Bəzi bələdiyyələrlə bağlı prezidentdən mühüm sərəncam - SİYAHI

Bəzi bələdiyyələrlə bağlı prezidentdən mühüm sərəncam - SİYAHIPrezident İlham Əliyev "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Sonxeber AZƏRTAC-a istinadən bildirir ki, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda aşağıdakı dəyişikliklər edilir:

1. "Ağsu rayonu" bölməsi üzrə:

12.15-ci sətirdə "Gürcüvan" sözü hər iki halda "Xanbulaq" sözü ilə əvəz edilsin.

2. "Astara rayonu" bölməsi üzrə:

13.6-cı sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Qamışovka" sözü "Qamışoba" sözü ilə əvəz edilsin.

3. "Goranboy rayonu" bölməsi üzrə:

3.1 23.1-ci sətirdə "Ağamalıoğlu" sözü hər iki halda "Düzqışlaq" sözü ilə əvəz edilsin;

3.2. 23.12-ci sətirdə "Əzizbəyov" sözü hər iki halda "Kəhrizli" sözü ilə əvəz edilsin.

4. "Göygöl rayonu" bölməsi üzrə:

4.1. 25.8-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Xanlar" sözü "Ağdağ" sözü ilə əvəz edilsin;

4.2. 25.24-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Mixaylovka" sözü "Bənövşəli" sözü ilə əvəz edilsin.

5. "Xaçmaz rayonu" bölməsi üzrə:

5.1. 27.2-ci sətirdə "Alekseyevka" sözü hər iki halda "Çaykənarı" sözü ilə əvəz edilsin;

5.2. 27.26-cı sətirdə "Müqtədir" sözü hər iki halda "İstisu" sözü ilə əvəz edilsin;

5.3. 27.37-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Krasnı Xutor" sözləri "Şıxlı" sözü ilə əvəz edilsin.

6. "Xızı rayonu" bölməsi üzrə:

6.1. 28.2-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Çistı Klyuç" sözləri "Safbulaq" sözü ilə əvəz edilsin;

6.2. 28.10-cu sətirdə "Şuraabad" sözü hər iki halda "Şorabad" sözü ilə əvəz edilsin.

7. "Qazax rayonu" bölməsi üzrə:

33.7-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Kommuna" sözü "Bala Çaylı" sözləri ilə əvəz edilsin.

8. "Quba rayonu" bölməsi üzrə:

36.14-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Novonikolayevka" sözü "Çaydüzü" sözü ilə əvəz edilsin.

9. "Qusar rayonu" bölməsi üzrə:

37.25-ci sətirdə "Şirvanovka" sözü hər iki halda "Şirvanlı" sözü ilə əvəz edilsin.

10. "Masallı rayonu" bölməsi üzrə:

40.12-ci sətirdə "Kalinovka" sözü hər iki halda "Viləş" sözü ilə əvəz edilsin.

11. "Oğuz rayonu" bölməsi üzrə:

42.3-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Astraxanovka" sözü "Çaldaş" sözü ilə, "Vladimirovka" sözü "Çayqovuşan" sözü ilə əvəz edilsin.

12. "Saatlı rayonu" bölməsi üzrə:

12.1. 43.15-ci sətirdə "Xanlarkənd" sözü hər iki halda "Nabatkənd" sözü ilə əvəz edilsin;

12.2. 43.19-cu sətirdə "Qarayevkənd" sözü hər iki halda "Orta Muğan" sözləri ilə əvəz edilsin.

13. "Samux rayonu" bölməsi üzrə:

13.1. 46.12-ci sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Lüksemburq" sözü "Köbər" sözü ilə, "Qırmızı Samux" sözləri hər iki halda "Qaraağaclı" sözü ilə əvəz edilsin;

13.2. 46.14-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Əli Bayramlı" sözləri "Sarıqaya" sözü ilə əvəz edilsin.

14. "Şəmkir rayonu" bölməsi üzrə:

14.1. 50.27-ci sətirdə "Qasım İsmayılov" sözləri hər iki halda "Ağlavaşlı" sözü ilə əvəz edilsin;

14.2. 50.31-ci sətirdə "Muxtariyyat" sözü hər iki halda "Qədimqala" sözü ilə əvəz edilsin.

15. "Yevlax rayonu" bölməsi üzrə:

55.24-cü sətrin "Əhatə etdiyi ərazi vahidləri" sütununda "Bünyadabad" sözü "Yeni Çobankərə" sözləri ilə əvəz edilsin.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4657   Tarix: 10 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda taxta bazarı yanır: Mübarizə tədbirləri davam etdirilir - YENİLƏNİB +VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzr

20 aprel
.

Türkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO

Türkiyənin Kırklareli şəhərində ikimərtəbəli tarixi binada yanğın başlayıb. Osmanlı dövrünə aid olan bu bina kafe kimi istifadə edilirmiş. Hadisə yerinə xilasetmə, təcili yardım və polis qrupları cəlb ediliblər. Tarixi binanın yanında yerləşən dördmərtəbəli yaşayış binasının üzlüyü də yanıb və bu səbəbdə

20 aprel
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19 aprel
.

Teleqramda da stikerlər düzəltmək mümkün olacaq

Teleqram tərtibatçıları messencerə stiker yaratmaq üçün yeni bir özəlliyin əlavə olunduğunu elan ediblər. "Qafqazinfo" xəbər verir ki, artıq hər bir istifadəçi foto və videolarından öz stikerini hazırlaya biləcək. Stikerlər yaratmaq üçün müvafiq bölməyə keçin və " işarəsinin üzərinə klikləyin

19 aprel
.

Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb

Polis əməkdaşları Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən yeddi ədəd müxtəlif markalı avtomat silahı, bir tapança, iki tüfəng, altı qumbara

20 aprel
.

42 yaşlı prokuror qəfil vəfat etdi

Baş Prokurorluğun yüksəkvəzifəli əməkdaşı dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, prokurorluğun Təşkilat və İcraya Nəzarət İdarəsinin böyük prokuroru, 42 yaşlı Rəhman Əhmədov ötən gün qəfil vəfat edib. Onun yaşadığı evdə ürəktutmadan dünyasını dəyişməsi bildirilib

20 aprel
.

"Prezident İlham Əliyevin dilomatiyası Azərbaycana uğurlar gətirməkdə, qələbələr qazandırmaqda davam edir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel
.

Almaniya XİN Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayıb

Azərbaycan və Ermənistan arasında 1991-ci il Alma-Ata Bəyannaməsi üzrə sərhədin demarkasiyasına dair razılaşma sülh sazişi ilə bağlı əsas maneəni aradan qaldırır. "Report" xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin "X" hesabında yazılıb. Qeyd olunub ki, Almaniy

20 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel