə, hər gün mətbuatı izləyirəm. Adi bir blogerə görə insanları ayağa qaldırırlar, "Washington Post" nəşri məqalə dərc edir, AŞPA və digər nüfuzlu qurumlar çağırışlar edir, amma çox təəssüflər olsun ki, öz doğma torpaqlarını ziyarət edən zaman girov düşən və işgəncələrə məruz qalan Dilqəmlə Şahbaz barədə bir nəfər olsun belə, bir kəlmə də demir".

K.Əsgərov atasının məktub yazmamasına inanmadığını israrla vurğulayıb: "Atam girov düşdükdən sonra həmişə bizə məktub yazıb. Hazırda Azərbaycanda saxlanılan erməni diversant Arsen Baqdasaryan ailəsi ilə "Skype" vasitəsilə danışmaq imkanına malikdir və o, bundan mütəmadi olaraq istifadə edə bilir. Onun saxlanılma şəraiti yaxşıdır, səhhətində heç bir problem yoxdur, ailələri ona ərzaq, paltar göndərə bilir. Lakin bizə həmin şərait yaradılmır. Mən atamın öz dilindən eşitmək istəyirəm ki, o, yaxşıdır, durur, hərəkət edir. Nəyə görə Beynəlxalq Qırımızı Xaç Komitəsinin əməkdaşları bunu yerinə yetirmir?"

O, atasından aldıqları sonuncu məktub barədə də məlumat verib: "Atam sonuncu məktubunda ona, icazə olacağı təqdirdə, bəzi ərzaqların göndərilməsini istəmişdi".

Həmsöhbətimiz daha sonra vurğulayıb ki, onun 2018-ci ildə atasının girovluqdan azad ediləcəyi ilə bağlı çox böyük ümidləri var idi: "Mən inanırdım ki, atamgil girovluqdan azad oluna bilər. Əfsuslar olsun ki, Paşinyan hökuməti Azərbaycan Respublikasının təklif etdiyi "hamının-hamıya" dəyişdirilməsi təklifindən imtina etdi. Bu məsələ hazırda Prezident İlham Əliyevin nəzarətindədir. Xarici İşlər Nazirliyi və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komitəsi bu istiqamətdə iş aparır. Lakin çox təəssüflər olsun ki, beynəlxalq qurumlar, təşkilatlar bu işlə bağlı Ermənistan tərəfinə təzyiqlər göstərmir. Ümid edirəm ki, bu məsələ 2019-cu ildə öz həllini tapacaq".

K.Əsgərov, həmçinin Dilqəm Əsgərovla eyni vaxtda girov götürülən Şahbaz Quliyevin ailəsi barədə sualımıza da aydınlıq gətirib: "Şahbaz Quliyevin ailəsi ilə bir əlaqəm yoxdur. Lakin bildiyim qədərilə onlar da sonuncu dəfə 2018-ci ilin iyununda Şahbaz Quliyevdən məktub alıblar və bundan sonra ondan da məktub gəlmir. Düşünürəm ki, onlar da girovluqda olan Şahbaz Quliyevlə video-görüntü vasitəsilə danışmaq istəyərlər".

Xatırladaq ki, 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyevlə Həsən Həsənov yaxınlarının məzarlarını ziyarət etmək üçün Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1679   Tarix: 10 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah 30 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü

19 aprel
.

Rusiya sülhməramlıları regionu TƏRK EDİR: ABŞ və qərb hərbi qüvvələri Qarabağda fəaliyyət GÖSTƏRƏCƏK? - ŞƏRH

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Bununla bağlı, yayılan görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür. Əgər belə davam edərsə, sülhməramlıların vaxtından əvvə

19 aprel
.

Əməkdar məşqçi vəfat etdi

Gəncə boks məktəbinin müəlliflərindən olan əməkdar idman ustası Eldar Həsənov dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, məşqçi 82 yaşında həyatını itirib. Eldar Həsənov SSR-i İdman Ustası, əməkdar məşqçi və bir sıra idman tutumlarına malik olub. Onun tələbləri istər ölkəmizdə, istərsəd

19 aprel
.

Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO

Orta məktəblər üçün olan yeddi dərslikdə məzmun dəyişikliyi edilib. Sentyabrdan həm Azərbaycan, həm də rus bölməsi üzrə bəzi məktəblilər yeddi fənn üzrə tam fərqli kitablar görəcəklər. -ın məlumatına görə, söhbət ikinci sinif həyat bilgisi, beşinci sinif Azərbaycan dili, riyaziyyat, altıncı sinif coğrafiya

19 aprel
.

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi

19 aprel
.

Azərbaycanda prorektorun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyib

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşmaq üzrədir. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi il

19 aprel
.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakini dəfn edildi

Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanov dəfn edilib. xəbər verir ki, V.Süleymanov yaşadığı Qoruqbağı kəndində torpağa tapşırılıb. Xatırladaq ki, hadisə aprelin 12-də olub. V.Süleymanov ailəsi ilə birlikdə Kü

19 aprel
.

Bakı Baş Səhiyyə Mərkəzi məhkəmə qarşısında - Nə baş verib?

Bakı Baş Səhiyyə Mərkəzi barəsində inzibati iş başlanıb. Qaynarinfo xəbər verir ki, quruma qarşı İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, əmək şəraiti, iş və istirahə

19 aprel
.

"Sərxoş idi deyə "prava"m olmasa da, maşını mənə sürdürdü"

Sumqayıtda sürücülük hüququ olmadan idarə etdiyi avtomobillə ölümə səbəb olan 25 yaşlı L.Süleymanovanın məhkəməsi başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, xanım müttəhimin cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. İttihamda deyilir ki, L.Süleymanova BMW markalı avtomobill

19 aprel