Azərbaycanda faciəvi qəzada həlak olan çempionun FOTOSU

Azərbaycanda faciəvi qəzada həlak olan çempionun FOTOSUAzərbaycan Kikboksinq Federasiyasının üzvü, "Şahdağ Quba" idman klubunun kikboksçusu, "Baku Open" 2018 turnirinin qalibi Coşqun Qasımov avtomobil qəzasında dünyasını dəyişib.

Bu barədə məlumatı ölkə.az-a federasiyasının vitse-prezidenti, dünya çempionu Güloğlan Cabbarov verib:

"Bu gün Quba şəhərində maşın qəzasında həyatını itirən gənc kikboksçumuza Allah rəhmət eləsin. Mərhum kikboksçu məşqlərini "Şahdağ Quba" idman klubunun baş məşqçisi Telman Məhərrəmovun yanında davam etdirirdi. Böyük dərddir. Federasiyasının perspektivli idmançılarımızdan sayılırdı. Onun uğurları qarşıda idi.
Azərbaycan kikboksinqinin və ölkə idmanının başı sağ olsun".

Hadisə   Baxılıb: 3365   Tarix: 11 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR