İnsanlar "Bozbaş"ların, "Fəlakət"lərin filmləri üçün hətta növbəyə düzülürlər. Könül istər ki...

İnsanlar "Bozbaş"ların, "Fəlakət"lərin filmləri üçün hətta növbəyə düzülürlər. Könül istər ki..."Ortaq bir nöqtə tapmaq lazımdır ki, sənət bayağılığa yuvarlanmasın, eyni zamanda da insanlara yaxın olsun"

Sonxeber.az kaspi.az-a istinadən yazını təqdim edir.

İl olub 2019. Ötən illərə nəzərə salsaq, incəsənətin iki böyük qolu - teatr və kino sahəsində bir çox nailiyyətlərin əldə edildiyinin şahidi olarıq. Bir ölkənin tanınması üçün məhz bu iki sənət sahəsinin müstəsna rolu var. Kino sənətində son illər yaranan yeni nəfəs, komediya filmlərinin çəkilməsi, kinoteatrlarda xarici filmlərlə rəqabət aparması gözəl tendensiyadır. Ancaq bu kinoların keyfiyyəti, insanlara ötürdüyü mesajlar necə, yerindədirmi? Ticarət mərkəzlərində yerləşən kinoteatrlarımızın yanından keçmək mümkün deyil. İnsanlar "Bozbaş"ların, "Fəlakət"lərin filmləri üçün hətta növbəyə düzülürlər. Könül istər ki, bu növbəni teatrlarımızda da görək.

Bəzən düşünürük ki, müasir dövrdür, insanlar daha çox elektron versiyalara, texnologiyaların yaratdığı imkanlardan istifadə edib, yeni şeylərə baxmaq istəyir. Teatr da canlıdır axı, hər şeyin kompyuterləşdiyi bir zamanda əlimizdə canlı qalan yeganə sənət növlərindən biridir. Yaxşı olmazdımı, 10-15 manat kinoteatrlara pul verib bilet alanlar 7 manat verib teatrlara bilet alaydılar. Mirzə Fətəli Axundzadənin insanları necə ayıltdığını, Cəlil Məmmədquluzadənin dilimizi, milli-mənəvi dəyərləri qorumağın vacibliyini necə vurğuladığını görəydilər. Bəzən deyirlər ki, indi göbələk kimi yaranan komediyalar, yeni filmlər teatrın effektini, təsir gücünü öldürüb. Mənsə bu fikirlərlə razılaşmayanlardanam. Teatrın tamaşaçısı az da olsa var. Müəyyən bir kütlə var ki, onun nümayəndələri mənəvi istirahəti teatrlarda görür, məhz burda zövq alırlar.

Teatr və kino tamaşaçıları arasında yaranan bu fərqi aradan qaldırmağın yollarını axtarmağa çalışdıq. Görəsən kinoteatrlarda müşahidə olunan bu anşlaqları teatra yönləndirmək olarmı? Olarsa bunun hansı yolları var? Teatrları necə kommersiyalaşdıra bilərik? Onlar bu yüngül komediya filmləri ilə necə rəqabət aparırlar və apara bilirlərmi? Bu kimi suallarımıza cavab tapmağa çalışdıq.

Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov mövzu ilə bağlı öz fikirlərini bizimlə bölüşməkdən imtina etmədi. O, teatrın canlı sənət növü olmasından, keçdiyi uzun, şərəfli yolun çətinliklərindən, zaman-zaman üzləşdiyi problemlərdən necə xilas olub bu zamana qədər gəlib çatmasından danışdı: "Teatr tamaşaçısının zövqü başqadır. Teatr hər zaman elit sənət olub. Qeyd etdiyiniz həmin filmlərə gedən tamaşaçılara nəzər salsanız, görərsiniz ki, müəyyən bir təbəqə var ki, onlar deyib-gülmək, əylənmək üçün məhz həmin filmlərə baxmağa üstünlük verirlər. Ancaq teatra bu məqsədlə gedə bilməzlər. Teatr komediyası, faciəsi, dram əsəri ilə öz ağırlığını qoruyub saxlayan böyük bir yaradıcı ocaqdır. Sizə bir misal çəkim. Bir müddət ölkəyə Çin məhsulları gələndə, insanlar gedib Çin malı alırdı. Müəyyən müddət sonra həmin məhsulların keyfiyyətsiz olduğunu gördülər və Çin məhsullarından imtina etdilər, başqa məhsullara üstünlük verməyə başladılar. Bu misalı həmin o komediya filmlərinə də şamil edə bilərik. Yəqin ki, bir müddətdən sonra bizdə daha keyfiyyətli filmlər çəkiləcək və biz onlara meyllənəcəyik. İndi kimlərsə kinoya gedirsə, həmin kinolarla teatrı müqayisə etmək düzgün baxış tərzi deyil. Axı Çin malı ölkəyə gələndə, brend mağazaları məhsullarını dəyişib Çin malı satmadılar. Təbii ki, satışları bir az aşağı düşdü, ancaq öz sanbalını qoruyub saxladılar. Teatr da onun kimi".

H.Məmmədov teatrımızın bu proseslə üzləşdiyini və ondan alnıaçıq şəkildə çıxdığını qeyd etdi: "Hazırda ölkəmizdə beynəlxalq teatr konfransları, beynəlxalq teatr festivalları keçirilir, eyni zamanda Azərbaycan teatrları beynəlxalq festival və konfranslarda iştirak edir. Avropa və dünya teatrlarına inteqrasiyası edirik. O ki qaldı tamaşaçı istəyinə, biz bunu nəzərə almağa çalışırıq. Film elədir ki, onu çəkməzdən əvvəl prodüser hazırlaşır, satış bazarını nəzərə alır. Teatrda dövr, müasir zamanla bağlı məsələlər qoyulanda, tamaşaçı buna daha çox gəlir. Təbii ki, teatrda bütün bunları nəzərə alınır. Tamaşa var ki, dövrlə səsləşir, ayaqlaşır və kifayət qədər tamaşaçı gəlir. Ancaq elə tamaşalar da var ki, ona az tamaşaçı gəlir. Bu, təbii haldır. Teatrı təmiz bazar üslubuna keçirmək də düzgün deyil. Bu gün tamaşaçı hər nəyi istəyirsə, teatr onu səhnələşdirmək məcburiyyətində deyil. Təbii ki, hər bir teatrın kassalarına hesablanmış tamaşalar da olur. Tamaşa var ki, festival üçün nəzərdə tutulub, tamaşa da var ki, yalnız daxili bazar üçün hazırlanıb. Bu baxımdan müxtəlif səpkili tamaşalar hazırlanır. Filmlər də onun kimi. Haqqında danışdığımız həmin komediya filmləri festivallara gedə bilməz. O filmlər festivallara gedir ki, onun keyfiyyəti, ssenarisi daha sanballıdır, xarici filmlərlə rəqabət apara bilər".

Bakı Uşaq Teatrının direktoru İntiqam Soltan bizimlə söhbətində bildirdi ki, kinoteatrlarımızda həmin filmlərin anşlaq yaratması o demək deyil ki, insanların komediya filmlərinə meyli çoxalıb: "Heç kəs düşünməsin ki, əgər kinoteatrlarda həmin filmlər anşlaqla keçirsə, bu bizim çəkilən kinoların keyfiyyətindən xəbər verir. Sadəcə olaraq, kinoprodüserlərimiz daha təcrübəli olublar. Onlar bizim insanların zəif damarını tutmağı bacarıblar. Kinoteatrlarda yeni çəkilən filmlərə olan bu anşlaqların hamısı aldadıcıdır. Bu filmləri Azərbaycandan kənara çıxarıb sata bilərikmi? Məsələ burasındadır və bu, acınacaqlı bir reallıqdır. Teatrlarımızın da vəziyyəti təxminən ona bənzərdir. İstənilən halda teatra dövlət qayğısı lazımdır. Əks təqdirdə, o cibgir kommersantlar cılız materiallarla ekrana çıxacaq və xalqı öz arxasınca aparacaq".

İ.Soltan deyir ki, yetişməkdə olan gənclərin cəmiyyətə hazırlanması üçün ilk növbədə valideynlərin məlumatlandırılması vacibdir. Məhz bu yolla teatral tamaşaçı yetişdirmək mümkün olacaq: "10-15 il bundan əvvəl keyfiyyətsiz filmlərin çəkilməsi ilə insanların zövqü ilə oynanılmağa başlanıldı. Bu gün yetişən həmin o zövqsüz tamaşaçılar filmlərə axın edir. İnsanlar öz mənəviyyatının aclığını hiss edirlər. Bunu nə iləsə doldurmalıdırlar axı. Onların gülməyə ehtiyacı var. Çox yaxın zamanlarda komediyalar teatrlara da yol açacaq. O gün uzaqda deyil. Həmin o şit zarafatlarla dolu olan filmlərin teatr formasına baxacağımız günlər yaxın gələcəkdədir".

Teatrın direktoru bildirdi ki, Bakı Uşaq Teatrı tamaşaçı baxımından korluq çəkmir: "Biz heç zaman tamaşaçılara zorla bilet satmamışıq. Teatrımızın Yeni ildə göstərdiyi tamaşa ilə əlaqədar nə qədər zənglər qəbul etdim. Zəng edib deyirdilər ki, Azərbaycanda belə tamaşaların hazırlanmasından xəbərsiz idik".

Sənətşünas, Musiqili Teatrda xarici əlaqələr üzrə koordinator Rəcəb Məmmədovdeyir ki, tamaşaçının marağı bu dəqiqə yüngül komediyalaradır: "Sənət adamları seçim qarşısında qalıblar - ya ciddi sənətlə məşğul olmalıdırlar, ya da tamaşaçının zövqünü oxşayan sənətlə. Bu seçim vacibdir. Ortaq bir nöqtə tapmaq lazımdır ki, sənət bayağılığa yuvarlanmasın, eyni zamanda da insanlara yaxın olsun. Klassik, dramatik ədəbiyyatda o qədər gözəl əsərlər var ki, onları müasir, gözəl şəkildə səhnələşdirmək mümkündür. Mənim aləmimdə o bayağı mövzulara müraciət etmək tamaşaçını təhqir etmək deməkdir. Tamaşaçı təbii ki, onlara baxıb əylənir. Məsələ burasındadır ki, əyləndikdən sonra onların yaddaşında heç nə qalmır. Tamaşaçını yetişdirmək lazımdır. Əgər bu günün tamaşaçıları uşaq, kukla teatrlarına getməyibsə, onları birdən-birə böyük teatrlara gətirmək çətindir. Belə olan halda, həmin tamaşaçılar tamaşanı yarımçıq tərk edəcəklər. Bu estetikanı onlara uşaqlıqdan aşılamaq lazımdır. Tək teatra deyil, incəsənətin bütün növlərinə cəlb etmək zəruridir. Hesab edirəm ki, teatrı aşağı siniflərdə uşaqlara tədris etmək lazımdır. Dərslik kimi olarsa, bu öz nəticəsini göstərəcək".

R.Məmmədov öz təəssüratlarını bölüşərkən yunan teatr ənənələrindən bəhs etdi: "Təxminən bir neçə il əvvəl Yunan Milli Dram Teatrı ilə layihəmiz vardı. Onlarla tez-tez ünsiyyətdə olurduq. Bizim onlarla əməkdaşlıq etdiyimiz bu ərəfələrdə Yunanıstan böyük maliyyə böhranı keçirirdi. Onların teatr cameəsinin bir nümayəndəsi ilə söhbət əsnasında soruşdum ki, yəqin ki, bu böhran teatrlara da təsir edər. Bildirdi ki, əksinə, son 10 ildə teatrlara böyük tamaşaçı axını var. Dedi ki, insanlar problemi olanda, cavabı tapmaq üçün teatrlara üz tuturlar. Belə bir sübut var. İnsanlar onları maraqlandıran, maraq dairəsində olan filmlərə, tamaşalara baxmaq istəyirlər. Rejissorlar da elə mövzular da tapıb ortalığa çıxarmalıdırlar ki, cəmiyyətdəki problemlərlə üst-üstə düşsün. Bu gün bizim cəmiyyətdə azmı problem var? Deyirsiniz ki, teatrlarda klassik əsələr səhnələşdirilir. Ancaq klassik əsərlərin içində o qədər problemlər var ki. Mikayıl Mikayılov Akademik Milli Dram Teatrının səhnəsində "Müfəttiş" əsərini səhnələşdirmişdi. Onun səhnələşdirdiyi bu tamaşa çox gözəl alınmışdı. Qoqol sağ olanda, heç orada qoyulan problemlər bu qədər aktual deyildi, orada qeyd olunan məsələlər indi daha çox aktualdır. Belə əsərlərlə və quruluşla tamaşaçıları teatra cəlb etmək mümkündür".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 2353   Tarix: 13 yanvar 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xəyalə Manaflının toyudur - Fotolar+Video

Müğənni Xəyalə Manaflının bu gün toyudur. Axşam.az xəbər verir ki, ifaçı Nurlan adlı bəylə ailə qurur. Cütlüyün toyu Bakıdakı restoranların birində keçirilir. Məclisdə şou-biznes nümayəndələri də iştirak edirlər. Qeyd edək ki, Xəyalə Nurlanla TikTok-da tanış olub. Müğənni bu yaxınlarda sosial şəbəkəd

17 aprel
.

Safurə həyat yoldaşı ilə Dohada - Video+Fotolar

"Avroviziya" təmsilçilərimizdən olan Safurə Əliyeva Ramazan bayramında həyat yoldaşı Fərhad Əliyevlə Qətərə gedib. Axşam.az xəbər verir ki, müğənni Dohada lentə aldığı görüntüləri sosial medi hesabında izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, F.Əliyev mərhum energetika naziri Natiq Əliyevi

12 aprel
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17 aprel
.

Çingiz Əhmədov: "Şit parodiyalar çoxalıb"

"Bu gün yazarlarımız yox dərəcəsindədir. O vaxt Seyfəddin Dağlı, Salam Qədirzadə, İsi Məlikzadə, Rüfət Əhmədzadə, Cahangir Aslanoğlu kimi yazarlar ssenarilər qələmə alırdılar. Bu gün Əhməd Orucoğlu, Rafiq Səməndər kimi peşəkarlar az qalıb. Mən bu sadaladığım insanların ssenarilərini oynamışam. B

13 aprel
.

"Mən indi Xalq artisti olmalıydım"

"İnsana sağlığında qiymət verilməlidir. Öləndən sonra yox. Çox əziyyət çəkmişəm: həm sənət, həm həyatda". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva "7 Tamam" proqramında deyib. Qarmon ifaçısı fəxri ad almaq arzusundan danışıb:. "Yuxusuz gecələrimə heyfslənirəm

7 aprel
.

Günay: "Vay o günə ki, ər qadının gözündən düşsün" - VİDEO

"Vay o günə ki, ailədə həyat yoldaşı qadının gözündən düşsün. Qadının gözündən düşdüsə, onu heç nə ilə bərpa etmək olmaz". xəbər verir ki, bu sözləri Günay Baxşəliyeva aparıcısı olduğu "Zaurla Günaydın" verilişində deyib. Günay bildirib ki, qadınlar ətraflarında baş verən hadisələr

7 aprel
.

Xalq artisti Natiq Şirinovun qızının toyu olacaq

Xalq artisti Natiq Şirinovun evində toy olacaq. Sənətçinin qızı Sevil ailə qurur. Nağara ifaçısının övladı Semih adlı şəxslə nikah masasına oturacaq. Axşam.az xəbər verir ki, bu barədə aparıcı Nanə Ağamalıyeva bildirib. Ötən ilin noyabrında nişanlanan cütlüyün toy məclisi aprelin 12-də şəhər restoranlarında

9 aprel
.

Röya Ayxan ailə quracaq - Toya hazırlaşır - VİDEO

Xalq artisti Röya Ayxan açıqlaması ilə hər kəsi təəccübləndirib. xəbər verir ki, "PrimeTime Elvin Elxanla" yutub layihəsinə danışan ifaçı ailə quracağını bildirib. Röyanın toyu yay aylarında baş tutacaq:. "Ərə gedirəm. Bu yay aylarına təsədüf edəcək. Özüm də demişəm ki, edəcəksən təklifi

18 aprel
.

Xatunun əri GÖRÜN KİM İMİŞ - VİDEO

Müğənni Xatun keçmiş həyat yoldaşı ilə bağlı açıqlama verib. -a istinadən xəbər verir ki, müğənni bu haqda "Elgizlə İzlə" verilişində açıqlama verib. Müğənninin sözlərinə görə, həyat yoldaşı çox tanınmış bir ailənin övladı olub. Onlar əslən Bakının Şüvəlan qəsəbəsindəndir

13 aprel