Marketlərdə sellofan torbalar pulla satılır? - Nazirlik məsələyə qarışdı

Marketlərdə sellofan torbalar pulla satılır? - Nazirlik məsələyə qarışdıXəbər verdiyimiz kimi, artıq bir neçə ölkə ekologiyaya zərərli olduğu üçün marketlərdə sellofan torbaların satışına başlayıb. Gürcüstan, Özbəkistandan sonra qonşu Türkiyədə də bu addımın atılması ölkəmizdə də bir müddətdir ki, gündəmdə olan pullu sellofan mövzusunu aktual edib.

Artıq sosial şəbəkələrdə bir neçə marketdə bununla bağlı xəbərdarlıqların vurulduğu və bu tipli torbaların satıldığına dair məlumatlar yayılıb. Maraqlı məqam ondan ibarətdir ki, xeyli supermarketdə sellofanların ödənişli olduğu deyilsə də, araşdırdığımız vaxt bu nüansla rastlaşmadıq.

Alıcılar üçün əsas problematik məsələ sellofanların pullu olması yox, qiymətidir. Belə ki, sosial şəbəkələrdə yayılan məlumatlarda sahibkarların bu məhsulu 5-20 qəpiyə satacağı göstərilir.

"Qafqazinfo" bu məqamda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühit siyasəti, ekoloji vəziyyətin təhlili və qiymətləndirilməsi şöbəsinin sektor müdiri Mehman Nəbiyevlə əlaqə saxlayıb və bir neçə məqama aydınlıq gətirib. O bildirib ki, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması məqsədilə hazırda kompleks tədbirlər planı hazırlanaraq qərar verilməsi üçün aidiyyətı qurumlara təqdim edilib:

"Sosial şəbəkələrdə bir neçə marketdə polietilen torbaların pullu olması ilə bağlı xəbərlər yayılır. Ancaq həmin marketlərin adları qeyd olunmadığından biz bu halın nə dərəcədə doğru olduğunu deyə bilmərik.

Hazırda təkliflər planı hazırlayaraq qərar verilməsi üçün aidiyyatı qurumlara təqdim etmişik. Təkliflər yalnız polietilen torbaların pullu olması ilə bağlı deyil, burda həmçinin plastik qablaşdırma materiallarından istifadənin məhdudlaşdırılması, alternativ qablaşdırma materiallarından istifadə üçün münbit şəraitin yaradılması, bu sahədə ictimai savadlılğın və məlumatlılığın artırılması üçün də təkliflər verilib. Hazırda təkliflər paketi razılaşdırma mərhələsindədir.

Qərar verildikdən sonra bu barədə ictimaiyyəti məlumatlandıracağıq. Bəzi ölkələrdə qərar olmadan da polietilen torbalardan ödənişsiz istifadə olunmur. Marketlər və ictimaiyyət könüllü şəkildə bunu tələb edir. Bu, alqışlanan haldır".

M. Nəbiyev qiymətlərin yüksək nəzərdə tutulması ilə bağlı məsələyə də şərh verərək bildirib ki, nazirlik qiymətlərlə bağlı hər hansı bir təklif irəli sürməyib:

"O ki qaldı, qiymət məsələsinə, bunu biz müəyyən etmirik. Sadəcə polietilen torbaların pullu olması və bəzi növlərinin tamamilə qadağan olunması ilə bağlı təkliflər hazırlayıb aidiyyəti üzrə təqdim etmişik. Qərar olanda yəqin ki, müvafiq qaydada qiymətləndirmə aparılıb lazımi məbləğlər müəyyənləşdiriləcək.

Bu məsələdə marketlərin, sahibkarların nazirliyin təklifinə dəstək olması təqdirəlayiqdir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1403   Tarix: 11 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah 30 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti, gündü

19 aprel
.

Bakıda yarım milyona Quran satılır? - FOTO

Azərbaycanda yarım milyona Quran kitabı satışa çıxarılıb. xəbər verir ki, bu barədə saytlardan birində elan yerləşdirilib. Qeyd edilib ki, kitab XIX əsrdə miniatür litoqrafiya ilə işlənmiş Osmanlı Quranıdır. Bu kitabı, xüsusilə Birinci Dünya müharibəsində vuruşan bəzi müsəlman əsgərlər üzərlərində gəzdirirmişlər

19 aprel
.

Broyler toyuq neçə kilo olmalıdır? - Artığı təhlükədir

Broylerlər (ətli toyuqların hibridləri) iri cəmdəyə malik olan yumurtlayan toyuqlardan fərqlənir. Bu quşlar ət üçün tez kökəlməklə yetişdirilir. Hibridləri fermada saxlamaq sərfəlidir, çünki düzgün qulluq və qidalanma ilə toyuqlar hər gün davamlı olaraq çəki qazanırlar. Yumurtlayan toyuqlardan daha sürətl

19 aprel
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19 aprel
.

Gələn ay şuşalılar yurdlarına qayıdırlar - Video

"May ayından etibarən Şuşa şəhərində bərpa-tikinti qrafikinə uyğun olaraq, mərhələli formada inşa edilmiş evlərə ailələrin köçürülməsi həyata keçiriləcək". "Qafqazinfo" xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəye

20 aprel
.

Ata-anasını ödürən Fikrəti HANSI CƏZA GÖZLƏYİR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi törədilib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova yaşadıqları evdə kəsici alətlə qətlə yetiriliblər

19 aprel
.

Bu universitet publik hüquqi şəxsə çevrildi - Baş nazirdən qərar

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov "Azərbaycan Texniki Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında" Qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Texniki Universiteti Elm və Təhsil Nazirliyini

20 aprel
.

"Prezident İlham Əliyevin dilomatiyası Azərbaycana uğurlar gətirməkdə, qələbələr qazandırmaqda davam edir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel
.

"Qazaxın 4 kəndinin qaytarılması Müzəffər Ali Baş Komandan İlham Əliyev diplomatiyasının qələbəsidir" - DEPUTAT

Xəbər verdiyimiz kimi Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib. Bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyas

20 aprel