"Sovetski"də bir ailəni məhv edən partlayışla bağlı yeni iddialar - FOTOLAR

"Sovetski"də bir ailəni məhv edən partlayışla bağlı yeni iddialar - FOTOLARDəhşətli hadisədən sonra Tolstoy küçəsində söküntü işləri sürətləndirilib; əhali köçürülür
Yanvarın 9-da Yasamal rayonu Tolstoy küçəsi 40 ünvanında faciə ilə nəticələnən partlayış hadisəsi baş verib. Hadisə zamanı ümumi sahəsi 72 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Əraziyə gələn yanğınsöndürənlər və xilasedicilər tərəfindən bir ailənin üzvləri olan 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib.

"Yeni Müsavat"ın əməkdaşı olaraq hadisə ilə bağlı daha detallı məlumat əldə etmək üçün partlayış baş verən evə yollandıq.

Ətrafda sökülmüş mənzillər çox olduğu üçün ərazi ilk baxışdan xarabalığı xatırladırdı. Ona görə də uçurulmuş evlərin arasından partlayış baş verən mənzili tapmağımız elə də asan olmadı. Küçələr dağılmış və palçıq içərisində, ətrafda isə texnikalar işləyir, söküntü işləri aparırdılar. Bir ailənin məhv olduğu evdə həyat çoxdan sönsə də, ətraf ərazilərdə qızğın söküntü işləri gedirdi...

Məlumat üçün öncə qeyd edək ki, Tolstoy küçəsi boyunca demək olar ki, əksər evlər sökülüb. Ümumiyyətlə, "Sovetski" ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb. Həmin ərəfədə bir neçə sakin etiraz etsə də sonda onlar da verilən 1500 manat kompensasiya ilə razılaşıb, evlərini tərk ediblər. 2018-ci ilin sonlarında isə "Təzə pir" məscidinin ətrafında köçürülmə işlərinə başlanılıb və bu gün də proses davam etdirilir.

Lakin ərazidə bir neçə sökülməyən mənzil də var ki, partlayışın baş verdiyi ev də onlardan biri olub. Hadisə baş verəndən sonra Yasamal Rayon İcra Hakimiyyəti məlumat yayaraq bildirdi ki, həmin ünvanda aparılan ilkin araşdırmalardan sonra buradakı hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi məlum olub:

"Çox güman ki, mənzildə qaz xətti açıq olub, bu da gecə vaxtı köhnə xətlərdən qazın sızmasına və partlayışa səbəb olub. Məsələnin araşdırılması davam edir".

Ərazidə olduğumuz zaman söhbət etdiyimiz sakinlər isə bildirdilər ki, Tolstoy küçəsi və eləcə də söküntünün aparıldığı ətraf ərazilərdə qazın verilişində tez-tez fasilələr yaranır. Sakinlər adlarının açıqlanmasını istəməsələr də hadisənin məhz bu faktla əlaqəli olduğunu bildirdilər: "Burada gördüyünüz kimi bir neçə evdə yaşayış var. Partlayış nəticəsində məhv olan ailə də bu ərazidə yaşamaqda davam edirdi. Bəzi ailələr var ki, onlar verilən kompensasiya ilə razılaşmırlar. Çünki evləri az kvadratlıdır və hər kvadrat üçün aldıqları 1500 manatla şəhərin mərkəzində mənzil sahibi ola bilməzlər. İnsanların da evləri, işləri mərkəzdədir və illərdir ki, burada yaşamağa öyrəşiblər. Ona görə də bir neçə ailə evini tərk etmək fikrində deyil. Söküntünü aparanlar da heç nəyə fikir verməyib, traktoru, ekskavatoru hara gəldi salırlar. Tez-tez qaz, su xətlərinə zərər verirlər. Ona görə də burada yaşayan camaatın qazı, suyu tez-tez kəsilir. Hadisə baş verən günü də qazın verilişində fasilə yaranmışdı. Ancaq gecə saatlarında qazı verdilər. Görünür, partlayış baş verən evdə qaz sönüb yenidən gəldikdən sonra bu faciə yaşanıb. Bütün hallarda iş gedirsə, qazı kəsəndə, verəndə camaata xəbər etməlidirlər. Kefləri istəyən kimi hərəkət edirlər".

Partlayış baş verdikdən sonra ev necə varsa, elə də qalıb. Partlayış o qədər güclü olub ki, evin tavanını, pəncərələrini qırıb. Eyni zamanda yaxınlıqda yerləşən mənzilin də pəncərə şüşələri sınıb. Öyrəndik ki, partlayış baş verən evin arxasındakı mənzildə yaşayanlara hadisə günü kompensasiya verilib. Onlar artıq evlərini tərk etməyə hazırlaşırdılar. Ev sahibi miqdarı açıqlamasa da, bildirdi ki, verilən kompensasiya ilə razıdır. Qonşu bildirdi ki, partlayışın qurbanı olan ailə heç vaxt mənzilini uzun müddətlik tərk etməyib. Hadisə baş verən günü də ailə üzvlərinin əksəriyyəti evdə olub. Ailənin iki qız övladı varmış. Onlardan böyük qız evdə olmadığı üçün partlayışdan sağ qurtulan yeganə ailə üzvü də odur. Qonşular yalnız partlayış baş verdikdən sonra əraziyə gəliblər. Partlayış sonrası yanğın baş verdiyi üçün içəri tüstüdən girməyə çətinlik çəkiblər. Xilasedicilərin köməyi ilə içəridən ailə üzvlərindən biri-Aygün Məmmədova çıxarılsa da, onu boğulmadan xilas etmək mümkün olmayıb...

Partlayış dalğasının təsirindən evin çöl divarı həyətdə dayanmış "Tofaş" markalı avtomobilin üzərinə aşıb. Həmin avtomobil də yararsız vəziyyətə düşüb.

Onu da qeyd edək ki, faciəvi partlayışdan sonra hadisə yerinin yaxınlığında yerləşən Bakı Avropa Liseyinin də kommunal xətlərində problem yaranıb. Bu barədə "Yeni Müsavat"a valideynlər məlumat veriblər. Valideynlər bildiriblər ki, həmin ərazidə qazın verilişində tez-tez fasilələr yarandığı üçün bu kimi hadisələr baş verir. Onlar da partlayışa səbəb kimi məhz bu faktoru göstəriblər. Liseyin direktoru Zülfiyyə Veysova "Yeni Müsavat"a bildirib ki, liseyin kommunal xətlərində yaranmış qısa müddətlik problem öz həllini tapıb: "Təhsil müəssisəsi fəaliyyətini əvvəlki qaydada davam etdirir".

Hazırda isə həmin ərazinin qaz təchizatı dayandırlıb. Bu barədə "Yeni Müsavat"a "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev məlumat verib. O bildirib ki, ərazidəki hadisə ilə bağlı mənzillərə verilən qaz təchizatı dayandırılsa da, Bakı Avropa Liseyinin təbii qazla təminatında problem yoxdur.

Öyrəndik ki, hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri hadisə yerində araşdırma aparırlar. Partlayışın dəqiq səbəbi araşdırma başa çatdıqdan sonra məlum olacaq.

"Sovetski"də bir ailəni məhv edən partlayışla bağlı yeni iddialar - FOTOLAR"Sovetski"də bir ailəni məhv edən partlayışla bağlı yeni iddialar - FOTOLAR"Sovetski"də bir ailəni məhv edən partlayışla bağlı yeni iddialar - FOTOLAR


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2135   Tarix: 11 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18 sentyabr 2021
.

Samuxda FACİƏ - Körpə bacı-qardaş öldü

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətləri ağırlaşa

12 sentyabr 2021
.

Bakıda dəhşətli qəzadan görüntülər - VİDEO

Sosial şəbəkələrdə ötən gün Bakıda baş verən ağır yol qəzasının görüntüləri yayılıb. -ə istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyası yaxınlığında qeydə alınıb. Qəza zamanı toqquşan avtomobillərdən biri aşıb. Hadisədən sonra Heydər Əliyev prospekti Hava limanı istiqamətində sıxlı

14 sentyabr 2021
.

Gürcüstanda azərbaycanlıların "qızqaçırma"sı faciə ilə nəticələndi

Gürcüstanda azərbaycanlıların yaşadığı Marneuli rayonunda "qızqaçırma" faciə ilə nəticələnib. Hadisə Alqeti kəndində baş verib. Belə ki, qrup yoldaşı 23 yaşlı yerli sakini evlənmək məqsədi ilə qaçırmaq istəyib. Bu zaman avtomobil onun qarşısını kəsən qızın nənəsini vurub. Qadın yerindəcə keçinib

15 sentyabr 2021
.

Azərbaycanda xəstə əməliyyatdan əvvəl öldü

Sumqayıt sakini əməliyyat masasında ölüb. -a istinadən xəbər verir ki, hadisə 2 saylı Sumqayıt şəhər xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada qarın nahiyəsindəki yırtıqdan əməliyyat olunacaq 52 yaşlı Heybət Salmanov anesteziya verilərkən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır

16 sentyabr 2021
.

Gəmidə qadın sərnişinə qarşı törədilən İYRƏNC ƏMƏL - FOTO

Türkiyənin şəhərlərarası sərnişindaşıma gəmisində xoşagəlməz hadisə baş verib. -ın "DHA" agentliyinə istinadən məlumatına görə, İstanbuldan Bursaya gedən sərnişinlər arasında G.Ş adlı xanım səyahət sırasında yuxulayıb. Yusuf Yıldırım adlı sərnişin isə bundan istifadə edərək qadına qarşı əxlaqsı

17 sentyabr 2021
.

Lənkəranda FACİƏ: 1 yaşlı körpə ÖLDÜ

Lənkəran rayonunda bir yaşlı körpə naməlum səbəbdən ölüb. xəbər verir ki, hadisə Səpnəkəran kəndində qeydə alınıb. Belə ki, 2020-ci il təvəllüdlü İbrahim Nazim oğlu Ağazadənin halı qəfil pisləşib. Bu səbəbdən valideynləri körpəni Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıblar. Ancaq həkim müayinəsində

13 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021
.

Bakıda marşrut avtobusunda ÖLÜM: Hərəkət dayandı

Bakıda avtobusda ölüm hadisəsi baş verib. xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan marşrut avtobuslarından birində 57 yaşlı sərnişin Əli Abbas oğlu Quliyev qəfildən ölüb. Hadisə nəticəsində avtobusun hərəkət intervalında gecikmə yaranıb

17 sentyabr 2021