"Arvadımın alt paltarını oğurlamışdı..." – dəhşətli qətlin təfərrüatı

"Arvadımın alt paltarını oğurlamışdı..." – dəhşətli qətlin təfərrüatıBeyləqan rayonunda qısqancliq zəminində qətl törətməkdə təqsirli bilinən Xocavənd rayonunun Qaradağlı kəndində anadan olmuş 1980-ci il təvəllüdlü Muxtar Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Teleqraf.com-a istinadən xəbər verir ki, dəhşətli qətl hadisəsi Beyləqan rayonun Dünyamalılar kəndində baş verib.

Muxtar Mustafayev arvadı Aygün Sarıyevanın həyətdə ipdən asılmış alt paltarlarının 27 yaşlı həmkəndlisi Əli Bayramov tərəfindən bir neçə dəfə götürülməsindən şübhələnib.

İpdən oğurlanan paltar

Muxtar Əlinin onun qayınatasıgilin evindən də qadın alt paltarı götürdüynü görüb. Bundan sonra arvadına məxsus paltarları Əlinin apardığına əmin olub.

Muxtar Mustafayev Əli Bayramovun valideynlərindən onun bir daha kənddə görünməməsini tələb edib.

Lakin bir müddət sonra, 11 yanvar 2018-ci il tarixdə, saat 22-23 radələrində yaşadığı evdən küçəyə çıxan Muxtar Mustafayev Əli Bayramovu qonşuda, atası Əlövsət Bayramova məxsus evin həyət darvazası qarşısında dayanıb telefonla uca səslə danışdığını görüb.

Bundan əsəbiləşən Muxtar Mustafayev onu öldürmək qərarına gəlib. Bu məqsədlə yaşadığı evə qayıdıb, ov tüfəngini götürərək geri dönüb, Əlövsət Bayramovun yaşadığı evin həyətinə girib.

Tüfəngi atəş vəziyyətinə gətirib, həyətdə Əli Bayramovun atası Əlövsətin, arvadı Gülnarın və bu evə qonaq gəlmiş Maarif Cəfərovun həyatını da təhlükəyə ataraq, onların gözləri qarşısında Əli Bayramova atəş açıb.

Əli Bayramov aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Muxtar Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

"Qadın alt paltarlarını götürdüyünü dedi"

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi, atası Əlövsət Bayramov bildirib ki, Muxtar Mustafayevi həmkəndlisi kimi tanıyıb, əvvəllər aralarında narazılıq olmayıb: "2017-ci ilin aprel-may aylarında Muxtar qaynanası Emilya, qayınatası Əli və qaynı arvadı Nuranə ilə birlikdə bizə gəldilər. Muxtar oğlumun onun qayınatasıgilin evindən qadın alt paltarları götürdüyünü dedi.

Həmin vaxtdan Əli işlə əlaqədar ailəsi ilə Beyləqan şəhərinə köçdü. Əli arabir kəndə gəlib, bizə baş çəkirdi, üç-dörd gün kənddə qaldıqdan sonra gedirdi".

"Gül kolunun üstünə yıxıldığını gördüm"

Əlövsət Bayramovun sözlərinə görə, arvadı Mehriban cərrahiyyə əməliyyatı olunduğu üçün oğlu Əli Bayramov 11 yanvar 2018-ci il tarixdə ailəsi ilə onlara gəlib: "Həmin gün qaynım Vahid, Vahidin arvadı Səxavət, kürəkəni Maarif, Maarifin arvadı Əfsanə və onların iki azyaşlı uşaqları da Mehribana baş çəkmək üçün bizə gəlmişdilər.

Saat 22-23 radələrində onlar evə getmək üçün həyətə düşdülər. Vahid maşınını işə saldı. Səxavət, Əfsanə və Əfsanənin iki azyaşlı uşağı maşına əyləşdilər. Mehriban, gəlinim Gülnar, onun azyaşlı uşağı, digər oğlum Ceyhun həyətdə bir yerdə, Maarif isə avtomaşının yanında həyətdə dayandıq. Əli əlində gödəkcə hamamdan çıxdı, gödəkcənin qolunu geyinə- geyinə maşına minmək üçün hamamın səkisinin qırağına doğru gəlməyə başladı. Bu vaxt atəş səsi gəldi. Əliyə doğru baxanda onun hamamın qırağındakı gül kolunun üstünə yıxıldığını gördüm".

"Ağır cəza verilməsini istəyirəm"

Mərhumun atası qeyd edib ki, bu vaxt atəşi Muxtarın açdığını görüb: "Muxtar iki atəş açan kimi qaçdı. Biz Əlinin yanına gedərək onu Vahidin avtomaşınına qoyduq və Beyləqan rayon Mərkəzi Xəstəxanasına apardıq. Tibbi yardım göstərilməsinə baxmayaraq oğlum az sonra xəstəxanada öldü.

Təqsirləndirilən Muxtar Mustafayevdən şikayətçiyəm, ona ağır cəza verilməsini istəyirəm".

"Arvadının alt paltarını oğurladığını bildirdi"

Şahid qismində ifadə verən mərhum Əli Bayramovun həyat yoldaşı Gülnar Bayramova deyib ki, 2014-ci ilin təxminən aprel ayının əvvəllərində həmkəndliləri Muxtar Mustafayev qohumları ilə onlara gəliblər: "Muxtar Əlinin onun arvadı Aygünün alt paltarını oğurladığını bildirdi, Əli isə bundan xəbərinin olmadığını söylədi. Muxtar bizimlə mübahisə edərək getdi.

Bundan sonra biz işlə əlaqədar Beyləqan şəhərinə köçüb Əlinin dayısı Vahidin həyətindəki evdə yaşadıq, arada kəndə gəlib-gedirdik".

Gülnar Bayramova daha sonra ifadəsində göstərib ki, Muxtar Mustafayev qohumu olan bir qadınla intim münasibəti olub: "Muxtar öz yaxın qohumu olan qadınla münasibətdə olmuşdu. Əli bundan xəbərdar idi. Muxtar Əlini bu səbəbdən öldürüb. Əlinin arvad paltarları oğurlaması yalandır".

17 il cəza

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Muxtar Mustafayev 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Muxtar Mustafayev apelyasiya şikayəti verib. Şikayətdə göstərib ki, Əli Bayramovu arvadının alt paltarını oğurladığı üçün öldürüb. O, xüsusi amansızlıq göstərmədiyini deyib.

Bu səbəbdən Muxtar Mustafayev barəsində olan hökmün dəyişdirilməsini, ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilməsini, aşağı həddə cəza təyin olunmasını xahiş edib.

Zərərçəkmiş şəxsin hüquqi varisi də apelyasiya şikayəti verib. O, Muxtar Mustafayevə əlavə olaraq Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə də ittiham verilməsini, cəzasının ağırlaşdırılmasını tələb edib.

Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Tərəflərin şikayəti təmin olunmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2551   Tarix: 11 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Taxtakörpü-Ceyranbatan su kanalında batan 27 yaşlı gəncin meyiti tapılıb

Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun meyiti Fövqəladə Hallar Nazirliyi Xüsus

21 aprel
.

Ukraynada son vəziyyət: "Əhalisi 30 min nəfərə yaxın olan şəhərdə 10 faiz əhali qalıb" - VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynanın Xarkov vilayətinin Vovçanska şəhərindən son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Ukraynada ağır döyüşlər gedib. Belə ki, əhalisi 30 min nəfərə yaxın olan bu şəhərdə 10 faiz əhali qalıb

14 aprel
.

Hakkaridə ağır yol qəzasında 9 nəfər yaralanıb

Türkiyənin Hakkari şəhərinin Yüksekova rayonunda yol-nəqliyyat hadisəsində doqquz nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə İHA məlumat yayıb. Bildirilib ki, Yüksekova – Van magistral yolunun Karasu ərazisindən keçən hissəsində sürücünü avtomobilin idarəetməsini itirməsi nəticəsind

14 aprel
.

Laçında usta bədbəxt hadisə nəticəsində ölüb

Laçında bədbəxt hadisə baş verib. APA xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Zəka Rəsul oğlu Rəsulov ekskavatoru təmir edən zaman üzərinə dəmir parçası düşüb. Nəticədə ağır bədən xəsarətləri alan 28 yaşlı Zəka Rəsulov Gəncəyə xəstəxanaya aparılarkə

19 aprel
.

Dərnəgüldə YANĞIN - VİDEO

Bu gün günorta saatlarında Dərnəgüldə yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən (FHN) -a verilən məlumata görə, yanğın 44 kvadratmetrlik taxta konstruksiyalı, birmərtəbəli tikilidə baş verib. FHN-in Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşlarının həyata keçirdikləri operativ tədbirlə

17 aprel
.

Suriyada neft boru kəmərində yanğın olub, ölən var

Suriyada neft boru kəmərində yanğın olub, ölən var. "Report" xəbər verir ki, bu barədə "Sham FM" radiosu məlumat yayıb. Hadisə Homs əyalətində, Furklus şəhərinin şərqində qeydə alınıb. Yanğın baş verən yerdə bir nəfərin meyiti aşkarlanıb. Ərazidə yanğınsöndürmə briqadaları işləyi

21 aprel
.

Bakıda məşhur hotellərdən birində yanğın baş verib - FOTOLAR

Bakıda məşhur hotellərdən birində yanğın hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, yanğın paytaxtın Namiq Quliyev küçəsi, 24 ünvanında qeydə alınıb. Belə ki, ərazidə yerləşən hotelin damında tüstü ilə müşayiət olunan yanğın baş verib. FHN əməkdaşları yanğın yerinə cəlb olunublar. Yanğının ətra

20 aprel
.

Ağdaşda 53 yaşlı kişi özünü yandırdı

Ağdaşda 53 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb. "Unikal"ın məlumatına görə, hadisə Heydər Əliyev prospektində, "Səma" şadlıq sarayının qarşısında baş verib. 1971-ci il təvəllüdlü rayon sakini Fərrux Məhəmməd oğlu Qurbanov üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdak

20 aprel
.

Kürdə batan Səmanın meyiti tapıldı

12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Səma Vaqif qızı Süleymanlının meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) -a məlumat verilib. Bildirilib ki, azyaşlının meyiti çayın Zərdab rayonu

21 aprel