İrəvanda plan işə düşür: Sabiqlər qisasa hazırlaşır – Sensasion gəlişmə

İrəvanda plan işə düşür: Sabiqlər qisasa hazırlaşır – Sensasion gəlişməErmənistanda fəaliyyət göstərən "Karyak Media" şirkətinin həmtəsisçiləri, sabiq deputatlar Samvel Fərmanyan və Mixran Hakobyan keçmiş hakim siyasi qüvvə olan Respublikaçı Partiyasının üzvlüyündən imtina ediblər.

Ermənistan KİV media maqnatlarının partiyadan gedişi ətrafında ilginc ehtimallar müzakirəyə çıxarıb.

Qeyd edək ki, böyük maliyyə və media resurslarına malik olan keçmiş millət vəkilləri Armen Saqatelyan və Karen Bekaryan kimi iş adamlarının iştirakı ilə "Tert Ey Em" MMC, "Armnuz CJSC"," Radio 107 FM LLC" media şirkətlərini və Tert.am saytını satın alaraq, "Karyak" şirkətini qurublar.

O da məlumdur ki, keçmiş prezident Serj Sərkisyanın rəhbəri olduğu Respublikaçı Partiyası dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkilərində məğlub olaraq, parlamentdə yerini itirdi.

Son seçkilərdə böyük seçici kütləsindən mərhum olan Sərkisyanın partiyası indi də əsas icra strukturlarını, maliyyə və təşkilati qaynaqlarını itirməyə başlayıb, bununla belə, ümumi vəziyyət bir qədər fərqlidir. Erməni mediası tamam başqa bir ehtimalın üzərində dayanır. Yayılan məlumatlara görə, Serj Sərkisyanın qayınatası Mikael Minasyan siyasi meydana çıxmağa hazırlaşır və bu məqsədlə media ortaqlarını da mübarizəyə cəlb edib:

"Yəni, o, prosesin pərdəarxasında dayanmış kürəkəninin tapşırıqlarını icra edəcək. Ekspertlərin iddiasına görə, Respublikaçı Partiyası Nikol Paşinyan hökumətinin nəzərdə tutuduğu sosial-iqtisadi islahatlara mane olmaq məqsədilə Rusiya ilə münasibətləri qırılma həddinə çatdırmaq üçün bütün vasitələri işə salıb.

"Respublikaçı Partiyası parlament binasının divarları xaricində Paşinyana qarşı mübarizəyə başlayır" başlığı ilə tirajlanan məlumatlar İrəvanın siyasi palitrasına yeni rənglər əlavə edir. Yəni, keçmiş hakimiyyət Paşinyanı "rus baltası" ilə aşırmağa çalışacaq.

Cəmiyyət daxilində Paşinyan hakimiyyətindən artan qeyri-məmnunluğu fürsət bilən "Karyak Media"ya daxil olan saytlar "Paşinyan devriləcək" kampaniyasına başlayıblar. Paşinyan və komandası tərəfindən müzakirə edilən bu müəmmalı iddialar o ehtimalı yaradıb ki, keçmiş hakimiyyət yeni hökumətə qarşı iki cəbhədə döyüş meydanına atılıb".

Təsadüfi deyil ki, "Karyak Media"nın internet resursları son günlər daha çox Paşinyanın vəd etdiyi sosial-iqtisadi islahatları həyata keçirmək potensialının olmadığı, Rusiya-Ermənistan münasibətlərinin gərginləşəcəyi, Rusiyadan satılan qazın qiymətlərinin artırılacağı, Yuri Xaçaturovun KTMT-dən qovulmasından sonra Ermənistanın ittifaqdakı nüfuzunun itirildiyinə, İrəvanın Dağlıq Qarabağ danışıqlarında məğlubiyyətə yaxın olmasına dair silsilə məqalələr dərc edilir.

"Karyak Media" platforması bu iş üçün keçmiş dövlət rəsmiləri – Armen Aşotyan, Eduard Şarmazanov və David Şahnazaryandan "təxribat işi üzrə koordinator" kimi istifadə edir: "Başqa sözlə, keçmiş siyasi elita Paşinyandan intiqam almağa hazırlaşır.

Məlumata görə, həbsdə olan ikinci prezident Robert Köçəryan və komandası bunun üçün media və sosial şəbəkələrdə aktiv fəaliyyət göstərəcək xüsusi mütəxəssis və anti-Paşinyan qrupları yaradıb. Əks həmlə öz sürətini saxlayacağı halda, yaz aylarında Ermənistanda ictimai-siyasi vəziyyətin yenidən gərginləşəcəyi, başqa sözlə, açıq qarşıdurmaların başlayacağına şahid ola bilərik". (teleqraf.com)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1243   Tarix: 11 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Putinin andiçmə mərasiminin vaxtı məlum oldu

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də keçiriləcək. Bu barədə Rusiya Federasiya Şurasının komitə sədri Andrey Klişas məlumat verib. Qeyd edək ki, Rusiyada prezident seçkisi martın 15-dən 17-dək üç gün müddətində keçirilib. Bir neçə gün bundan əvvəl Rusiya Mərkəzi Seçki Komissiyasını

23 aprel
.

Satanist məktəbli oğlan iki qızı bıçaqladı

Rusiyanın Petrozavodsk şəhərində 9-cu sinif şagirdi olan satanist oğlan iki qızı bıçaqlayıb. Hadisə yerli gimnaziyanın 9-cu sinif şagirdi, 15 yaşlı Maşanın (ad dəyişdirilib) nənə və babasının yaşadığı mənzildə baş verib. Nənə və baba isə Avstraliyada tətildə olublar. Mənzildə keçirilən əyləncə məclisind

24 aprel
.

İtkin düşən taksi sürücüsü meşədə ölü tapıldı

İtkin düşən taksi sürücüsü meşədə ölü tapılıb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyədə dünən səhər saatlarından axtarışda olan taksi sürücüsü Akif Eymür güllə yarası ilə meşədə ölü tapılıb. Əldə edilən məlumata görə, Kastamonuda dünən saat 11:00-dan bəri yaxınları taksi sürücüsündən xəbə

23 aprel
.

Mağazada ürəyindən bıçaqlandı:ANBAAN GÖRÜNTÜ -VİDEO

Türkiyənin Bursa şəhərində supermarketdə mübahisə qanla bitib. xarici mediaya istinadən xəbər verir ki,oğurluqda günahlandıran şəxs kassirlə mübahisə edib. Bu zaman davanı ayırmaq istəyən müştəri müdaxilə edərkən bıçaqlayaraq ağır yaralayıb. Yaralı təcili xəstəxanya aparılıb. Xəstəxanada bütün müdaxilələr

24 aprel
.

Uşaq məhbuslara işgəncə verən mühafizəçilər saxlanıldı

İtaliyanın Milan şəhərindəki cəzaçəkmə müəssisələrindən birində çalışan 13 mühafizəçi uşaq məhbuslarla pis rəftar etdikləri və onlara işgəncə verdikləri üçün saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Milan Baş Prokurorluğu açıqlama yayıb. Qeyd edilib ki, aparılan istintaq çərçivəsind

23 aprel
.

Rusiya müdafiə nazirinin müavini həbs edildi - FOTO/VİDEO

Məhkəmə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Rusiya İstintaq Komitəsinin açıqladığı məlumata görə, nazir müavini RF Cinayət Məcəlləsinin 290-cı maddəsinin altıncı hissəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinərək (rüşvətalma) saxlanılıb

24 aprel
.

Şagird ayaqqabısının bağını bağlamaq üçün əyilib öldü

Rusiyada şagird idman dərsində müəmmalı şəkildə ölüb. yerli mediaya istinadla bildirir ki, hadisə Rostov vilayətinin Donetsk şəhərində baş verib. İlkin məlumata görə, beşinci sinif şagirdlərindən biri ayaqqabısının bağını bağlamaq üçün əyilib və qəfil huşunu itirib. Bədən tərbiyəsi müəllimi təcili yardı

24 aprel
.

Müəllim şagirdə dərs yazmaq əvəzinə rəqs etməsini istədi - VİDEO

Bir tələbə 15.00 sözlük məqalə yazmamaq üçün rəqs edib. xarici KİV-ə istinadən xəbər verir ki, tələbədən biotibbi mühəndislik mövzusunda 15.00 söz yazmağı tələb edən ənənəvi sənəd əvəzinə, bütün otağın qarşısında 15 saniyəlik rəqs etmək seçimi verilib. Tələbə tərəfindən yerləşdirilən video dərhal vira

24 aprel
.

ABŞ senatoru soyğunçuluğa görə həbs edilib

ABŞ-nin Minnesota ştatının senatoru və keçmiş yerli televiziya meteoroloqu Nikol Mitçell Detroyt-Leyksdə soyğunçuluqda şübhəli bilinərək həbs olunub. Bu barədə zərərçəkmiş polisə məlumat verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları Mitçelli həbs ediblər. Polis və prokurorluq hadisə ilə bağlı açıqlam

23 aprel