Çindən müsəlmanlara qarşı gözlənilməz addım - Məscidlərdə...

Çindən müsəlmanlara qarşı gözlənilməz addım - Məscidlərdə...Çinin nəzarətindəki Çin İslam Cəmiyyəti ölkəyə yeni əqidə gətirir.

Sonxeber.az publika.az-a istinadla xəbər verir ki, cəmiyyət ölkədə yaşayan müsəlmanlara "Çin İslamı" qavrayışını təlqin etməklə "sosialist dəyərlər" təhsili verəcəyini bildirib.

Cəmiyyətdən verilən açıqlamaya görə, paytaxt Pekində təşkil edilən toplantıya Şanxay şəhəri ilə yanaşı, Hunan, Quanqdonq və Yünnan əyalətləri ilə Daxili Moğol Muxtar Vilayətindəki müsəlman toplumu təmsilçiləri qatılıb.

"İslamın çinləşməsi üçün 5 illik plan 2018-2022" adlı seminarda müsəlmanlara Çin Kommunist Partiyasının İslama dair yeniliklərini tətbiq etmələri, İslamın çinləşməsinə sadiq qalmaları, Çin İslamı və Çin tipli sosializmi təbliğ etmələri çağırışı olunub.

Cəmiyyətin sədri Yanq Faminq sosialist dəyərlər üzərinə dərslər və təlimlərin keçirilməsi üçün lazımi tədbirlərin görülməsi və ənənəvi Çin mədəniyyətinin məscidlərdəki tədbirlərdə istifadə olunmasının vacib olduğunu deyib.

Digər tərəfdən Çin İslam Universitetinin köməkçi dekanı Qao Canfu da Çinin rəsmi yayım orqanlarından olan "Qlobal Tayms" qəzetinə verdiyi açıqlamada "İslamın çinləşdirilməsi" prosesində İslamda heç bir dəyişikliyin olmayacağını deyib. Lakin İslamın sosialist dəyərlərlə uyğunlaşdırılması məsələsi bir çox sualları ortaya qoyub.

Qeyd edək ki, Yünnan əyalətinin Veyşan bölgəsindəki yerli rəsmilər ötən həftələrdə 3 məscidi qanundankənar dini təlimlər keçdiyi ittihamları ilə bağlatdırmışdı. Məscidin bağladılması üçün gələn təhlükəsizlik qüvvələri ilə müsəlmanlar arasında qarşıdurma yaranmışdı.

Çinin İslama müdaxiləsi, müsəlman uyğurlar başda olmaqla, bölgədəki bəzi etnik qrupları təlim düşərgələrinə cəlb etməsi beynəlxalq aləmdə sərt reaksiya ilə qarşılanıb.

Xatırladaq ki, Çində yaşayan 56 etnik qrupdan 10-u müsəlmandır. Hui (çinli müsəlmanlar), qırğız, qazax, uyğur, tacik, tatar, özbək, salar, baoan və donqşianq etnik azlıqları əsasən, Çinin şimalı və şimal-qərbində yaşayır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1381   Tarix: 11 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paşinyana görə deputatlardan şüşə butulkalar yığıldı

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. -a istinadən xəbər verir ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalarda təkcə yumruqlarda

16 sentyabr 2021
.

Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü

Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib

16 sentyabr 2021
.

Napoleonun baş geyimi hərraca çıxarılır

Fransa imperatoru Napoleon Bonapartın üçkünc şlyapası hərraca çıxarılır. Qeyd edilir ki, Napoleon 1807-ci ildə hərbi kampaniya zamanı bu şlyapadan istifadə edib və Rusiya imperatoru I Aleksandrla görüş zamanı məhz həmin baş geyimində olub. Hərrac sentyabrın 15-dən 22-dək keçiriləcək və Fransa imperatorun

16 sentyabr 2021
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-ya istinadən xəbər verir ki, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17 sentyabr 2021
.

Yəməndə fövqəladə vəziyyət elan edildi

Yəmənin cənubunda husilərin mümkün hücumu və ağır iqtisadi vəziyyətə qarşı kütləvi etirazlar fonunda fövqəladə vəziyyət elan edilib. -a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Ölkənin cənub administrasiyasının rəhbəri Aydarus əl-Zübeydi bildirib ki, bütün əyalətlərdə silahl

16 sentyabr 2021
.

İnsanları aldadaraq pul yığan şəxs saxlanıldı - 171 manatı ƏLİNDƏN ALINDI

Türkiyə bələdiyyə polisi evinin yandığını deyərək dilənən dilənçini saxlayıb və yığdığı pulu əlindən alıb. "Haber Globa"a istinadən xəbər verir ki, həmin şəxs insanların duyğularından istifadə edərək onlara işləyə bilmədiyini,. evinin yandığını deyib və bu yolla onlardan pul alıb. O insanlar

17 sentyabr 2021
.

Daha bir ölkə sərhədlərini açdı

Çili ölkə səlahiyyətliləri tərəfindən təsdiq edilmiş koronavirus peyvəndi sertifikatı olan əcnəbilərin ölkəyə girişinə qoyulan qadağanı ləğv edib. -ın -a istinadən xəbər verir ki, bu barədə respublikanın Səhiyyə Nazirliyi məlumat yayıb. "Hökumət oktyabrın 1-dən peyvənd edilmiş əcnəbilərin ölkəy

17 sentyabr 2021
.

Broyler toyuqlarında da koronavirus aşkarlandı

Rusiyada toyuq əti qablaşdırmasında koronavirus infeksiyası aşkarlanıb. xəbər verir ki, virusu Çin hökuməti aşkarlayıb. Çinin Baş Gömrük İdarəsinin rəhbərliyi bildirib ki, ət və quş əti istehsal edən üç Rusiya müəssisəsindən ölkəyə ixrac edilən məhsulda COVID-19 aşkarlanıb

16 sentyabr 2021
.

Qəbirdən çıxanı gördü, videonu titrəyərək çəkdi - VİDEO

ABŞ sakini tərəfindən çəkilən qorxunc kadrlar hər kəsi heyrətə salıb. -a istinadən xəbər verir ki, qəbiristanlıqdan çıxan saçları çəkən Coel Morrison saçların niyə çıxdığına təəccüblənib və səlahiyyətlilərdən məsələyə baxılmasını istəyib. Qəbirstanlıqda yaxınını ziyarət edən Morrison qəbirdən çıxan saçların

17 sentyabr 2021