Namiqdən qadınları qıcıqlandıracaq AÇIQLAMA: "kişilərin haqqına girirlər"

Namiqdən qadınları qıcıqlandıracaq AÇIQLAMA: "kişilərin haqqına girirlər""Qanımları sevə-sevə, qadın haqları deyə-deyə onlar çox ixtiyarlanıblar. Qadın haqları deyə-deyə kişilərin haqqına girirlər".

Sonxeber.az Unikal.org-a istinadən xəbər verir ki, bu sözləri musavat.com-a meyxanaçı-müğənni Namiq Qaraçuxurlu deyib.

- Son olaraq "Acıbibər" mahnısını və klipini təqdim etdiniz. Namiqdən tam fərqli iş idi və birmənalı qarşılanmadı.

- Öncədən bilirdim ki, fərqli yanaşmalar olacaq. İki il öncə yay ayları üçün "Yeriniz məlum" mahnısını ifa etmişdim. O mahnını da oxuyanda tənqidlər eşidəcəyimi bilirdim. "Rəvayət"dən başqa bütün mahnılarım yavaş-yavaş sevilib. "Aci bibər"in də bəhrəsini görürəm. Sevənlər də, bəyənməyənlər də var. Bu normal haldır. Mahnını Elçin Cəfərov yazıb, onun üslubu mənim üçün yenidir.

- "Soyuqdur" mahnısı isə son illər ən çox rəğbət görən mahnılardan biri oldu. Niyə onu davam etdirməyib, fərqli janra üz tutdunuz?

- "Revayət" kimi hit Azərbaycanda heç bir mahnı, meyxana olmayıb. "Soyuqdur" mənim üçün əsərdir, çox dəyərrli mahnıdır. "Yeriniz məlum", "Acıbibər" mahnıları bir az satirikdir. Düşünürəm ki, yaradıcılığımda hamısının öz yeri var.

Başlamışam 2019-cu ilin ilk işlərini görməyə. Yeni mahnı yazdırmışam. Qarşıda böyük proyektlər var. Kişi müğənnilərin biri ilə duetimiz var. 2019-cu ilin səs-küylü layihələrindən olacaq.

- Böyük layihə olacağını dediniz. İllərdir ki, mahnılarınızı internet üzərindən təqdim edirsiniz. Sənət yoldaşlarınız kimi bu dəfə təqdimat mərasimi təşkil edəcəksiniz?

- Mənim öz aləmim, qaydalarım var. Gündəmdə olanda narahat oluram. Gecə gözümə yuxu getmir. Təqdimatların zamanı keçib. Adam jurnalisti çağırır ki, işimə qiymət ver. Amma tənqid eşidəndə özünü müdafiə edir, qəbul etmir, jurnalistlə dava edir. Zövqünə güvənib çağırdığın insanların fikirlərini qəbul etmirsənsə, təqdimat etməyin mənası yoxdur. İnsanlar var ki, hər il doğum gününü keçirir, eyni adamları hər il dəvət edir. Mən toyuma qonaqları utana-utana dəvət edirdim. Məclislər, partilər məni yorur. 40 yaşım var. Bir insanla dostluq etmişəm, nişanına, toyuna, övladının doğum günlərinə, nişanına, toyuna getmişəm. Bir neçə belə dostlarım var. Sonra məndən üz döndəriblər. Artıq bezmişəm. Adamlar var ki, hər gün məclisdədir, baxırsan ki, həvəslə ortadan çıxmır. O zaman dəhşətə gəlirəm ki, necə dözürlər?

- Tanınmış olmaq nə zamansa, sizi bezdiribmi?

- Allah eləməsin, bezəm. Məşhurluqdan, diqqətdən bezməmişəm. Mənasız məclislərdən bezmişəm. Ayın 14-ü ayağımın sınmağının 1 ili tamam oldu. Ayağım sınanda ilk ağlıma gələn o oldu ki, şükür canım qurtardı. Təsəvvür edin, hər gün köməkçimlə hazırlaşıb, 3-4 məclisə gedirik, amma qayıdanda cibimizdə pul olmur. Axır köməkçimə dedim ki, 20 gündür bəzənib gedirik, 1 manat qazanmamışıq. Dost-tanış o qədər çoxdur ki, hamısında yarım saat oxuyanda saatların gedir. Ətrafımız çox tələbkardır. Artıq buna dur demişəm. Özümə, ailəmə vaxt ayırıram. Bəzi insanların məndən istifadə etməsinə imkan vermirəm.

- Namiq Qaraçuxurlu 15 yaşı ilə qarşılaşsaydı, ona hansı sualı verərdi?

- Hazırda xarakterimin üzərində çalışıram. Eqoist olmaq istəyirəm, bəzən alınır, sevinirəm. 15 yaşımla qarşılaşsaydım, deyərdim ki, eqoist ol. Həyatımı hamı üçün yaşamaqdan bezdim. Bir də ayıldım ki, 38 yaşım var, mənim şəraitim yoxdur. Artıq özümü düşünürəm.

- Efirlərə artıq tez-tez çıxmırsınız. Bir müddət öncə də müğənnilər kampaniyaya başladılar ki, efirlərdə əxlaqsızlq təbliğ olunur, müğənnilər kukla kimi istifadə edilir, ancaq qalmaqal, qeybət, mübahisə edilir. Siz də televiziyadan üz döndərən sənətçilərdənsiniz?

- Xeyr, sadəcə bəzi televiziya əməkdaşlarının incəsənətdə, mədəniyyətdən xəbəri yoxdur. Elə söz var ki, mənə deyə bilər, amma onu yaşlı bir xalq artistinə deyə bilməz. Keçən dəfə Nanənin verilişində qonaq idim, zövq aldım, dincəldim. Yaradıcılıqdan danışdıq. Nanənin qəlbi, hissiyyatı var. Həvəslənib canlı oxudum.

İndi "Youtube"da kim varsa, efirdədir. Sosial şəbəkə "like"ları, "Youtube" baxışları vacibdir. Ona görə də biz efirdən uzaqlaşmışıq.

- İstəsəniz də, istəməsəniz də, tez-tez sizi qalmaqalın ortasında görürük. Son olaraq da müğənni Roza Zərgərli ilə mübahisə yaşadınız. Hazırda münasibətiniz necədir?

- Aramızda anlaşılmazlıq yarandı, bitdi. Efirdə gördüyünüz məsələlər düşmən olmağımıza səbəb deyil. Səsləndirilən fikirlər düşmənçiliyə doğru gedirdi deyə mən kənara çəkildim.

- Roza Zərgərli iddia etdi ki, Namiq qadınlardan gündəmdə qalmaq üçün istifadə edir. yenidən, Aygün Kazımova ilə sevgi münasibətiniz və işbirliyiniz hər qalmaqalda olduğu kimi gündəmə gətirildi.

- Düzdür. Roza xanımı məsələmiz tərbiyəsizliyə doğru gedirdi deyə susdum. Çünki əxlaqdan kənar atmacalar xoş deyildi. Kimsə məni keçmişim ilə "vurmur", sadəcə olaraq təsəlli tapır. Mənasız sözlər deyirlər, onların dediklərində həqiqət yoxdur.

- Ölkə gündəmini izləyirsinizmi?

- Hər gün izləyirəm. Xəbər portallarını, sosial şəbəkəni izləyirəm. Son olaraq bir kişinin xəyanət iddiası ilə xanımının saçını qırxması və videoya çəkib paylaşması günlərlə müzakirə olundu. Məsələyə sənət adamları da qoşuldu. Onlar çox vaxt xanımların tərəfindən çıxış edir. Amma artıq kişilərə ədalət istəməyin vaxtı çatıb. Xanımları sevə-sevə, qadın haqları deyə-deyə onlar çox ixtiyarlanıblar. Qadın haqları deyə-deyə kişilərin haqqına girirlər. Mən qadınların işləməsinin, təhsil almasının tərəfdarıyam. Amma qadının öz, kişinin öz işi var.

Ailə məsələlərinə qarışmağı sevmirəm, bu cür verilişlərə də dəvət ediblər, getməmişəm. O məsələnin həqiqətini bilmirik, xəyanət bir iddia idi. Bir müddət sonra məsələ bağlandı.

- Siz xəyanətlə qarşılaşmısınız və reaksiyanız necə olub?

- Üzləşmişəm, qadının üstündən xətt çəkib, münasibəti bitirmişəm. Mənim üçün asan proses olmadı. Bundan əlavə də qadın hər yerdə dedi ki, Namiq mənə xəyanət edib.

- Aygün Kazımova demişdi ki, sevgilisi ona xəyanət etdiyi üçün intihara cəhd edib. Hazırda söhbət ondan gedir?

- Həmin xanım tanınmış deyildi.

- Namiq Qaraçuxurlu ailəsini, xanımını efirdən, mediadan uzaq tutur. Hətta, iddia olunurdu ki, Namiq heç evlənməyib, pul yığmaq üçün toy edib. Nə zaman həyat yoldaşınızla görəcəyik?

- Onun da vaxtı var. Əlbəttə, həyat yoldaşımla da görünəcəyəm. Hələ ki, buna ehtiyac görmürəm. O da həvəsli deyil. Ailəmdən çox danışmaq istəmirəm. Sonra mənəviyyatdan uzaq insanlar elə şərhlər yazır ki, əsəbiləşirəm.

- Bəzi müğənnilər deyir ki, efirə ancaq oğlan övladlarını çıxarırlar, qızlarını insanların gözündən uzaq tutmaq istəyirlər. Sizin də qız övladınız var. Həmkarlarınızın fikri ilə razısınızmı?

- Mən də qardaşım oğlu ilə efirə çıxıram. Onunla "Papanın gül balası" klipində çəkildim. Bu sənətə gəlmək istədiyi üçün onunla görünürəm. Amma qızımı efirə çıxartmaq istəmirəm. Bəlkə də, nə vaxtsa məni xanımımla görə bilərsiniz, amma qızımla əsla. Onun haqqında danışmaq istəmirəm. Bəlkə, 50 yaşımda övladlarımla, nəvələrimlə görünməkdən həzz alacam. İndiki yaşım və fikirlərim ailəni gündəmdən uzaq tutmağı tələb edir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2702   Tarix: 11 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

"Aygün və Röya ilə qəti duet oxumaram" - Xalq artisti

Xalq artisti Teymur Mustafayev (Teymur əmi) "5/5" verilişinin qonağı olub. . . Sonxeber.az-ın axşam.az-a istinadən məlumatına görə, aparıcı Zaur Kamal muğam ifaçısına "Aygün Kazımova, Röya, Damla - hansı ilə duet oxuyardınız" sualını ünvanlayıb. Teymur əmi isə ona etiraz edib:.

13 yanvar 2019

Oksana: "Öpüşmək, intim səhnələr mənə qadağandır" — VİDEO

Rəqqasə Oksana Rəsulova uşaqlıq arzusundan danışıb.. Sonxeber.az Yenicag.az-a istinadən xəbər verir ki, açıqlama verən rəqqasə uşaqlıqda aktrisa olmaq istədiyini, lakin valideynlərinin ona icazə vermədiyini etiraf edib.. . İllər sonra arzusunu reallaşdıran Oksana özünə qoyduğu qadağalardan da danışıb.

11 yanvar 2019

Qızın "adını çıxartmaq" istəməyən məşhurumuzun oğlundan İLGİNC ADDIM - VİDEO

Aşıq Zülfiyyə oğlu Babəklə qonağı olduqları "Şou ATV"də maraqlı etirafları ilə diqqət çəkiblər.. . Ailəli və artıq bir övladı olan aşıq xanımın oğlu həyat yoldaşı ilə tanışlıqlarından danışıb.. . Babək tanışlıq dönəmində hər kəsi təəccübləndirən qərarını efirdə açıqlayıb:. . "Evdəkilə

11 yanvar 2019

Xəyalə maşınına qovuşdu - Fotolar

"Maşın" şounun 17-ci buraxılışının qalibi Xəyalə Quliyeva avtomobilinə qovuşub. . . Sonxeber.az-ın Axşam.az-a istinadən məlumatına görə, aktrisa bu gün həyat yoldaşı ilə birlikdə sənədləşmə işlərini edib və açarları alıb. Xəyalə əməkdaşımıza açıqlamasında bildirib ki, hələ yaxşı maşın sür

11 yanvar 2019

Nanə niyə ailə qurmadığını açıqlayıb: Mən gördüklərimə ... - VİDEO - FOTO

Nanə Ağamalıyeva ona edilən sevgi etiraflarına inanmadığını bildirib.. . Sonxeber.az Milli.Az-a istinadən xəbər verir ki, Nanə ailə qurmamaq səbəbini edilən etirafların yetərsiz olduğu ilə əlaqələndirib.. . Subay xanım aparıcı insanları əməlinə görə dəyərləndirdiyini bildirib:. . "Mən duyduqlarımda

11 yanvar 2019

Zaur parodiyaçıları efirdən qovdu

"Xəzər" telekanalında yayımlanan "5/5" verilişinin ötən gün efirə gedən buraxılışında gərgin anlar yaşanıb. . . Sonxeber.az-ın Unikal.org-a istinadən məlumatına görə, proqramda Xalq artisti Teymur Mustafayev (Teymur əmi) qonaq olub. . . Proqrama tez-tez dəvət edilən parodiyaçı Aşı

11 yanvar 2019

"İcazə vermir, qısqancdı" — Mətanət Əsədova sevgilisindən DANIŞDI (VİDEO)

ARB TV-nin "Show News" verilişinin növbəti müsahibi müğənnə Mətanət Əsədova olub.. Sonxeber.az "Ölkə.Az"a istinadən xəbər verir ki, Mətanət Əsədova sevgilisindən danışıb:. . "Ağ atlı şəhzadə, əlbəttə var. Hələ bir il yoxdur. O mənə icazə vermir. Qısqancdı. Baxanda bilinir. Mən

11 yanvar 2019

Azərbaycanlı Holdinq rəhbərinin model qızı ailə qurdu? - FOTOLAR

Türkiyənin ən məşhur yarışmalarından biri olan "İşte benim stilim"də (Bu mənim stilim) iştirak etmiş azərbaycanlı Sima Şərafətdinovadan xəbər var. . . Azərbaycanlı model İnstagram-da evləndiyini profilinə əlavə edib. İzləyiciləri uzun müddətdir, sosial şəbəkədən uzaqlaşan modelin son fotosunu

11 yanvar 2019

"Ölənin haqqına girməyin" - Mərhum xalq artistinə görə QALMAQAL - VİDEO

Efirdə "Necə unudum səni" adlı məşhur mahnıya görə qalmaqal yaşanıb.. . Sonxeber.az Yenicag.az-a istinadən xəbər verir ki, əməkdar artist, tanınmış aktrisa Sona Əliyeva ilə müğənni Əli Mirəliyev mahnının ilk ifaçısı mərhum xalq artisti Nəzakət Məmmədovaya görə mübahisə edib.. . "Mərhu

11 yanvar 2019