Azərbaycanlı teleaparıcı: "Son müzakirələrdən sonra onu balaca bacım hesab edirəm" - FOTO

Azərbaycanlı teleaparıcı: "Son müzakirələrdən sonra onu balaca bacım hesab edirəm" - FOTOVüsalə Səid: "Etiraf edirəm ki, ətrafdakı insanların diqqətini çəkirəm"

Sonxeber.az kaspi.az-a istinadən yazını təqdim edir.

Deyirlər eybəcər xanım yoxdur, baxımsız xanım var. Bəzən bu deyimlə razılaşır, bəzən isə bu deyilənləri inkar edirik. Belə ki, "Məşhurların gözəllik sirrləri" rubrikamızın qonağı gün ərzində özünə heç 5 dəqiqə zaman sərf etmir. Ancaq buna baxmayaraq bəyaz qısa saçları və ideal bədən quruluşuna görə diqqət çəkir. Bir zamanlar xəbər aparıcısı, təşkilatçı kimi tanıdığımız Vüsalə Səid indi İTV telekanalında ən son texnologiyalardan bəhs edən "#itvtech" verilişinin aparıcısıdır.

Vüsalə xanımla nə xəbərlərdən, nə də texnologiyanın bizə vermiş olduğu avantajlardan danışdıq. Onunla gündəlik qida rasionundan, şarmlı qalmaq üçün istifadə etdiyi üsullardan danışdıq. Onunla söhbətdən aydın oldu ki, şarmlı olmaq üçün brend geyimlərə, bahalı aksesuarlara ehtiyac yoxdur. Olduğunuz kimi görünməyiniz sizi hər kəsdən fərqli göstərəcək. Belə olduğu halda siz daha gözəl görünə bilərsiniz. Onu arıq və ideal bədən formasında saxlayan isə gündəlik dinamik iş həyatının olmasıdır. Passiv həyatdan uzaq durmaq, daim öz üzərində işləmək, yeni kitablar oxumaq, gəzmək, aktiv həyat keçirmək onun həyat devizidir.

- Vüsalə xanım, hər zaman fit, baxımlı və formadasınız. Bunu necə qoruyub saxlaya bilirsiniz?

- Kompliment üçün təşəkkür edirəm. Həyat tərzimə uyğun olaraq daim hərəkətdəyəm. Passiv həyat keçirmirəm. Son zamanlar xanımlarımıza nəzər yetirsəniz onların daha çox fit və baxımlı olmağa çalışdıqlarını görərsiniz. Mən formada qalmaq üçün xüsusi nələrsə etmirəm. Bədən quruluşum genetik olaraq belədir.

- Baxımlı olmaq üçün gün ərzində özünüzə nə qədər zaman sərf edirsiniz?

- Demək olar ki, 5 dəqiqə 30 saniyə(gülürük). İşlərimin çoxluğundan özümə zaman sərf edə bilmirəm. Gərgin iş qrafikim olduğuna görə ayaqüstü qaça-qaç nə çatdırıramsa odur.

- Belə arıq qalmanız üçün dieta necə, saxlayırsınızmı?

- Əksinə. İndiyə qədər heç bir dietadan istifadə etməmişəm. Ürəyim istəyən qidanı qəbul edirəm. Məni yaxından tanıyan hər kəs bunun şahididir. Arıq və formada qalmaq üçün istədiyim zaman, istədiyim nemətlərdən dadıram. Özümü belə şeylərə görə yeməkdən mərhum etmirəm. Hətta xanımlarım kabusuna çevrilən yağlı yeməklər və un məmulatlardan da dadıram. Təbii ki, bu zamandan və məkandan asılıdır.

- Sizə əbəs yerə Robot Sofiyanın Azərbaycandakı qohumu demirlər. Sofiyaya həqiqətən çox bənzəyirsiniz. Bu mövzu ilə bağlı təəssüratlarınızı eşitmək istərdik.

- Ona qalsa, mən robot Sofiyadan yaşca böyüyəm. Son müzakirələrdən sonra onu balaca bacım hesab edirəm. Sofiya ilə bütün oxşarlıqlarımız tam bir təsadüfdür. O, Azərbaycana gəlməmişdən qabaq mənim saç düzümüm belə idi. Mən İctimai kanalda "#itvtech" aparıcısı təyin olunmağımla Sofiyanın Azərbaycana gəlişi üst üstə düşdü. Həmin tədbirdə aparıcılıq etmək təklif olundu. Mən də etiraz etmədim. O tədbirdən sonra hər kəs mənim həqiqətən də Sofiya ilə bənzədiyimi söylədi. O gün bu gün dostlarım, televiziya işçiləri, çevrəmdəki insanlar cəmiyyət arasında da belə bir fikir formalaşdı. Məni Sofiyaya bənzətməyə başladılar. Təbii ki, mən bunu normal qəbul edirəm.

- Sofiyadan söz düşmüşkən hazırda siz texnologiyalardan bəhs edən "#itvtech" verilişinin aparıcısınız. Uzun müddət müxtəlif telekanallarda xəbər aparıcısı kimi tanıdığımızı Vüsalə xanımı bu dəfə başqa bir ampluada gördük.

- 14 ildir ki, televiziya sahəsindəyəm və xəbərlər departamentində çalışmışam. İşdən ayrıldıqdan bir müddət sonra İctimai televiziyada "#itvtech" verilişindən təklif aldım. Əvvəlcə tərəddüd etdim. Çünki bu texnologiya sahəsində olan yeniliklərdən bəhs edən bir verilişdir. Mənim isə ən son texnologiyalardan o qədər də məlumatım yox idi. Düşündüm və niyə olmasın dedim, təklifi qəbul etdim. Əslində yaxşı ki, razılıq vermişəm. Çünki maariflənərək maarifləndirirəm və bu məni çox sevindirir.

- Saç modeliniz çox fərqlidir və bu model hər xanıma yaraşmır. Qısa saçlar sizdə hər hansı kompleks yaradırmı? Axı xanımlar daha çox saçları ilə öyünürlər.

- Saçlarımın qısalığına görə heç bir kompleks hissi keçirmirəm. Saçlarımı cəmiyyətdən seçilmək üçün kəsdirməmişəm. Bu təsadüfən belə alınıb. Saçlarımın ağ rəngdə olmasını istəyirdim və onu boyatdım. Ancaq istədiyim rəngi boya ilə əldə edə bilmədim. Saçımın piqmenti o rəngi almaq istəmədi. İstədiyim saç rəngini almağa az qalmış saçlarım yanıb töküldü. Saçlarımın yanmasına görə bir gün stress keçirdim, düşünürdüm ki, bu saçla insanların içinə necə çıxacağam. Ancaq yeni saçlarıma tez alışdım və bunu imic kimi saxladım. Mən bu saç düzümündə rahatlıq tapdım. Bir dəfə saçımın arxasını çox qısa kəsdirmişdim. Çox açıq olmasın deyə onu xına ilə işlətdim. Bilirsiniz ki, incəsənətə bağlı insanam. Başımın arxa tərəfində olan o naxışların müəllifi özüməm. Bəlkə də saçlarım yanmasaydı, mən də o riski etməzdim. İndi öz ağ saçlarım boy göstərir, o ağlar məni sevindirir. Hətta elə bilirlər ki, dibdən çıxan o ağ saçlarımı özüm belə etdirirəm. Xanımlarımız mənim istifadə etdiyim bu qısa saç modelini seçsələr, yalnız şad olaram. Mənim də saçımla öyünən vaxtlarım olub. Belə ki, uzun saçlara sahib olmuşam. Övladım dünyaya gəldikdən sonra saçımı tədricən qısaltmağa başladım. Saç rəngi olaraq qocalıq bəyazlığı istədiyimə görə boyalardan çox istifadə etdim. Bu bir imic halına keçdi. Hər kəs tərəfindən bəyənildi. Bu rahatlığı görəndən sonra uzun saçlar haqqında hələ ki düşünmürəm.

- Geyimləriniz də imiciniz kimi çox fərqli və gözoxşayandır. Modelyerlə işləyirsiniz, yoxsa sizin öz seçiminizdir?

- Əlbəttə ki, geyimlərimə xüsusi diqqət yetirirəm. Çox zaman geyimlərimi öz seçirəm. Ancaq modelyerlə də çalışıram. Hər nə qədər modelyer məsləhəti alsam da, son qərar mənə məxsusdur. Çünki geyimi mən üzərimdə daşıyıram. Mənə nə yaraşırsa, onu da geyinirəm. Etiraf edirəm ki, ətrafdakı insanların diqqətini çəkirəm. Ancaq heç bir kompleksi hissi keçirmirəm. Əvvəllər geyimimə, saç düzümümə reaksiya verənlər var idi. Hər cür reaksiyalarla rastlaşırdım. Kəskin tənqid edənlər də həddindən artıq olur. Bugünə qədər bütün geyimlərimdən və modelyerlərimdən razıyam.

- 2018-ci il bitdi. Geridə qoyduğumuz bu ili sizin üçün uğurlu hesab etmək olarmı?

- Şübhəsiz, ilin ən uğurlu hadisəsi mənim yenilənmiş İTV-nin bir parçası olmağımdır. Burada işləməkdən zövq alıram. Bu il bir çox layihələrdə rol aldım və iştirakçısına çevrildim.

- Onlar hansılardır?

- Azərbaycanda ilk dəfə Türkiyənin məşhur sinema kralı və kraliçası layihəsini təşkil etdim. Bu layihə çərçivəsində Türkiyədə müxtəlif layihələrdə işləmə təklifi alsam da razılaşmadım. Çünki vətənə bağlı biriyəm. Vətənə döndüm və dönər dönməz İctimai kanaldan "#itvtech" verilişinə aparıcı olaraq çalışmaq təklifi aldım. Bu təklifi sevə-sevə qəbul etdim. Texnologiya sahəsinə daxil olduğum gündən bir başqa aləmə düşdüm. Rabitə və Yüksək Texnologiyalar nazirliyi daxil olmaqla, ardıcıl şəkildə tədbirlərə dəvət aldım. 2018-ci ildə bir çox layihələrdə aparıcı olaraq çıxış etdim. Reklamlara çəkildim, mükafatlar aldım. Nəhayət İctimai televiziyanın çəkdiyi "Oxşarabad" filmində rol aldım. 2019-cu ildən isə gözləntilərim çoxdur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2410   Tarix: 12 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO

Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd

2 sentyabr 2021
.

"Sirtaki"nin müəllifi olan bəstəkar öldü

Tanınmış yunan bəstəkarı Mikis Teodorakis 96 yaşında vəfat edib. O, rejissor Mixalis Kakoyanisin 1960-cı illərdə ekranlara çıxan "Aleksis Zorbas" filmində nümayiş olunan "Sirtaki" rəqsinə yazılmış musiqinin müəllifi kimi məşhurlaşıb. Bəstəkar həmçinin simfoniya, balet, opera və çoxsayd

3 sentyabr 2021
.

Kənan MM-ə AĞIR İTKİ - FOTO

Rejissor və aktyor Kənan M.M (Kənan Mahmudov) ağır itki üz baş verib. xəbər verir ki, aktyorun qayınatası koronavirusdan vəfat edib. O, bu barədə məlumatı "Facebook" hesabında paylaşıb

7 sentyabr 2021
.

Meyxanaçılar arasında qalmaqal - "Tək onu bilirəm ki, biri vurub, digəri də ölüb"

Mərhum meyxanaçı Məşədibaba Aydəmirovun oğlu Mircəlalın mətbuata son müsahibəsi gündəmə bomba kimi düşüb. O, atasının həmkarı Elçini öldürməsi ilə bağlı bir sıra faktları açıqlayıb. -a istinadən xəbər verir ki, Mircəlal deyib ki, atası Elçini öldürmək üçün deyil, qorxutmaq məqsədilə vurub. Hətta türməd

11 sentyabr 2021
.

Ben Afflek sevgilisi Cennifer Lopezə yaxınlaşan pərəstişkarı itələdi - VİDEO

Amerikalı aktyor Ben Afflek sevgilisi məşhur aktrisa Cennifer Lopez ilə şəkil çəkdirmək istəyən pərəstişkarını itələyib. Hadisə aktyorun sevgilisi ilə birlikdə Film Festivalına yollandığı Venesiya baş verib. Məlumata görə, tədbir bitdikdən sonra cütlük hava limanına gedərkən pərəstişkarlardan biri onlar

14 sentyabr 2021
.

Azərbaycanlı musiqiçi dənizdə boğuldu

Azərbaycanlı gənc musiqiçi Məmmədbağır Misiroğlu dünyasını dəyişib. Axşam.az xəbər verir ki, klarnet ifaçısı dənizdə batıb. Bu haqda sənət adamları məlumat yayıb. Bildirilib ki, Məmmədbağır ötən gün vəfat edib. Qeyd edək ki, Məmmədbağır bir çox müğənninin ansamblında çalışıb

2 sentyabr 2021
.

Murad Dadaşov inanılmaz dərəcədə ARIQLADI - FOTO

Xalq artisti. Xəzər TV-nin prezidenti Murad Dadaşovdan xəbər var. -a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Murad Dadaşovun yeni fotosu yayılıb. Fotodan Muradın inanılmaz dərəcədə arıqlaması diqqət çəkib. lakin izləyiciləri onun əvvəlki görünüşün daha çox yaraşdığını qeyd edib. Həmin fotonu təqdi

7 sentyabr 2021
.

Qızı Rəşad İlyasovu sevindirdi

Əməkdar artist Rəşad İlyasovun qızı universitetə daxil olub. xəbər verir ki, bu haqda müğənni özü məlumat yayıb. "Dostlar, təbrik edə bilərsiniz. İkinci dəfə tələbə atası oldum" deyə, ifaçı övladı ilə fotosuna yazıb. Qeyd edək ki, R.İlyasovun bir oğlan övladı da var

4 sentyabr 2021
.

Xərçəngdən əziyyət çəkən Nisə Qasımova ilə bağlı YENİ XƏBƏR - FOTO

Xalq artisti Nisə Qasımova yenidən səhnəyə qayıdır. xəbər verir ki, sənətçi bu haqda sosial şəbəkədə məlumat verib. N.Qasımova yeni fotosunu yayımlayaraq bunları yazıb:. "Mənim əzizlərim, dəyərli izləyicilərim, əminəm ki, yaxın zamanlarda efirlərdə görüşəcəyik". Xatırladaq ki, Xalq artist

13 sentyabr 2021